Kəffarələrə aid fəsillər

Allaha and içildikdə razı olan

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ ، عَنْ أَبِي بَكْرِ بْنِ يَحْيَى بْنِ النَّضْرِ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : رَأَى عِيسَى ابْنُ مَرْيَمَ رَجُلاً يَسْرِقُ ، فَقَالَ : أَسَرَقْتَ ؟ قَالَ : لاَ ، وَالَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، فَقَالَ عِيسَى : آمَنْتُ بِاللَّهِ , وَكَذَّبْتُ بَصَرِي.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “İsa ibn Məryəm bir kişinin oğurluq etdiyini gördü və dedi: “Sən oğurluq edirsən?” Kişi dedi: “Xeyr, Ondan başqa ibadətə layiq məbud olmayana and olsun!” İsa dedi: “Allaha iman etdim, gözlərimi isə yalançı saydım”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 2102 (Kəffarələr, 13)

Sunən İbn Məcə — Kəffarələrə aid fəsillər