Boşanmaya aid fəsillər

Boşanmadan qayıtmaq

حَدَّثَنَا بِشْرُ بْنُ هِلاَلٍ الصَّوَّافُ ، حَدَّثَنَا جَعْفَرُ بْنُ سُلَيْمَانَ الضُّبَعِيُّ ، عَنْ يَزِيدَ الرِّشْكِ ، عَنْ مُطَرِّفِ بْنِ عَبْدِ اللهِ بْنِ الشِّخِّيرِ ، أَنَّ عِمْرَانَ بْنَ الْحُصَيْنِ سُئِلَ عَنْ رَجُلٍ يُطَلِّقُ امْرَأَتَهُ ، ثُمَّ يَقَعُ بِهَا وَلَمْ يُشْهِدْ عَلَى طَلاَقِهَا ، وَلاَ عَلَى رَجْعَتِهَا ، فَقَالَ عِمْرَانُ : طَلَّقْتَ بِغَيْرِ سُنَّةٍ ، وَرَاجَعْتَ بِغَيْرِ سُنَّةٍ ، أَشْهِدْ عَلَى طَلاَقِهَا ، وَعَلَى رَجْعَتِهَا.

“Mutarrif ibn Abdullah ibn əş-Şixxir ﵀ rəvayət edir ki, İmran ibn əl-Husayndan bir kişinin zövcəsini boşadıqdan sonra gözləmə müddəti bitməmiş zövcəsini qaytararaq onunla cinsi yaxınlıq etməsi barədə soruşuldu. Həmin kişi zövcəsini nə boşayarkən, nə də qaytararkən şahid tutmuşdır. İmran dedi: “Sən qadını boşayarkən və geri qaytararkən sünnə ilə hərəkət etməmisən. Boşamanı və qaytarmanı şahid tutaraq etmək lazımdır”.”

Mutarrif ibn Abdullah ibn əş-Şixxir
Səhih

İstinad

İbn Məcə, 2025 (Talaq, 10)

Sunən İbn Məcə — Boşanmaya aid fəsillər