Piyada həccə getməyi nəzir edən
حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ ، عَنْ عَمْرِو بْنِ أَبِي عَمْرٍو ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : رَأَى النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ شَيْخًا يَمْشِي بَيْنَ ابْنَيْهِ ، فَقَالَ : مَا شَأْنُ هَذَا ؟ قَالَ ابْنَاهُ : نَذْرٌ يَا رَسُولَ اللهِ ، قَالَ : ارْكَبْ أَيُّهَا الشَّيْخُ ، فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنْكَ وَعَنْ نَذْرِكَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ ağsaqqal bir kişinin iki oğlunun arasında piyada getdiyini görüb dedi: “Bu nədir belə?” Kişinin övladları dedilər: “Nəzir edib, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Ay ağsaqqal, miniyinə min! Allahın sənə və nəzirinə ehtiyacı yoxdur”.”
İstinad
İbn Məcə, 2135 (Kəffarələr, 46)
Sunən İbn Məcə — Kəffarələrə aid fəsillər