Boşanmaya aid fəsillər

Kişinin atasının ona zövcəsini boşamasını əmr etməsi

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ الْقَطَّانُ ، وَعُثْمَانُ بْنُ عُمَرَ ، قَالاَ : حَدَّثَنَا ابْنُ أَبِي ذِئْبٍ ، عَنْ خَالِهِ الْحَارِثِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ حَمْزَةَ بْنِ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، قَالَ : كَانَتْ تَحْتِي امْرَأَةٌ ، وَكُنْتُ أُحِبُّهَا ، وَكَانَ أَبِي يُبْغِضُهَا ، فَذَكَرَ ذَلِكَ عُمَرُ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَمَرَنِي أَنْ أُطَلِّقَهَا ، فَطَلَّقْتُهَا.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Mənim bir zövcəm var idi, mən onu sevirdim. Atam isə ona qzəbli idi. Ömər bunu Peyğəmbərə ﷺ bildirdikdə onu boşamağımı əmr etdi, mən də onu boşadım”.”

Abdullah ibn Ömər
Həsən

İstinad

İbn Məcə, 2088 (Talaq, 73)

Sunən İbn Məcə — Boşanmaya aid fəsillər