Sunən İbn MəcəTicarətə aid fəsillər

Kitab 12

Ticarətə aid fəsillər

أَبْوَابُ التِّجَارَاتِ

130

hədis

Fəsil 1

Dolanışıq qazanmağa təşviq etmək

بَابُ الْحَثِّ عَلَى الْمَكَاسِبِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ بْنِ حَبِيبٍ ، قَالُوا : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ أَطْيَبَ مَا أَكَلَ الرَّجُلُ مِنْ كَسْبِهِ ، وَإِنَّ وَلَدَهُ مِنْ كَسْبِهِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kişinin yediyi ən gözəl qazancı zəhməti ilə qazandığı qazancdır. Həqiqətən, kişinin övladı da onun qazancındandır”.”

Aişə
Səhihİbn Məcə, 2137 (Ticarət, 1)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ ، عَنْ بَحِيرِ بْنِ سَعْدٍ ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ ، عَنِ الْمِقْدَامِ بْنِ مَعْدِي كَرِبَ الزُّبَيْدِيِّ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَا كَسَبَ الرَّجُلُ كَسْبًا أَطْيَبَ مِنْ عَمَلِ يَدِهِ ، وَمَا أَنْفَقَ الرَّجُلُ عَلَى نَفْسِهِ وَأَهْلِهِ وَوَلَدِهِ وَخَادِمِهِ ، فَهُوَ صَدَقَةٌ.

“Miqdad ibn Mədi Kərib əz-Zubeydi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kişinin öz əli ilə qazandığı qazancından daha yaxşı qazanc yoxdur. Kişinin özünə, zövcəsinə, övladlarına və xidmətçisinə xərclədiyi onun üçün sədəqə sayılır”.”

Miqdam ibn Mədi Kərib əz-Zubeydi
Səhihİbn Məcə, 2138 (Ticarət, 2)

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ الدَّرَاوَرْدِيُّ ، عَنْ ثَوْرِ بْنِ زَيْدٍ الدِّيْلِيِّ ، عَنْ أَبِي الْغَيْثِ ، مَوْلَى ابْنِ مُطِيعٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : السَّاعِي عَلَى الأَرْمَلَةِ وَالْمِسْكِينِ كَالْمُجَاهِدِ فِي سَبِيلِ اللهِ ، وَكَالَّذِي يَقُومُ اللَّيْلَ وَيَصُومُ النَّهَارَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Dul qadınlara və kasıblara əl tutan kimsə Allah yolunda vuruşan mücahidə, həmçinin gündüzlər oruc tutub gecələr namaz qılan kimsəyə bənzəyir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2140 (Ticarət, 4)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سُلَيْمَانَ ، عَنْ مُعَاذِ بْنِ عَبْدِ اللهِ بْنِ خُبَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَمِّهِ ، قَالَ : كُنَّا فِي مَجْلِسٍ ، فَجَاءَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَعَلَى رَأْسِهِ أَثَرُ مَاءٍ ، فَقَالَ لَهُ بَعْضُنَا : نَرَاكَ الْيَوْمَ طَيِّبَ النَّفْسِ ، فَقَالَ : أَجَلْ وَالْحَمْدُ لِلَّهِ , ثُمَّ أَفَاضَ الْقَوْمُ فِي ذِكْرِ الْغِنَى ، فَقَالَ : لاَ بَأْسَ بِالْغِنَى لِمَنِ اتَّقَى ، وَالصِّحَّةُ لِمَنِ اتَّقَى خَيْرٌ مِنَ الْغِنَى ، وَطِيبُ النَّفْسِ مِنَ النَّعِيمِ.

“Muaz ibn Abdullah ibn Xubeyb atasının və əmisinin ﵄ belə dediyini rəvayət etmişdir: “Bir dəfə biz bir məclisdə idik. Bu vaxt Peyğəmbər ﷺ saçı yaş halda yanımıza gəldi. Bəzilərimiz ona dedilər: “Bu gün sənin əhval-ruhiyyənin yaxşı oduğunu görürük”. O buyurdu: “Elədir, əlhəmdulilləh”. Sonra camaat varlılıqdan bəhs etməyə başladıqda dedi: “Təqvalı adamın varlı olmasında bir müşgül yoxdur. Təqvalı adam üçün sağlam olmaq varlı olmaqdan da xeyirlidir. Əhval-ruhiyyənin xoş olması isə bir nemətdir”.”

Muaz ibn Abdullah ibn Xubeyb atasından, o da əmisindən
Səhihİbn Məcə, 2141 (Ticarət, 5)

Fəsil 2

Ruzi qazanmaqda mötədil olmaq

بَابُ الاِقْتِصَادِ فِي طَلَبِ الْمَعِيشَةِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ ، عَنْ عُمَارَةَ بْنِ غَزِيَّةَ ، عَنْ رَبِيعَةَ بْنِ أَبِي عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ سَعِيدٍ الأَنْصَارِيِّ ، عَنْ أَبِي حُمَيْدٍ السَّاعِدِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَجْمِلُوا فِي طَلَبِ الدُّنْيَا ، فَإِنَّ كُلاًّ مُيَسَّرٌ لِمَا خُلِقَ لَهُ.

“Rəvayət edilir ki, Əbu Humeyd əs-Saidi ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dünyanı istəməkdə mötədil olun, çünki kim nə üçün yaradılmışsa, onun üçün həmin şeylər asanlaşdırılacaq”.”

Əbu Humeyd əs-Saidi
Səhihİbn Məcə, 2142 (Ticarət, 6)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُصَفَّى الْحِمْصِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، عَنِ ابْنِ جُرَيْجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَيُّهَا النَّاسُ , اتَّقُوا اللَّهَ وَأَجْمِلُوا فِي الطَّلَبِ ، فَإِنَّ نَفْسًا لَنْ تَمُوتَ حَتَّى تَسْتَوْفِيَ رِزْقَهَا , وَإِنْ أَبْطَأَ عَنْهَا ، فَاتَّقُوا اللَّهَ وَأَجْمِلُوا فِي الطَّلَبِ ، خُذُوا مَا حَلَّ ، وَدَعُوا مَا حَرُمَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ey insanlar! Allahdan qorxun və mötədil olun! Hər bir nəfs ruzisi geciksə belə, tam qurtarmayana qədər ölməz. Allahdan qorxun və mötədil olun! (Ruzinin) halal olanını götürün, haram olanından uzaq olun!””

