Boşanmaya aid fəsillər

Ər və arvadın lənətləşməsi

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ خَلاَّدٍ الْبَاهِلِيُّ ، وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ بْنِ حَبِيبٍ ، قَالاَ : حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : كُنَّا فِي الْمَسْجِدِ لَيْلَةَ الْجُمُعَةِ ، فَقَالَ رَجُلٌ : لَوْ أَنَّ رَجُلاً وَجَدَ مَعَ امْرَأَتِهِ رَجُلاً , فَقَتَلَهُ ، قَتَلْتُمُوهُ ، وَإِنْ تَكَلَّمَ جَلَدْتُمُوهُ ، وَاللَّهِ لأَذْكُرَنَّ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَذَكَرَهُ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَنْزَلَ اللَّهُ آيَاتِ اللِّعَانِ ، ثُمَّ جَاءَ الرَّجُلُ بَعْدَ ذَلِكَ يَقْذِفُ امْرَأَتَهُ ، فَلاَعَنَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ بَيْنَهُمَا ، وَقَالَ : عَسَى أَنْ تَجِيءَ بِهِ أَسْوَدَ ، فَجَاءَتْ بِهِ أَسْوَدَ جَعْدًا.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Bir dəfə biz cümə gecəsi məsciddə idik. Bir kişi dedi: “Bir kişi zövcəsini başqa bir kişi ilə (cinsi əlaqədə olarkən) görsə və o kişini öldürsə, qisas olaraq onu öldürərsinizmi? Əgər zövcəsinin zina etdiyini deyər, lakin şahidlər gətirə bilməzsə, onu zina böhtanına görə öldürərsinizmi? Allaha and olsun, mən bunu Peyğəmbərə ﷺ danışacağam”. Allah da lənət ayələrini nazil etdi. Ayələr nazil olduqdan sonra bir kişi gəlib zövcəsinin zina etdiyini iddia etdi. Peyğəmbər ﷺ də onların arasında lənətləşmə hökmünü tətbiq etdi və belə buyurdu: “Bu qadın qaradərili bir uşaq dünyaya gətirərsə, zina etdiyinin həqiqət olduğu ümid edilir”. Qadın da qıvrımsaçlı qaradərili bir uşaq dünyaya gətirdi”.”

Abdullah
Səhih

İstinad

İbn Məcə, 2068 (Talaq, 53)

Sunən İbn Məcə — Boşanmaya aid fəsillər