Boşanmaya aid fəsillər

İddəni gözləyən qadın evindən çıxa bilərmi?

حَدَّثَنَا سُفْيَانُ بْنُ وَكِيعٍ ، حَدَّثَنَا رَوْحٌ (ح) وحَدَّثَنَا أَحْمَدُ بْنُ مَنْصُورٍ ، حَدَّثَنَا حَجَّاجُ بْنُ مُحَمَّدٍ ؛ جَمِيعًا عَنِ ابْنِ جُرَيْجٍ ، أَخْبَرَنِي أَبُو الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : طُلِّقَتْ خَالَتِي ، فَأَرَادَتْ أَنْ تَجُدَّ نَخْلَهَا ، فَزَجَرَهَا رَجُلٌ أَنْ تَخْرُجَ إِلَيْهِ ، فَأَتَتِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : بَلَى ، فَجُدِّي نَخْلَكِ ، فَإِنَّكِ عَسَى أَنْ تَصَدَّقِي ، أَوْ تَفْعَلِي مَعْرُوفًا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Xalam boşanmışdı və xurmalarını kəsmək üçün bağına çıxmaq istədikdə bir kişi onun evdən çıxmasına mane oldu. O da Peyğəmbərin ﷺ yanına gedərək hadisəni ona danışdı. Peyğəmbər ﷺ buyurdu: “Xeyr, xurmalarını kəs, ümid edilir ki, sədəqə verəsən və ya başqa xeyirli bir iş edəsən”.”

Cabir ibn Abdullah
Səhih

İstinad

İbn Məcə, 2034 (Talaq, 19)

Sunən İbn Məcə — Boşanmaya aid fəsillər