Zihar
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي عُبَيْدَةَ ، حَدَّثَنَا أَبِي ، عَنِ الأَعْمَشِ ، عَنْ تَمِيمِ بْنِ سَلَمَةَ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، قَالَ : قَالَتْ عَائِشَةُ : تَبَارَكَ الَّذِي وَسِعَ سَمْعُهُ كُلَّ شَيْءٍ ، إِنِّي لأَسْمَعُ كَلاَمَ خَوْلَةَ بِنْتِ ثَعْلَبَةَ وَيَخْفَى عَلَيَّ بَعْضُهُ ، وَهِيَ تَشْتَكِي زَوْجَهَا إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَهِيَ تَقُولُ : يَا رَسُولَ اللهِ ، أَكَلَ شَبَابِي ، وَنَثَرْتُ لَهُ بَطْنِي ، حَتَّى إِذَا كَبِرَتْ سِنِّي ، وَانْقَطَعَ وَلَدِي ، ظَاهَرَ مِنِّي ، اللَّهُمَّ إِنِّي أَشْكُو إِلَيْكَ ، فَمَا بَرِحَتْ حَتَّى نَزَلَ جِبْرَائِيلُ بِهَؤُلاَءِ الآيَاتِ : {قَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّتِي تُجَادِلُكَ فِي زَوْجِهَا وَتَشْتَكِي إِلَى اللهِ}.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Eşitməsi hər şeyi əhatə edən Allah xeyiri və bərəkəti bol olandır. Xavlə bint Sələbə ərindən şikayət etmək üçün Allah Elçisinin ﷺ yanına gəlmişdi. Onlar sakitcə elə danışırdılar ki, yanlarında olmağıma baxmayaraq, dediklərinin bir qismini eşitmirdim. O belə dedi: “Ey Allahın Elçisi, ərim cavanlığımın axırına çıxdı. Ona övladlar dünyaya gətirdim, yaşlanıb övlad gətirə bilmədikdən sonra məni zihar etdi. Allahım, halımı sənə şikayət edirəm”. Çox keçmədi ki, Cəbrail bu ayələrlə nazil oldu: “Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi...” (əl-Mücadilə, 1)”.”
İstinad
İbn Məcə, 2063 (Talaq, 48)
Sunən İbn Məcə — Boşanmaya aid fəsillər