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2144 (Ticarət, 8)

Fəsil 3

Ticarətdə təqvalı davranmaq

بَابُ التَّوَقِّي فِي التِّجَارَةِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ شَقِيقٍ ، عَنْ قَيْسِ بْنِ أَبِي غَرَزَةَ ، قَالَ : كُنَّا نُسَمَّى فِي عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ السَّمَاسِرَةَ ، فَمَرَّ بِنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَسَمَّانَا بِاسْمٍ هُوَ أَحْسَنُ مِنْهُ ، فَقَالَ : يَا مَعْشَرَ التُّجَّارِ إِنَّ الْبَيْعَ يَحْضُرُهُ الْحَلِفُ وَاللَّغْوُ ، فَشُوبُوهُ بِالصَّدَقَةِ.

“Rəvayət edilir ki, Qeys ibn Əbu Ğarazə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah Elçisinin ﷺ dövründə bizə “alverçi” deyirdilər. Allah Elçisi ﷺ bizim yanımıza gəldi və bizi bundan daha gözəl adla çağıraraq buyurdu: “Ey tacirlər toplumu! Alış-verişdə yalan and və boş sözlər ola bilər. Ona görə sədəqə verməklə ticarətinizi təmizləyin”.”

Qeys ibn Əbu Ğarazə
Səhihİbn Məcə, 2145 (Ticarət, 9)

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمٍ الطَّائِفِيُّ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُثْمَانَ بْنِ خُثَيْمٍ ، عَنْ إِسْمَاعِيلَ بْنِ عُبَيْدِ بْنِ رِفَاعَةَ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ رِفَاعَةَ ، قَالَ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَإِذَا النَّاسُ يَتَبَايَعُونَ بُكْرَةً ، فَنَادَاهُمْ : يَا مَعْشَرَ التُّجَّارِ , فَلَمَّا رَفَعُوا أَبْصَارَهُمْ وَمَدُّوا أَعْنَاقَهُمْ ، قَالَ : إِنَّ التُّجَّارَ يُبْعَثُونَ يَوْمَ الْقِيَامَةِ فُجَّارًا ، إِلاَّ مَنِ اتَّقَى وَبَرَّ وَصَدَقَ.

“İsmail ibn Ubeyd ibn Rifəa atası və babası Rifəanın ﵁ belə dediyini rəvayət etmişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə bayıra çıxmışdıq. Səhər tezdən insanlar ticarətlə məşğul idilər. Allah Elçisi ﷺ onlara: “Ey tacirlər toplumu!”- deyə nida etdi. Onlar (diqqətlə dinləmək üçün) gözlərini dikib boyunlarını uzatdıqda belə buyurdu: “Həqiqətən, tacirlər Qiyamət günü günahkarlar olaraq dirildiləcəklər, yalnız Allahdan qorxan, yaxşılıq edən və (ticarət etdikdə) doğru danışanlar bundan istisnadır”.”

Rifəa
Zəifİbn Məcə, 2146 (Ticarət, 10)

Fəsil 4

Peşələr

بَابُ الصِّنَاعَاتِ

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَمْرُو بْنُ يَحْيَى بْنِ سَعِيدٍ الْقُرَشِيُّ ، عَنْ جَدِّهِ سَعِيدِ بْنِ أَبِي أُحَيْحَةَ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا بَعَثَ اللَّهُ نَبِيًّا إِلاَّ رَاعِيَ غَنَمٍ ، قَالَ لَهُ أَصْحَابُهُ : وَأَنْتَ يَا رَسُولَ اللهِ ؟ قَالَ : وَأَنَا كُنْتُ أَرْعَاهَا لأَهْلِ مَكَّةَ بِالْقَرَارِيطِ. قَالَ سُوَيْدٌ : يَعْنِي كُلَّ شَاةٍ بِقِيرَاطٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahın göndərdiyi bütün peyğəmbərlər qoyun otarmışlar”. Səhabələri ona dedilər: “Sən də, ey Allahın Elçisi?” Peyğəmbər ﷺ buyurdu: “Bəli, mən “qararit” adlı maaş qarşılığında məkkəlilərin qoyunlarını otarırdım”. Ravi Suveyd deyir: “Yəni hər qoyun üçün bir qirat maaş alırdı”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2149 (Ticarət, 13)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ الْخُزَاعِيُّ ، وَالْحَجَّاجُ ، وَالْهَيْثَمُ بْنُ جَمِيلٍ ، قَالُوا : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ ثَابِتٍ ، عَنْ أَبِي رَافِعٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : كَانَ زَكَرِيَّا نَجَّارًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Zəkəriyyə dülgər idi”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2150 (Ticarət, 14)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، حَدَّثَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ نَافِعٍ ، عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : إِنَّ أَصْحَابَ الصُّوَرِ يُعَذَّبُونَ يَوْمَ الْقِيَامَةِ ، يُقَالُ لَهُمْ : أَحْيُوا مَا خَلَقْتُمْ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Surət çəkən rəssamlar Qiyamət günü əzaba düçar olacaqlar. Onlara deyiləcək: “Yaratdıqlarınızı dirildin”.”

Aişə
Səhihİbn Məcə, 2151 (Ticarət, 15)

Fəsil 5

İnhisarçılıq (möhtəkirlik) və malı bazara çıxarmaq

بَابُ الْحُكْرَةِ وَالْجَلَبِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ مَعْمَرِ بْنِ عَبْدِ اللهِ بْنِ نَضْلَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يَحْتَكِرُ إِلاَّ خَاطِئٌ.

“Rəvayət edilir ki, Məmər ibn Abdullah ibn Nədlə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yalnız günahkar adam möhtəkirlik edər”.”

