حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، أَخْبَرَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، حَدَّثَنَا غَيْلاَنُ بْنُ جَرِيرٍ ، عَنْ أَبِي بُرْدَةَ ، عَنْ أَبِيهِ أَبِي مُوسَى ، قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي رَهْطٍ مِنَ الأَشْعَرِيِّينَ نَسْتَحْمِلُهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : وَاللَّهِ مَا أَحْمِلُكُمْ وَمَا عِنْدِي مَا أَحْمِلُكُمْ عَلَيْهِ , قَالَ : فَلَبِثْنَا مَا شَاءَ اللَّهُ ، ثُمَّ أُتِيَ بِإِبِلٍ ، فَأَمَرَ لَنَا بِثَلاَثَةِ إِبِلٍ ذَوْدٍ غُرِّ الذُّرَى ، فَلَمَّا انْطَلَقْنَا ، قَالَ بَعْضُنَا لِبَعْضٍ : أَتَيْنَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَسْتَحْمِلُهُ ، فَحَلَفَ أَلاَّ يَحْمِلَنَا ، ثُمَّ حَمَلَنَا ، ارْجِعُوا بِنَا ، فَأَتَيْنَاهُ ، فَقُلْنَا : يَا رَسُولَ اللهِ ، إِنَّا أَتَيْنَاكَ نَسْتَحْمِلُكَ , فَحَلَفْتَ أَنْ لاَ تَحْمِلَنَا ، ثُمَّ حَمَلْتَنَا ، فَقَالَ : وَاللَّهِ مَا أَنَا حَمَلْتُكُمْ ، فَإِنَّ اللَّهُ حَمَلَكُمْ ، إِنِّي وَاللَّهِ مَا أَنَا حَمَلْتُكُمْ ، بَلِ اللَّهُ حَمَلَكُمْ ، إِنِّي وَاللهِ إِنْ شَاءَ اللَّهُ ، لاَ أَحْلِفُ عَلَى يَمِينٍ ، فَأَرَى غَيْرَهَا خَيْرًا مِنْهَا , إِلاَّ كَفَّرْتُ عَنْ يَمِينِي ، وَأَتَيْتُ الَّذِي هُوَ خَيْرٌ ، أَوْ قَالَ : أَتَيْتُ الَّذِي هُوَ خَيْرٌ ، وَكَفَّرْتُ عَنْ يَمِينِي.
“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Mən Əşari tayfasından olan bir dəstənin içində Allah Elçisinin ﷺ yanına getdim və (Təbuk) döyüşünə qoşula bilmək üçün ondan minik istədik. Allah Elçisi ﷺ buyurdu: “Allaha and olsun, sizə minik üçün heyvan verə bilməyəcəyəm. Məndə sizin minməyiniz üçün heyvan yoxdur”. Biz Allahın istədiyi qədər gözlədik, sonra dəvələr gətirildi. Allah Elçisi ﷺ hörgücləri köklükdən ağarmış üç dişi dəvənin bizə verilməsini əmr etdi. Biz dəvələri götürüb getdikdə bir-birimizə dedik: “Biz Allah Elçisinin ﷺ yanına gəlib dəvə istədikdə o bizə minik verə bilməyəcəyinə and içdi, sonra isə bizə minik heyvanları verdi. Biz qayıdıb Peyğəmbərin ﷺ yanına gəldik və dedik: “Ey Allahın Elçisi, biz sənin yanında gəlib minik heyvanı istədik, sən də: “Allaha and olsun, sizə minik üçün heyvan verə bilməyəcəyəm. Məndə sizin minməyiniz üçün heyvan yoxdur”- dedin, sonra isə bizə minik heyvanları verdin”. Allah Elçisi ﷺ buyurdu: “Allaha and olsun! Minik heyvanlarını sizə mən vermədim, mənə sizə minik verməyi Allah nəsib etdi. Allaha and olsun! Mən bir şeyin üçün and içib, sonra başqa bir şeyin ondan daha xeyirli olduğunu bildikdə, o andın kəffarəsini ödəyirəm və daha xeyirli olan şeyi edirəm və ya o xeyirli şeyi edir və kəffarəmi ödəyirəm”.”