Kəffarələrə aid fəsillər

Nəziri yerinə yetirmək

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، وَعَبْدُ اللهِ بْنُ إِسْحَاقَ الْجَوْهَرِيُّ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ رَجَاءٍ ، أَخْبَرَنَا الْمَسْعُودِيُّ ، عَنْ حَبِيبِ بْنِ أَبِي ثَابِتٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَجُلاً جَاءَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي نَذَرْتُ أَنْ أَنْحَرَ بِبُوَانَةَ ، فَقَالَ : فِي نَفْسِكَ شَيْءٌ مِنْ أَمْرِ الْجَاهِلِيَّةِ ؟ قَالَ : لاَ ، قَالَ : أَوْفِ بِنَذْرِكَ.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mən Buvanə adlı yerdə qurban kəsməyi nəzir etmişəm”. Peyğəmbər ﷺ buyurdu: “Qəlbində cahiliyyət dövründən bir şey varmı?” O: “Xeyr”- dedi. Peyğəmbər ﷺ buyurdu: “Onda nəzirini yerinə yetir”.”

İbn Abbas
Səhih

İstinad

İbn Məcə, 2130 (Kəffarələr, 41)

Sunən İbn Məcə — Kəffarələrə aid fəsillər