Məmər ibn Abdullah ibn Nədlə
Səhihİbn Məcə, 2154 (Ticarət, 18)

Fəsil 6

Ruqyə edənin bunun əvəzində nəsə alması

بَابُ أَجْرِ الرَّاقِي

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ جَعْفَرِ بْنِ إِيَاسٍ ، عَنْ أَبِي نَضْرَةَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : بَعَثَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ثَلاَثِينَ رَاكِبًا فِي سَرِيَّةٍ ، فَنَزَلْنَا بِقَوْمٍ ، فَسَأَلْنَاهُمْ أَنْ يَقْرُونَا فَأَبَوْا ، فَلُدِغَ سَيِّدُهُمْ ، فَأَتَوْنَا ، فَقَالُوا : أَفِيكُمْ أَحَدٌ يَرْقِي مِنَ الْعَقْرَبِ ؟ فَقُلْتُ : نَعَمْ ، أَنَا ، وَلَكِنْ لاَ أَرْقِيهِ حَتَّى تُعْطُونَا غَنَمًا ، قَالُوا : فَإِنَّا نُعْطِيكُمْ ثَلاَثِينَ شَاةً ، فَقَبِلْنَا ، فَقَرَأْتُ عَلَيْهِ الْحَمْدُ سَبْعَ مَرَّاتٍ , فَبَرِئَ ، وَقَبَضْنَا الْغَنَمَ ، فَعَرَضَ فِي أَنْفُسِنَا مِنْهَا شَيْءٌ ، فَقُلْنَا : لاَ تَعْجَلُوا حَتَّى نَأْتِيَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَلَمَّا قَدِمْنَا ذَكَرْتُ لَهُ الَّذِي صَنَعْتُ ، فَقَالَ : أَوَمَا عَلِمْتَ أَنَّهَا رُقْيَةٌ ؟ اقْتَسِمُوهَا وَاضْرِبُوا لِي مَعَكُمْ سَهْمًا. قَالَ أَبُو عَبْدِ اللهِ : وَالصَّوَابُ هُوَ أَبُو الْمُتَوَكِّلِ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ bizi otuz nəfər süvari olaraq bir səriyəyə göndərdi. Biz bir qovmün yanına gəldik. Onlardan bizi qonaq etmələrini istədik, lakin onlar bizi qonaq etmədilər. Bu arada onların ağasını əqrəb sancdı. Onlar bizim yanımıza gəlib dedilər: “Sizin aranızda əqrəb sancmasına qarşı ruqyə edəniniz varmı?” Mən dedim: “Bəli, mən oxuya bilirəm, lakin (bizi qonaq etmədiyinizə görə) qoyun vermədikcə oxumayacağam”. Onlar dedilər: “Yaxşı, sizə otuz qoyun veririk”. Biz bunu qəbul etdik və mən yeddi dəfə “əl-Fatihə” surəsini əqrəb sancan adama oxudum. O sağaldı, biz də qoyunları götürdük. Sonra qəlbimizə bu haqda bir şübhə düşdü və dedik: “Peyğəmbərin ﷺ yanına gedib onunla məsləhətləşmədən qoyunlar haqda tələsib bir şey etməyin”. Sonra Peyğəmbərin ﷺ yanına gəldik və məsələni ona danışdıq. Peyğəmbər ﷺ buyurdu: “Onun (“əl-Fatihə” surəsinin) ruqyə olduğunu haradan bilirdin? Qoyunları aranızda bölüşdürün və mənə də bir hissə ayırın”.”

Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 2156 (Ticarət, 20)

Fəsil 7

Quranı öyrədənin bunun əvəzində nəsə alması

بَابُ الأَجْرِ عَلَى تَعْلِيمِ الْقُرْآنِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَمُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا مُغِيرَةُ بْنُ زِيَادٍ الْمَوْصِلِيُّ ، عَنْ عُبَادَةَ بْنِ نُسَيٍّ ، عَنِ الأَسْوَدِ بْنِ ثَعْلَبَةَ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، قَالَ : عَلَّمْتُ نَاسًا مِنْ أَهْلِ الصُّفَّةِ الْقُرْآنَ وَالْكِتَابَةَ ، فَأَهْدَى إِلَيَّ رَجُلٌ مِنْهُمْ قَوْسًا ، فَقُلْتُ : لَيْسَتْ بِمَالٍ ، وَأَرْمِي عَنْهَا فِي سَبِيلِ اللهِ ، فَسَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْهَا ، فَقَالَ : إِنْ سَرَّكَ أَنْ تُطَوَّقَ بِهَا طَوْقًا مِنْ نَارٍ فَاقْبَلْهَا.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Mən insanlardan Suffə əhlinə Quranı və Kitabı öyrədirdim. Onlardan biri mənə ox hədiyyə etdi. Mən də öz-özümə: “Bu, mal deyil, bununla döyüşdə ox ataram”- dedim və bu haqda Allah Elçisindən ﷺ soruşdum. O buyurdu: “Bu oxun əvəzinə Qiyamət günü boynuna oddan bir halqanın keçirilməsi səni sevindirəcəksə, onu qəbul edə bilərsən”.”

Ubadə ibn əs-Samit
Səhihİbn Məcə, 2157 (Ticarət, 21)

حَدَّثَنَا سَهْلُ بْنُ أَبِي سَهْلٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ ثَوْرِ بْنِ يَزِيدَ , حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ سَلْمٍ ، عَنْ عَطِيَّةَ الْكَلاَعِيِّ ، عَنْ أُبَيِّ بْنِ كَعْبٍ ، قَالَ : عَلَّمْتُ رَجُلاً الْقُرْآنَ ، فَأَهْدَى إِلَيَّ قَوْسًا ، فَذَكَرْتُ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : إِنْ أَخَذْتَهَا أَخَذْتَ قَوْسًا مِنْ نَارٍ ، فَرَدَدْتُهَا.

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Mən bir kişiyə Quranı öyrətdim, o da mənə bir ox hədiyyə etdi. Bunu Allah Elçisinə ﷺ dedikdə o buyurdu: “Əgər sən bu oxu götürərsənsə, oddan bir ox almış olarsan”. Mən də oxu götürmədim”.”

Ubey ibn Kəb
Səhihİbn Məcə, 2158 (Ticarət, 22)

Fəsil 8

İt satışından əldə edilən qazancın, fahişəliyin qazancının, falçılıqdan gələn qazancın və heyvanları cütləşdirməyə görə əldə edilən qazancın qadağan edilməsi

بَابُ النَّهْيِ عَنْ ثَمَنِ الْكَلْبِ وَمَهْرِ الْبَغِيِّ وَحُلْوَانِ الْكَاهِنِ وَعَسْبِ الْفَحْلِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي بَكْرِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي مَسْعُودٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنْ ثَمَنِ الْكَلْبِ ، وَمَهْرِ الْبَغِيِّ ، وَحُلْوَانِ الْكَاهِنِ.

“Əbu Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ it satışından, fahişəlikdən və falçılıqdan əldə edilən qazancı qadağan etmişdir.”

Əbu Məsud
Səhihİbn Məcə, 2159 (Ticarət, 23)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَمُحَمَّدُ بْنُ طَرِيفٍ ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ ثَمَنِ الْكَلْبِ ، وَعَسْبِ الْفَحْلِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ it satışından və heyvanları cütləşdirməkdən əldə edilən qazancı qadağan etmişdir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2160 (Ticarət, 24)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، أَخْبَرَنَا ابْنُ لَهِيعَةَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ ثَمَنِ السِّنَّوْرِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ pişik satışından əldə edilən qazancı qadağan etmişdir”.”

