Kəffarələrə aid fəsillər

And içdikdə tövriyə edən

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ مُوسَى ، عَنْ إِسْرَائِيلَ (ح) وحَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ مَهْدِيٍّ ، عَنْ إِسْرَائِيلَ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عَبْدِ الأَعْلَى ، عَنْ جَدَّتِهِ ، عَنْ أَبِيهَا سُوَيْدِ بْنِ حَنْظَلَةَ ، قَالَ : خَرَجْنَا نُرِيدُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَمَعَنَا وَائِلُ بْنُ حُجْرٍ , فَأَخَذَهُ عَدُوٌّ لَهُ ، فَتَحَرَّجَ النَّاسُ أَنْ يَحْلِفُوا ، فَحَلَفْتُ أَنَا إِنَّهُ أَخِي ، فَخَلَّى سَبِيلَهُ ، فَأَتَيْنَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَخْبَرْتُهُ أَنَّ الْقَوْمَ تَحَرَّجُوا أَنْ يَحْلِفُوا وَحَلَفْتُ أَنَا إِنَّهُ أَخِي ، فَقَالَ : صَدَقْتَ ، الْمُسْلِمُ أَخُو الْمُسْلِمِ.

“Rəvayət edilir ki, Suveyd ibn Hənzalə ﵁ demişdir: “Biz Allah Elçisini ﷺ ziyarət etmək üçün çıxmışdıq. Yanımızda Vail ibn Hucr da var idi. Yolda Vailin düşməni onu tutdu. İnsanlar onu qurtarmaq üçün and içməyi günah saydılar. Mən isə and içərək onun mənim qardaşım olduğunu bildirdim. And içdikdən sonra düşməni Vaili buraxdı. Sonra biz Allah Elçisinin ﷺ yanına getdik və yoldaşlarımın and içməyi günah saydıqlarını, mənim isə and içərək onun mənim qardaşım olduğunu ona xəbər verdim. Allah Elçisi ﷺ də buyurdu: “Sən doğru söyləmisən! Müsəlman müsəlmanın qardaşıdır”.”

Suveyd ibn Hənzalə
Səhih

İstinad

İbn Məcə, 2119 (Kəffarələr, 30)

Sunən İbn Məcə — Kəffarələrə aid fəsillər