Bir şeyə görə and verib ondan başqa bir şeyi daha xeyirli görən
حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي عُمَرَ الْعَدَنِيُّ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، حَدَّثَنَا أَبُو الزَّعْرَاءِ عَمْرُو بْنُ عَمْرٍو ، عَنْ عَمِّهِ أَبِي الأَحْوَصِ عَوْفِ بْنِ مَالِكٍ الْجُشَمِيِّ ، عَنْ أَبِيهِ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، يَأْتِينِي ابْنُ عَمِّي فَأَحْلِفُ أَنْ لاَ أُعْطِيَهُ ، وَلاَ أَصِلَهُ ، قَالَ : كَفِّرْ عَنْ يَمِينِكَ.
“Əbul-Əhvas Auf ibn Malik əl-Əşari atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən dedim: “Ey Allahın Elçisi! Əmim oğlu yanıma gəlib (məndən nəsə istədi), mən də ona istədiyini vermədim və onunla əlaqəni kəsməyə and içdim”. Allah Elçisi ﷺ buyurdu: “Andının kəffarəsini ver”.”
İstinad
İbn Məcə, 2109 (Kəffarələr, 20)
Sunən İbn Məcə — Kəffarələrə aid fəsillər