Cabir
Səhihİbn Məcə, 2161 (Ticarət, 25)

Fəsil 9

Qan alanın qazancı

بَابُ كَسْبِ الْحَجَّامِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي عُمَرَ الْعَدَنِيُّ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ احْتَجَمَ وَأَعْطَاهُ أَجْرَهُ. قَالَ أَبُو عَبْدِ اللهِ ابْنُ مَاجَهْ : تَفَرَّدَ بِهِ ابْنُ أَبِي عُمَرَ وَحْدَهُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ qan aldırdı və əvəzində pul verdi.”

İbn Abbas
Səhihİbn Məcə, 2162 (Ticarət, 26)

حَدَّثَنَا عَمْرُو بْنُ عَلِيٍّ أَبُو حَفْصٍ الصَّيْرَفِيُّ ، حَدَّثَنَا أَبُو دَاوُدَ (ح) وحَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبَادَةَ ، الْوَاسِطِيُّ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، قَالاَ : حَدَّثَنَا وَرْقَاءُ ، عَنْ عَبْدِ الأَعْلَى ، عَنْ أَبِي جَمِيلَةَ ، عَنْ عَلِيٍّ ، قَالَ : احْتَجَمَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَأَمَرَنِي فَأَعْطَيْتُ الْحَجَّامَ أَجْرَهُ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ qan aldırdı və mənə onun əvəzində pul verməyimi əmr etdi”.”

Əli
Səhihİbn Məcə, 2163 (Ticarət, 27)

حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ بْنُ بَيَانٍ الْوَاسِطِيُّ ، حَدَّثَنَا خَالِدُ بْنُ عَبْدِ اللهِ ، عَنْ يُونُسَ ، عَنِ ابْنِ سِيرِينَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ احْتَجَمَ وَأَعْطَى الْحَجَّامَ أَجْرَهُ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ qan aldırdı və qan alana bunun əvəzində pul verdi.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2164 (Ticarət, 28)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ حَمْزَةَ , حَدَّثَنِي الأَوْزَاعِيُّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي بَكْرِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ ، عَنْ أَبِي مَسْعُودٍ عُقْبَةَ بْنِ عَمْرٍو ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ كَسْبِ الْحَجَّامِ.

“Rəvayət edilir ki, Əbu Məsud Uqbə ibn Amr ﵁ demişdir: “Allah Elçisi ﷺ qan alaraq pul qazanmağı qadağan etmişdir”.”

Əbu Məsud Uqbə ibn Amr
Səhihİbn Məcə, 2165 (Ticarət, 29)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَبَابَةُ بْنُ سَوَّارٍ ، عَنِ ابْنِ أَبِي ذِئْبٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ حَرَامِ بْنِ مُحَيِّصَةَ ، عَنْ أَبِيهِ ، أَنَّهُ سَأَلَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ كَسْبِ الْحَجَّامِ ، فَنَهَاهُ عَنْهُ ، فَذَكَرَ لَهُ الْحَاجَةَ ، فَقَالَ : اعْلِفْهُ نَوَاضِحَكَ.

“Haram ibn Muheyyisa ﵀ rəvayət edir ki, atası Peyğəmbərdən ﷺ qan alanın qazancı haqda soruşdu. Peyğəmbər ﷺ də bunu qadağan etdi. O, ehtiyaclı olduğunu söylədikdə isə buyurdu: “Elə isə o qazancı su daşıyan dəvələrin yeminə xərclə”.”

Haram ibn Muheyyisa
Səhihİbn Məcə, 2166 (Ticarət, 30)

Fəsil 10

Satılması halal olmayan şeylər nədir?

بَابُ مَا لاَ يَحِلُّ بَيْعُهُ

حَدَّثَنَا عِيسَى بْنُ حَمَّادٍ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، أَنَّهُ قَالَ : قَالَ عَطَاءُ بْنُ أَبِي رَبَاحٍ : سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللهِ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَامَ الْفَتْحِ وَهُوَ بِمَكَّةَ : إِنَّ اللَّهَ وَرَسُولَهُ حَرَّمَ بَيْعَ الْخَمْرِ ، وَالْمَيْتَةِ ، وَالْخِنْزِيرِ ، وَالأَصْنَامِ ، فَقِيلَ لَهُ عِنْدَ ذَلِكَ : يَا رَسُولَ اللهِ ، أَرَأَيْتَ شُحُومَ الْمَيْتَةِ ؟ فَإِنَّهُ يُدْهَنُ بِهَا السُّفُنُ ، وَيُدْهَنُ بِهَا الْجُلُودُ ، وَيَسْتَصْبِحُ بِهَا النَّاسُ ، قَالَ : لاَ ، هُنَّ حَرَامٌ ، ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : قَاتَلَ اللَّهُ الْيَهُودَ ، إِنَّ اللَّهَ حَرَّمَ عَلَيْهِمُ الشُّحُومَ , فَأَجْمَلُوهُ ، ثُمَّ بَاعُوهُ فَأَكَلُوا ثَمَنَهُ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ Məkkənin fəthi olan il Məkkədə buyurdu: “Allah və Onun Elçisi içkinin, leş ətinin, donuzun və bütlərin satılmasını qadağan etmişdir”. Peyğəmbər ﷺ sözünü bitirən kimi ona deyildi: “Ey Allahın Elçisi, leşin iç yağının satılması necə? O yağlarla gəmilər və dərilər yağlanır və ondan insanların işıq kimi istifadəsi üçün qəndillərə mum düzəldilir”. Peyğəmbər ﷺ buyurdu: “Xeyr, bunlar haramdır”. Sonra isə belə buyurdu: “Allah yəhudiləri öldürsün! Allah onlara leşlərin iç yağlarını haram etmişdi, onlar isə iç yağlarını əridib bir hala gətirdilər və satdılar. Sonra o qazancı yedilər”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2167 (Ticarət, 31)

حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ سَعِيدٍ الْقَطَّانِ ، حَدَّثَنَا هَاشِمُ بْنُ الْقَاسِمِ ، حَدَّثَنَا أَبُو جَعْفَرٍ الرَّازِيُّ ، عَنْ عَاصِمٍ ، عَنْ أَبِي الْمُهَلَّبِ ، عَنْ عُبَيْدِ اللهِ الإِفْرِيقِيِّ ، عَنْ أَبِي أُمَامَةَ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ بَيْعِ الْمُغَنِّيَاتِ ، وَعَنْ شِرَائِهِنَّ ، وَعَنْ كَسْبِهِنَّ ، وَعَنْ أَكْلِ أَثْمَانِهِنَّ.

