Kişinin atasının ona zövcəsini boşamasını əmr etməsi
حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ ، أَنَّ رَجُلاً أَمَرَهُ أَبُوهُ أَوْ أُمُّهُ ، شَكَّ شُعْبَةُ ، أَنْ يُطَلِّقَ امْرَأَتَهُ ، فَجَعَلَ عَلَيْهِ مِئَةَ مُحَرَّرٍ ، فَأَتَى أَبَا الدَّرْدَاءِ ، فَإِذَا هُوَ يُصَلِّي الضُّحَى وَيُطِيلُهَا ، وَصَلَّى مَا بَيْنَ الظُّهْرِ وَالْعَصْرِ ، فَسَأَلَهُ ، فَقَالَ أَبُو الدَّرْدَاءِ : أَوْفِ بِنَذْرِكَ ، وَبِرَّ وَالِدَيْكَ. وَقَالَ أَبُو الدَّرْدَاءِ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : الْوَالِدُ أَوْسَطُ أَبْوَابِ الْجَنَّةِ ، فَحَافِظْ عَلَى وَالِدَيْكَ أَوِ اتْرُكْ.
“Əbu Abdur-Rahmən ﵀ rəvayət edir ki, bir kişinin atası və ya anası ona zövcəsini boşamağı əmr etdi. O da zövcəsini boşamamaq üçün yüz köləni azad etməyi əhd etdi. Sonra Əbu əd-Dərdənin yanına getdi. Əbu əd-Dərdə Duha namazını qılırdı və namazı uzadırdı. Zöhr namazı ilə Əsr namazı arasında da namaz qıldı. Sonra həmin kişi ondan bu məsələ haqda soruşdu. Əbu əd-Dərdə dedi: “Əhdini yerinə yetir və valideynlərinə itaət et”. Əbu əd-Dərdə dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Ata Cənnət qapılarının ən ortasıdır. İstəyirsən, valideynlərinin haqqını qoru, istəyirsən, onları tərk et”.”
İstinad
İbn Məcə, 2089 (Talaq, 74)
Sunən İbn Məcə — Boşanmaya aid fəsillər