Ticarətə aid fəsillər

Ruqyə edənin bunun əvəzində nəsə alması

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ جَعْفَرِ بْنِ إِيَاسٍ ، عَنْ أَبِي نَضْرَةَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : بَعَثَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ثَلاَثِينَ رَاكِبًا فِي سَرِيَّةٍ ، فَنَزَلْنَا بِقَوْمٍ ، فَسَأَلْنَاهُمْ أَنْ يَقْرُونَا فَأَبَوْا ، فَلُدِغَ سَيِّدُهُمْ ، فَأَتَوْنَا ، فَقَالُوا : أَفِيكُمْ أَحَدٌ يَرْقِي مِنَ الْعَقْرَبِ ؟ فَقُلْتُ : نَعَمْ ، أَنَا ، وَلَكِنْ لاَ أَرْقِيهِ حَتَّى تُعْطُونَا غَنَمًا ، قَالُوا : فَإِنَّا نُعْطِيكُمْ ثَلاَثِينَ شَاةً ، فَقَبِلْنَا ، فَقَرَأْتُ عَلَيْهِ الْحَمْدُ سَبْعَ مَرَّاتٍ , فَبَرِئَ ، وَقَبَضْنَا الْغَنَمَ ، فَعَرَضَ فِي أَنْفُسِنَا مِنْهَا شَيْءٌ ، فَقُلْنَا : لاَ تَعْجَلُوا حَتَّى نَأْتِيَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَلَمَّا قَدِمْنَا ذَكَرْتُ لَهُ الَّذِي صَنَعْتُ ، فَقَالَ : أَوَمَا عَلِمْتَ أَنَّهَا رُقْيَةٌ ؟ اقْتَسِمُوهَا وَاضْرِبُوا لِي مَعَكُمْ سَهْمًا. قَالَ أَبُو عَبْدِ اللهِ : وَالصَّوَابُ هُوَ أَبُو الْمُتَوَكِّلِ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ bizi otuz nəfər süvari olaraq bir səriyəyə göndərdi. Biz bir qovmün yanına gəldik. Onlardan bizi qonaq etmələrini istədik, lakin onlar bizi qonaq etmədilər. Bu arada onların ağasını əqrəb sancdı. Onlar bizim yanımıza gəlib dedilər: “Sizin aranızda əqrəb sancmasına qarşı ruqyə edəniniz varmı?” Mən dedim: “Bəli, mən oxuya bilirəm, lakin (bizi qonaq etmədiyinizə görə) qoyun vermədikcə oxumayacağam”. Onlar dedilər: “Yaxşı, sizə otuz qoyun veririk”. Biz bunu qəbul etdik və mən yeddi dəfə “əl-Fatihə” surəsini əqrəb sancan adama oxudum. O sağaldı, biz də qoyunları götürdük. Sonra qəlbimizə bu haqda bir şübhə düşdü və dedik: “Peyğəmbərin ﷺ yanına gedib onunla məsləhətləşmədən qoyunlar haqda tələsib bir şey etməyin”. Sonra Peyğəmbərin ﷺ yanına gəldik və məsələni ona danışdıq. Peyğəmbər ﷺ buyurdu: “Onun (“əl-Fatihə” surəsinin) ruqyə olduğunu haradan bilirdin? Qoyunları aranızda bölüşdürün və mənə də bir hissə ayırın”.”

Əbu Səid əl-Xudri
Səhih

İstinad

İbn Məcə, 2156 (Ticarət, 20)

Sunən İbn Məcə — Ticarətə aid fəsillər