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ müğənni qadınların alınıb-satılmasını, müğənnilikdən qazanılan pulu və o puldan yeməyi qadağan etmişdir”.”

Əbu Umamə
Həsənİbn Məcə, 2168 (Ticarət, 32)

Fəsil 11

Munəbəzə və muləməsə alış-verişinin qadağan olunması

بَابُ النَّهْيِ عَنِ الْمُنَابَذَةِ وَالْمُلاَمَسَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، وَأَبُو أُسَامَةَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ خُبَيْبِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ حَفْصِ بْنِ عَاصِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ بَيْعَتَيْنِ : عَنِ الْمُلاَمَسَةِ ، وَالْمُنَابَذَةِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ muləməsə və munəbəzə alış-verişini qadağan etmişdir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2169 (Ticarət, 33)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَسَهْلُ بْنُ أَبِي سَهْلٍ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ اللَّيْثِيَّ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنِ الْمُلاَمَسَةِ وَالْمُنَابَذَةِ. زَادَ سَهْلٌ : قَالَ سُفْيَانُ : الْمُلاَمَسَةُ : أَنْ يَلْمَسَ الرَّجُلُ الشَّيْءَ بِيَدِهِ وَلاَ يَرَاهُ ، وَالْمُنَابَذَةُ : أَنْ يَقُولَ أَلْقِ إِلَيَّ مَا مَعَكَ , وَأُلْقِي إِلَيْكَ مَا مَعِي.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ muləməsə və munəbəzə alış-verişini qadağan etmişdir. Ravi Səhl belə bir əlavə etmişdir: “Ravi Süfyan dedi: “Muləməsə - adamın malı görmədən əli ilə ona toxunması deməkdir. Munəbəzə isə “sən yanındakı malı mənə at, mən də yanımdakı malı sənə atım” deyərək edilən ticarətdir”.”

Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 2170 (Ticarət, 34)

Fəsil 12

Kişi müsəlman qardaşının satışının üzərindən satış etməz və ticarətinin üzərindən ticarət etməz

بَابُ لاَ يَبِيعُ الرَّجُلُ عَلَى بَيْعِ أَخِيهِ وَلاَ يَسُومُ عَلَى سَوْمِهِ

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ يَبِيعُ بَعْضُكُمْ عَلَى بَيْعِ بَعْضٍ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz digərinin satışı üzərindən satış etməsin”.”

İbn Ömər
Səhihİbn Məcə, 2171 (Ticarət, 35)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ يَبِيعُ الرَّجُلُ عَلَى بَيْعِ أَخِيهِ ، وَلاَ يَسُومُ عَلَى سَوْمِ أَخِيهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kişi müsəlman qardaşının satışının üzərindən satış etməz və ticarətinin üzərindən ticarət etməz”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2172 (Ticarət, 36)

Fəsil 13

“Nəcş”in qadağan olunması

بَابُ النَّهْيِ عَنِ النَّجْشِ

قَرَأْتُ عَلَى مُصْعَبِ بْنِ عَبْدِ اللهِ الزُّبَيْرِيِّ ، عَنْ مَالِكٍ (ح) وحَدَّثَنَا أَبُو حُذَافَةَ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنِ النَّجْشِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ nəcşi qadağan etmişdir.”

İbn Ömər
Səhihİbn Məcə, 2173 (Ticarət, 37)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَسَهْلُ بْنُ أَبِي سَهْلٍ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : لاَ تَنَاجَشُوا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Nəcş etməyin”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2174 (Ticarət, 38)

Fəsil 14

Şəhərlinin kəndlinin malını satmasının qadağan edilməsi

بَابُ النَّهْيِ أَنْ يَبِيعَ حَاضِرٌ لِبَادٍ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ يَبِيعُ حَاضِرٌ لِبَادٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Şəhərlinin kəndlinin malını satması qadağandır”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2175 (Ticarət, 39)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ يَبِيعُ حَاضِرٌ لِبَادٍ ، دَعُوا النَّاسَ يَرْزُقِ اللَّهُ بَعْضَهُمْ مِنْ بَعْضٍ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Şəhərlinin kəndlinin malını satması qadağandır. İnsanları alış-verişlərində rahat buraxın. Buraxın, Allah onların bir qismini digəri ilə ruziləndirsin”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2176 (Ticarət, 40)

حَدَّثَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ الْعَنْبَرِيُّ ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا مَعْمَرٌ ، عَنِ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ يَبِيعَ حَاضِرٌ لِبَادٍ. قُلْتُ لاِبْنِ عَبَّاسٍ : مَا قَوْلُهُ حَاضِرٌ لِبَادٍ ؟ قَالَ : لاَ يَكُونُ لَهُ سِمْسَارًا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ şəhərlinin kəndlinin malını satmasını qadağan etmişdir”. Ravi deyir: “Mən İbn Abbasa dedim: “Şəhərlinin kəndlinin malını satması” nə deməkdir?” İbn Abbas dedi: “Şəhərli kəndliyə malını satmaq üçün dəllallıq edə bilməz”.”

İbn Abbas
Səhihİbn Məcə, 2177 (Ticarət, 41)

Fəsil 15

Bazara gətirilən malı yolda qarşılamağın qadağan olması

بَابُ النَّهْيِ عَنْ تَلَقِّي الْجَلَبِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ هِشَامِ بْنِ حَسَّانٍ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ تَلَقَّوْا الأَجْلاَبَ ، فَمَنْ تَلَقَّى مِنْهُ شَيْئًا فَاشْتَرَى ، فَصَاحِبُهُ بِالْخِيَارِ إِذَا أَتَى السُّوقَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bazara gətirilən malları yolda qarşılayıb almayın. Kim bu şəkildə malı bazara gətirmədən alarsa, mal sahibi bazara gələrək qiyməti öyrənib o malı satmamaqda ixtiyar sahibi olur”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2178 (Ticarət, 42)

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ تَلَقِّي الْجَلَبِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ bazara gətirilən malı yolda qarşılayıb almağı qadağan etmişdir”.”

