Boşanmaya aid fəsillər

Ər və arvadın lənətləşməsi

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، أَخْبَرَنَا هِشَامُ بْنُ حَسَّانَ ، حَدَّثَنَا عِكْرِمَةُ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ هِلاَلَ بْنَ أُمَيَّةَ قَذَفَ امْرَأَتَهُ عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِشَرِيكِ ابْنِ سَحْمَاءَ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْبَيِّنَةَ أَوْ حَدٌّ فِي ظَهْرِكَ ، فَقَالَ هِلاَلُ بْنُ أُمَيَّةَ : وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ ، إِنِّي لَصَادِقٌ ، وَلَيُنْزِلَنَّ اللَّهُ فِي أَمْرِي مَا يُبَرِّئُ ظَهْرِي ، قَالَ : فَنَزَلَتْ : {وَالَّذِينَ يَرْمُونَ أَزْوَاجَهُمْ وَلَمْ يَكُنْ لَهُمْ شُهَدَاءُ إِلاَّ أَنْفُسُهُمْ} ، حَتَّى بَلَغَ : {وَالْخَامِسَةَ أَنَّ غَضَبَ اللهِ عَلَيْهَا إِنْ كَانَ مِنَ الصَّادِقِينَ} فَانْصَرَفَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَرْسَلَ إِلَيْهِمَا فَجَاءَا ، فَقَامَ هِلاَلُ بْنُ أُمَيَّةَ فَشَهِدَ ، وَالنَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : إِنَّ اللَّهَ يَعْلَمُ أَنَّ أَحَدَكُمَا كَاذِبٌ ، فَهَلْ مِنْ تَائِبٍ ؟ ثُمَّ قَامَتْ فَشَهِدَتْ ، فَلَمَّا كَانَ عِنْدَ الْخَامِسَةِ : {أَنَّ غَضَبَ اللهِ عَلَيْهَا إِنْ كَانَ مِنَ الصَّادِقِينَ} ، قَالُوا لَهَا : إِنَّهَا لَمُوجِبَةٌ. قَالَ ابْنُ عَبَّاسٍ : فَتَلَكَّأَتْ ، وَنَكَصَتْ ، حَتَّى ظَنَنَّا أَنَّهَا سَتَرْجِعُ ، فَقَالَتْ : وَاللَّهِ لاَ أَفْضَحُ قَوْمِي سَائِرَ الْيَوْمِ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : انْظُرُوهَا ، فَإِنْ جَاءَتْ بِهِ أَكْحَلَ الْعَيْنَيْنِ ، سَابِغَ الأَلْيَتَيْنِ ، خَدَلَّجَ السَّاقَيْنِ ، فَهُوَ لِشَرِيكِ ابْنِ سَحْمَاءَ ، فَجَاءَتْ بِهِ كَذَلِكَ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَوْلاَ مَا مَضَى مِنْ كِتَابِ اللهِ لَكَانَ لِي وَلَهَا شَأْنٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Hilal ibn Umeyyə Peyğəmbərin ﷺ yanına gəlib zövcəsini Şureyk ibn Səhma ilə zina etməkdə günahlandırdı. Peyğəmbər ﷺ dedi: “Ya dediyini sübuta yetir, ya da cəzalandırılacaqsan”. Hilal ibn Umeyyə dedi: “Səni haqq ilə göndərənə and olsun ki, mən doğru danışıram və Allah məni (bu cəzadan) qurtarmaq üçün ayə nazil edəcək”. Bu vaxt bu ayələr: “Arvadlarını zinada günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutması, beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!”- deməsidir. Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər. Beşinci dəfə: “Əgər ər doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!”- deməlidir” (ən-Nur, 6-9) nazil oldu. Peyğəmbər ﷺ qadının yanına bir nəfər göndərib onların hər ikisini yanına çağırtdırdı. Hilal ibn Umeyyə ayağa durdu və şahidlik etdi. Peyğəmbərin ﷺ hüzuruna gəldi və Peyğəmbər ﷺ dedi: “Həqiqətən, Allah sizdən birinizin yalan danışdığını bilir. O şəxs tövbə etmək istəmirmi?” Sonra qadın ayağa qalxıb ərinin yalan danışmasına şəhadət verdi. “Beşinci dəfə: “Əgər ər doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!”- şəhadət vermək istədikdə səhabələr onu dayandırıb dedilər: “Diqqət et! Bu sonuncu şəhadətin sənin üçün pis nəticələnə bilər”. Qadın bir anlıq tərəddüd etdi və biz onun bu inadkarlığından əl çəkəcəyini zənn etdik. Sonra qadın: “Mən heç vaxt qövmümü rüsvay edib adımı bədnam edə bilmərəm”- deyib (lənətləşməni başa çatdırdı). Peyğəmbər ﷺ buyurdu: “Bu qadına diqqət edin! Əgər o, qaragöz, iri yanlı və kök baldırlı bir uşaq dünyaya gətirsə, deməli o, Şureyk ibn Səhmadandır!” Qadın Peyğəmbərin ﷺ təsvir etdiyi kimi bir uşaq dünyaya gətirdi. Sonra Peyğəmbər ﷺ buyurdu: “Allahın Öz kitabında nazil etdiyi hökm (“nemət və mərhəmət”) olmasaydı, o qadınla hesablaşardım (yəni onu cəzalandırardım)”.”

İbn Abbas
Səhih

İstinad

İbn Məcə, 2067 (Talaq, 52)

Sunən İbn Məcə — Boşanmaya aid fəsillər