Əri ölən hamilə qadın doğduqdan sonra başqası ilə evlənə bilər
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنْ دَاوُدَ بْنِ أَبِي هِنْدٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ مَسْرُوقٍ ، وَعَمْرِو بْنِ عُتْبَةَ ، أَنَّهُمَا كَتَبَا إِلَى سُبَيْعَةَ بِنْتِ الْحَارِثِ يَسْأَلاَنِهَا عَنْ أَمْرِهَا ، فَكَتَبَتْ إِلَيْهِمَا : إِنَّهَا وَضَعَتْ بَعْدَ وَفَاةِ زَوْجِهَا بِخَمْسَةٍ وَعِشْرِينَ ، فَتَهَيَّأَتْ تَطْلُبُ الْخَيْرَ ، فَمَرَّ بِهَا أَبُو السَّنَابِلِ بْنُ بَعْكَكٍ ، فَقَالَ : قَدْ أَسْرَعْتِ ، اعْتَدِّي آخِرَ الأَجَلَيْنِ ، أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا ، فَأَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، اسْتَغْفِرْ لِي ، قَالَ : وَفِيمَ ذَاكَ ؟ فَأَخْبَرْتُهُ ، فَقَالَ : إِنْ وَجَدْتِ زَوْجًا صَالِحًا فَتَزَوَّجِي.
“Məsruq və Amr ibn Utbə ﵀ rəvayət edirlər ki, onlar Subey'a bint əl-Harisə məktub yazıb onun iddə müddətini soruşdular. Subey'a onlara belə yazdı: “Subey'a əl-Əsləmi ərinin vəfatından iyirmi beş gün sonra hamiləlikdən doğuş edərək azad oldu. Sonra da xeyirli bir kişi ilə evlənmək istədi. Bu əsnada Əbus-Sənabil ibn Bə'kək gəlib dedi: “Sən tələsmisən! Uzun iddə müddəti olan dörd ay on gün gözləməlisən”. Mən Peyğəmbərin ﷺ yanına gəlib dedim: “Ey Allahın Elçisi, mənim üçün bağışlanma dilə”. Peyğəmbər ﷺ buyurdu: “Hansı məsələyə görə sənə bağışlanma diləyim?” O, Peyğəmbərə ﷺ xəbər verəndə Peyğəmbər ﷺ buyurdu: “Sən əmalisaleh bir kişi tapıb onunla evlən”.”
İstinad
İbn Məcə, 2028 (Talaq, 13)
Sunən İbn Məcə — Boşanmaya aid fəsillər