İbn Ömər
Səhihİbn Məcə, 2179 (Ticarət, 43)

حَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، وَحَمَّادُ بْنُ مَسْعَدَةَ ، عَنْ سُلَيْمَانَ التَّيْمِيِّ (ح) وحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ بْنِ حَبِيبِ بْنِ الشَّهِيدِ ، حَدَّثَنَا مُعْتَمِرُ بْنُ سُلَيْمَانَ ، قَالَ : سَمِعْتُ أَبِي يَقُولُ : حَدَّثَنَا أَبُو عُثْمَانَ النَّهْدِيُّ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ تَلَقِّي الْبُيُوعِ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ bazara gətirilən malı yolda qarşılayıb almağı qadağan etmişdir”.”

Abdullah ibn Məsud
Səhihİbn Məcə, 2180 (Ticarət, 44)

Fəsil 16

Alıcı və satıcı bir-birindən ayrılmayınca, alış-veriş edib-etməməkdə ixtiyar sahibidirlər

بَابُ الْبَيِّعَانِ بِالْخِيَارِ مَا لَمْ يَفْتَرِقَا

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِذَا تَبَايَعَ الرَّجُلاَنِ , فَكُلُّ وَاحِدٍ مِنْهُمَا بِالْخِيَارِ مَا لَمْ يَفْتَرِقَا وَكَانَا جَمِيعًا ، أَوْ يُخَيِّرْ أَحَدُهُمَا الآخَرَ ، فَإِنْ خَيَّرَ أَحَدُهُمَا الآخَرَ , فَتَبَايَعَا عَلَى ذَلِكَ ، فَقَدْ وَجَبَ الْبَيْعُ ، وَإِنْ تَفَرَّقَا بَعْدَ أَنْ تَبَايَعَا ، وَلَمْ يَتْرُكْ وَاحِدٌ مِنْهُمَا الْبَيْعَ ، فَقَدْ وَجَبَ الْبَيْعُ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Alıcı və satıcı bir-birindən ayrılmayınca, alış-veriş edib-etməməkdə ixtiyar sahibidirlər. Onlar alış-verişlərində qətiləşib razılığa gələrlərsə, alış-verişləri qətiləşər. Bu ikisinin alış-verilişi qətiləşdikdən sonra (bir iş üçün) ayrılsalar belə, alış-verişləri dəqiqləşər”.”

Abdullah ibn Ömər
Səhihİbn Məcə, 2181 (Ticarət, 45)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، وَأَحْمَدُ بْنُ الْمِقْدَامِ ، قَالاَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ جَمِيلِ بْنِ مُرَّةَ ، عَنْ أَبِي الْوَضِيءِ ، عَنْ أَبِي بَرْزَةَ الأَسْلَمِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْبَيِّعَانِ بِالْخِيَارِ مَا لَمْ يَتَفَرَّقَا.

“Rəvayət edilir ki, Əbu Bərzə əl-Əsləmi ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Alıcı və satıcı bir-birindən ayrılmayınca, alış-veriş edib-etməməkdə ixtiyar sahibidirlər”.”

Əbu Bərzə əl-Əsləmi
Səhihİbn Məcə, 2182 (Ticarət, 46)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، وَإِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الصَّمَدِ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، عَنِ الْحَسَنِ ، عَنْ سَمُرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْبَيِّعَانِ بِالْخِيَارِ مَا لَمْ يَتَفَرَّقَا.

“Rəvayət edilir ki, Səmura ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Alıcı və satıcı bir-birindən ayrılmayınca, alış-veriş edib-etməməkdə ixtiyar sahibidirlər”.”

Səmura
Səhihİbn Məcə, 2183 (Ticarət, 47)

Fəsil 17

Alış-verişdə tərəflərin ixtiyar sahibi olmaları

بَابُ بَيْعِ الْخِيَارِ

حَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى ، وَأَحْمَدُ بْنُ عِيسَى الْمِصْرِيَّانِ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي ابْنُ جُرَيْجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : اشْتَرَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِنْ رَجُلٍ مِنَ الأَعْرَابِ حِمْلَ خَبَطٍ ، فَلَمَّا وَجَبَ الْبَيْعُ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اخْتَرْ ، فَقَالَ : الأَعْرَابِيُّ : عَمْرَكَ اللَّهَ بَيِّعًا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ bir bədəvidən bir yığın yarpağı pul ilə almışdı. Alış-verişləri bitdikdən sonra Allah Elçisi ﷺ bədəvini sərbəst buraxdı. Bədəvi də dedi: “Allah sənin kimi alış-veriş edənin ömrünü uzun etsin”.”

Cabir ibn Abdullah
Həsənİbn Məcə, 2184 (Ticarət, 48)

حَدَّثَنَا الْعَبَّاسُ بْنُ الْوَلِيدِ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا مَرْوَانُ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ ، عَنْ دَاوُدَ بْنِ صَالِحٍ الْمَدَنِيِّ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ أَبَا سَعِيدٍ الْخُدْرِيَّ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّمَا الْبَيْعُ عَنْ تَرَاضٍ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Alış-veriş yalnız tərəflərin qarşılıqlı razılığı ilə olur”.”

Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 2185 (Ticarət, 49)

Fəsil 18

Alış-verişdə iki nəfər arasında olan ixtilaf

بَابُ الْبَيِّعَانِ يَخْتَلِفَانِ

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، قَالاَ : حَدَّثَنَا هُشَيْمٌ ، أَخْبَرَنَا ابْنُ أَبِي لَيْلَى ، عَنِ الْقَاسِمِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِيهِ , أَنَّ عَبْدَ اللهِ بْنَ مَسْعُودٍ بَاعَ مِنَ الأَشْعَثِ بْنِ قَيْسٍ رَقِيقًا مِنْ رَقِيقِ الإِمَارَةِ ، فَاخْتَلَفَا فِي الثَّمَنِ ، فَقَالَ ابْنُ مَسْعُودٍ : بِعْتُكَ بِعِشْرِينَ أَلْفًا ، وَقَالَ الأَشْعَثُ بْنُ قَيْسٍ : إِنَّمَا اشْتَرَيْتُ مِنْكَ بِعَشَرَةِ آلاَفٍ ، فَقَالَ عَبْدُ اللهِ : إِنْ شِئْتَ حَدَّثْتُكَ بِحَدِيثٍ سَمِعْتُهُ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : هَاتِهِ ، قَالَ : فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : إِذَا اخْتَلَفَ الْبَيِّعَانِ ، وَلَيْسَ بَيْنَهُمَا بَيِّنَةٌ ، وَالْبَيْعُ قَائِمٌ بِعَيْنِهِ ، فَالْقَوْلُ مَا قَالَ الْبَائِعُ ، أَوْ يَتَرَادَّانِ الْبَيْعَ ، قَالَ : فَإِنِّي أَرَى أَنْ أَرُدَّ الْبَيْعَ ، فَرَدَّهُ.

