Zihar edən adam kəffarə verməmişdən qabaq zövcəsi ilə cinsi yaxınlıq edə bilər
حَدَّثَنَا الْعَبَّاسُ بْنُ يَزِيدَ ، حَدَّثَنَا غُنْدَرٌ ، حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الْحَكَمِ بْنِ أَبَانٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَجُلاً ظَاهَرَ مِنَ امْرَأَتِهِ ، فَغَشِيَهَا قَبْلَ أَنْ يُكَفِّرَ ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَذَكَرَ ذَلِكَ لَهُ ، فَقَالَ : مَا حَمَلَكَ عَلَى ذَلِكَ ؟ فَقَالَ : يَا رَسُولَ اللهِ ، رَأَيْتُ بَيَاضَ حِجْلَيْهَا فِي الْقَمَرِ ، فَلَمْ أَمْلِكْ نَفْسِي أَنْ وَقَعْتُ عَلَيْهَا ، فَضَحِكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَأَمَرَهُ أَلاَّ يَقْرَبَهَا حَتَّى يُكَفِّرَ.
“İbn Abbas ﵄ rəvayət edir ki, zihar edən bir kişi kəffarə ödəməzdən qabaq zövcəsi ilə cinsi yaxınlıq etdi. Sonra Peyğəmbərin ﷺ yanına gəlib bunu ona danışdı. Peyğəmbər ﷺ ona dedi: “Nəyə görə belə etdin?” Həmin kişi dedi: “Ey Allahın Elçisi, ay işığında zövcəmin ayağındakı bilərziklərin ağlığını gördüm və bu səbəbdən nəfsimə hakim ola bilməyib onunla cinsi yaxınlıq etdim”. Allah Elçisi ﷺ gülümsədi və kəffarə ödəməyənə qədər zövcəsinə yaxınlaşmamasını əmr etdi.”
İstinad
İbn Məcə, 2065 (Talaq, 50)
Sunən İbn Məcə — Boşanmaya aid fəsillər