Boşanmaya aid fəsillər

Xulu talağı edən qadının gözləmə müddəti

حَدَّثَنَا عَلِيُّ بْنُ سَلَمَةَ النَّيْسَابُورِيُّ ، حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ ، حَدَّثَنَا أَبِي ، عَنِ ابْنِ إِسْحَاقَ ، أَخْبَرَنِي عُبَادَةُ بْنُ الْوَلِيدِ بْنِ عُبَادَةَ بْنِ الصَّامِتِ ، عَنِ الرُّبَيِّعِ بِنْتِ مُعَوِّذِ ابْنِ عَفْرَاءَ ، قَالَ : قُلْتُ لَهَا : حَدِّثِينِي حَدِيثَكِ ، قَالَتْ : اخْتَلَعْتُ مِنْ زَوْجِي ، ثُمَّ جِئْتُ عُثْمَانَ ، فَسَأَلْتُ : مَاذَا عَلَيَّ مِنَ الْعِدَّةِ ؟ فَقَالَ : لاَ عِدَّةَ عَلَيْكِ ، إِلاَّ أَنْ يَكُونَ حَدِيثَ عَهْدٍ بِكِ ، فَتَمْكُثِينَ عِنْدَهُ حَتَّى تَحِيضِينَ حَيْضَةً ، قَالَتْ : وَإِنَّمَا تَبِعَ فِي ذَلِكَ قَضَاءَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي مَرْيَمَ الْمَغَالِيَّةِ ، وَكَانَتْ تَحْتَ ثَابِتِ بْنِ قَيْسٍ ، فَاخْتَلَعَتْ مِنْهُ.

“Ubadə ibn əl-Vəlid ibn Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, mən Rubeyyi bint Muaz ibn Afraya dedi: “Mənə xulu talağı hadisəsini danış”. Rubeyyi dedi: “Mən ərimdən xulu talağı ilə boşandım. Sonra Osmanın yanına getdim və dedim: “Mənə nə qədər gözləmə müddəti düşür?” Osman dedi: “Sənə heç bir gözləmə müddəti yoxdur. Amma ərin yaxın vaxtlarda səninlə cinsi yaxınlıq edibsə, sən bir dəfə heyz olana qədər onun yanında gözləyəcəksən”. Osman bu fətvasını Allah Elçisinin ﷺ Sabit ibn Qeysin nikahında olan Məryəm əl-Məğalini xulu talağı ilə boşaması əsasında verdi”.”

Ubadə ibn əl-Vəlid ibn Ubadə ibn əs-Samit
Səhih

İstinad

İbn Məcə, 2058 (Talaq, 43)

Sunən İbn Məcə — Boşanmaya aid fəsillər