“əl-Qasim ibn Abdur-Rahmən ﵀ atasından rəvayət edir ki, bir dəfə qənimət mallarından olan kölələrin bir qismini əl-Əşas ibn Abdul-Qeysə satdı, lakin pul ödəmədə ixtilaf etdilər. İbn Məsud dedi: “Mən bu kölələri sənə iyirmi minə satdım”. əl-Əşas ibn Qeys dedi: “Mən bu kölələri səndən on minə aldm”. Abdullah dedi: “İstəyirsənsə, Allah Elçisindən eşitdiyim bir hədisi sənə xəbər verim”. əl-Əşas: “Buyur”- dedi. Abdullah dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Alıcı və satıcı arasında ixtilaf düşdükdə, arada da heç bir şahid olmadıqda və mal da olduğu kimi qalırsa, söz satıcının dediyi kimidir, istəsə, bu razılaşmanı poza bilər”. əl-Əşas: “Onda mən kölələri geri qaytarıram”- dedi və onları geri qaytardı.”

əl-Qasim ibn Abdur-Rahmən
Səhihİbn Məcə, 2186 (Ticarət, 50)

Fəsil 19

Sənin olmayan və hələ almadığın bir şeyi satmağının qadağan olunması

بَابُ النَّهْيِ عَنْ بَيْعِ مَا لَيْسَ عِنْدَكَ وَعَنْ رِبْحِ مَا لَمْ يُضْمَنْ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي بِشْرٍ ، قَالَ : سَمِعْتُ يُوسُفَ بْنَ مَاهَكَ يُحَدِّثُ عَنْ حَكِيمِ بْنِ حِزَامٍ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، الرَّجُلُ يَسْأَلُنِي الْبَيْعَ وَلَيْسَ عِنْدِي ، أَفَأَبِيعُهُ ؟ قَالَ : لاَ تَبِعْ مَا لَيْسَ عِنْدَكَ.

“Rəvayət edilir ki, Həkim ibn Hizam ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi! Bir kişi məndən yanımda olmayan bir malı nağd almaq istəyir. Mən o malı (pulu aldıqdan sonra başqasından alıb) o adama sata bilərəm?” Allah Elçisi ﷺ buyurdu: “Xeyr, yanında olmayan bir malı satma”.”

Həkim ibn Hizam
Səhihİbn Məcə, 2187 (Ticarət, 51)

حَدَّثَنَا أَزْهَرُ بْنُ مَرْوَانَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ (ح) وحَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، قَالاَ : حَدَّثَنَا أَيُّوبُ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يَحِلُّ بَيْعُ مَا لَيْسَ عِنْدَكَ ، وَلاَ رِبْحُ مَا لَمْ يُضْمَنْ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yanında olmayan və almadığın (özünün olmadığı) malı satmaq halal deyil”.”

Amr ibn Şueyb atasından və babasından
Səhihİbn Məcə, 2188 (Ticarət, 52)

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْفُضَيْلِ ، عَنْ لَيْثٍ ، عَنْ عَطَاءٍ ، عَنْ عَتَّابِ بْنِ أَسِيدٍ ، قَالَ : لَمَّا بَعَثَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى مَكَّةَ ، نَهَاهُ عَنْ شِفِّ مَا لَمْ يُضْمَنْ.

“Rəvayət edilir ki, Attab ibn Əsid ﵁ deyir ki, Allah Elçisi ﷺ onu Məkkəyə göndərdikdə təslim edilməmiş bir malı satmağı qadağan etmişdir.”

Attab ibn Əsid
Səhihİbn Məcə, 2189 (Ticarət, 53)

Fəsil 20

Xırda daş ataraq və aldatma yolu mal satmağın qadağan edilməsi

بَابُ النَّهْيِ عَنْ بَيْعِ الْحَصَاةِ ، وَعَنْ بَيْعِ الْغَرَرِ

حَدَّثَنَا مُحْرِزُ بْنُ سَلَمَةَ الْعَدَنِيُّ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ بَيْعِ الْغَرَرِ ، وَعَنْ بَيْعِ الْحَصَاةِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ aldatma yolu ilə və xırda daş ataraq mal satmağı qadağan etmişdir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2194 (Ticarət, 58)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، وَالْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ الْعَنْبَرِيُّ ، قَالاَ : حَدَّثَنَا الأَسْوَدُ بْنُ عَامِرٍ ، حَدَّثَنَا أَيُّوبُ بْنُ عُتْبَةَ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ عَطَاءٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ بَيْعِ الْغَرَرِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ aldatma yolu ilə mal satmağı qadağan etmişdir”.”

İbn Abbas
Səhihİbn Məcə, 2195 (Ticarət, 59)

Fəsil 21

Mal-qaranın qarnındakı balanı satmağın qadağan edilməsi

بَابُ النَّهْيِ عَنْ شِرَاءِ مَا فِي بُطُونِ الأَنْعَامِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ أَيُّوبَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنْ بَيْعِ حَبَلِ الْحَبَلَةِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ hamilə dəvənin qarnındakı balasını satmağı qadağan etmişdir”.”

İbn Ömər
Səhihİbn Məcə, 2197 (Ticarət, 61)

Fəsil 22

Alınan malı geri götürmək

بَابُ الإِقَالَةِ

حَدَّثَنَا زِيَادُ بْنُ يَحْيَى أَبُو الْخَطَّابِ ، حَدَّثَنَا مَالِكُ بْنُ سُعَيْرٍ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أَقَالَ مُسْلِمًا ، أَقَالَهُ اللَّهُ عَثْرَتَهُ يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir müsəlmanın ondan aldığı malı ticarət baş tutduqdan sonra alıcının xahişi ilə geri götürərsə, Allah Qiyamət günü onun günahlarından keçər”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2199 (Ticarət, 63)

