Boşanmaya aid fəsillər

Əri ölən hamilə qadın doğduqdan sonra başqası ilə evlənə bilər

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ أَبِي السَّنَابِلِ ، قَالَ : وَضَعَتْ سُبَيْعَةُ الأَسْلَمِيَّةُ بِنْتُ الْحَارِثِ حَمْلَهَا بَعْدَ وَفَاةِ زَوْجِهَا بِبِضْعٍ وَعِشْرِينَ لَيْلَةً ، فَلَمَّا تَعَلَّتْ مِنْ نِفَاسِهَا تَشَوَّفَتْ ، فَعِيبَ ذَلِكَ عَلَيْهَا ، وَذُكِرَ أَمْرُهَا لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : إِنْ تَفْعَلْ فَقَدْ مَضَى أَجَلُهَا.

“Rəvayət edilir ki, Əbus-Sənabil ﵀ demişdir: “Subey'a əl-Əsləmi ərinin vəfatından iyirmi və bir neçə gecə sonra doğuş edərək hamiləlikdən azad oldu. Sonra nifas dövrünü bitirərək evlənməyə hazırlaşdı. Onun bu halı qınanmağa başlandı və Peyğəmbərə ﷺ xəbər verildi. Peyğəmbər ﷺ də belə buyurdu: “Əgər evlənmək istəyirsə, evlənə bilər, çünki iddə müddəti sona çatmışdır”.”

Əbus-Sənabil
Səhih

İstinad

İbn Məcə, 2027 (Talaq, 12)

Sunən İbn Məcə — Boşanmaya aid fəsillər