Fəsil 23

Qiymət həddi qoymağı bəyənməyən

بَابُ مَنْ كَرِهَ أَنْ يُسَعِّرَ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا حَجَّاجٌ ، حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ قَتَادَةَ ، وَحُمَيْدٍ ، وَثَابِتٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : غَلاَ السِّعْرُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالُوا : يَا رَسُولَ اللهِ ، قَدْ غَلاَ السِّعْرُ فَسَعِّرْ لَنَا ، فَقَالَ : إِنَّ اللَّهَ هُوَ الْمُسَعِّرُ ، الْقَابِضُ , الْبَاسِطُ , الرَّازِقُ ، إِنِّي لأَرْجُو أَنْ أَلْقَى رَبِّي وَلَيْسَ أَحَدٌ يَطْلُبُنِي بِمَظْلِمَةٍ فِي دَمٍ وَلاَ مَالٍ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisinin ﷺ dövründə qiymətlər qalxmışdı. Səhabələr dedilər: “Ey Allahın Elçisi, qiymətlər qalxdı, bizim üçün qiymət həddi qoy!” Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, ucuzlaşdıran da, bahalaşdıran da, daraldan da, genişləndirən də, ruziləndirən də Allahdır. Mən mal və can ilə əlaqəli bir məsələdə üzərimdə heç kimin haqqının olmadığı halda Rəbbimin hüzurunda olmağı ümid edirəm”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2200 (Ticarət, 64)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ زِيَادٍ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي نَضْرَةَ ، عَنْ أَبِي سَعِيدٍ ، قَالَ : غَلاَ السِّعْرُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالُوا : لَوْ قَوَّمْتَ يَا رَسُولَ اللهِ ، قَالَ : إِنِّي لأَرْجُو أَنْ أُفَارِقَكُمْ وَلاَ يَطْلُبَنِي أَحَدٌ مِنْكُمْ بِمَظْلِمَةٍ ظَلَمْتُهُ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Allah Elçisinin ﷺ dövründə qiymətlər qalxmışdı. Səhabələr dedilər: “Ey Allahın Elçisi, qiymətlərə hədd qoy!” Allah Elçisi ﷺ buyurdu: “Mən üzərimdə sizdən kiminsə haqqının olduğu halda ayrılmaq istəmirəm”.”

Əbu Səid
Səhihİbn Məcə, 2201 (Ticarət, 65)

Fəsil 24

Alış-verişdə asanlaşdırmaq

بَابُ السَّمَاحَةِ فِي الْبَيْعِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبَانَ الْبَلْخِيُّ أَبُو بَكْرٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عُلَيَّةَ ، عَنْ يُونُسَ بْنِ عُبَيْدٍ ، عَنْ عَطَاءِ بْنِ فَرُّوخَ ، قَالَ : قَالَ عُثْمَانُ بْنُ عَفَّانَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَدْخَلَ اللَّهُ الْجَنَّةَ رَجُلاً كَانَ سَهْلاً بَائِعًا وَمُشْتَرِيًا.

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah alarkən və satarkən asanlaşdıran adamı Cənnətə salsın!””

Osman ibn Əffan
Həsənİbn Məcə, 2202 (Ticarət, 66)

حَدَّثَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرِ بْنِ دِينَارٍ الْحِمْصِيُّ ، حَدَّثَنَا أَبِي ، حَدَّثَنَا أَبُو غَسَّانَ مُحَمَّدُ بْنُ مُطَرِّفٍ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : رَحِمَ اللَّهُ عَبْدًا سَمْحًا إِذَا بَاعَ ، سَمْحًا إِذَا اشْتَرَى ، سَمْحًا إِذَا اقْتَضَى.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah alarkən asanlaşdıran, satarkən asanlaşdıran və alacağını istəyərkən asanlaşdıran bəndəyə rəhm etsin!””

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2203 (Ticarət, 67)

Fəsil 25

Qiymətdə bazarlıq etmək

بَابُ السَّوْمِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، عَنِ الْجُرَيْرِيِّ ، عَنْ أَبِي نَضْرَةَ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كُنْتُ مَعَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي غَزْوَةٍ ، فَقَالَ لِي : أَتَبِيعُ نَاضِحَكَ هَذَا بِدِينَارٍ , وَاللَّهُ يَغْفِرُ لَكَ ؟ قُلْتُ : يَا رَسُولَ اللهِ ، هُوَ نَاضِحُكُمْ إِذَا أَتَيْتُ الْمَدِينَةَ ، قَالَ : فَتَبِيعُهُ بِدِينَارَيْنِ , وَاللَّهُ يَغْفِرُ لَكَ ، قَالَ : فَمَا زَالَ يَزِيدُنِي دِينَارًا دِينَارًا ، وَيَقُولُ مَكَانَ كُلِّ دِينَارٍ : وَاللَّهُ يَغْفِرُ لَكَ , حَتَّى بَلَغَ عِشْرِينَ دِينَارًا ، فَلَمَّا أَتَيْنَا الْمَدِينَةَ , أَخَذْتُ بِرَأْسِ النَّاضِحِ ، فَأَتَيْتُ بِهِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : يَا بِلاَلُ , أَعْطِهِ مِنَ الْغَنِيمَةِ عِشْرِينَ دِينَارًا ، وَقَالَ : انْطَلِقْ بِنَاضِحِكَ فَاذْهَبْ بِهِ إِلَى أَهْلِكَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Bir dəfə bir döyüşdə Allah Elçisi ﷺ ilə birlikdə idim. O mənə dedi: “Bu dəvəni mənə bir dinara satarsanmı, Allah səni bağışlasın?” Mən dedim: “Ey Allahın Elçisi, Mədinəyə gələn kimi bu dəvə sənindir”. O buyurdu: “Bunu iki dinara mənə satarsanmı, Allah səni bağışlasın?” Allah Elçisi ﷺ iyirmi dinar olana qədər qiyməti bir dinar-bir dinar artırırdı və hər dəfə də mənə “Allah səni bağışlasın!”- deyirdi. Mən Mədinəyə gəldikdə dəvəmin başından tutub Peyğəmbərin ﷺ yanına gətirdim və ona verdim. O buyurdu: “Ey Bilal! Ona qənimətdən iyirmi dinar ver!” Sonra mənə dedi: “Dəvəni götür, ailənə apar”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2205 (Ticarət, 69)

Fəsil 26

Alış-verişdə and içməyin bəyənilməməsi

بَابُ كَرَاهِيَةِ الأَيْمَانِ فِي الشِّرَاءِ وَالْبَيْعِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَأَحْمَدُ بْنُ سِنَانٍ ، قَالُوا : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : ثَلاَثَةٌ لاَ يُكَلِّمُهُمُ اللَّهُ عَزَّ وَجَلَّ يَوْمَ الْقِيَامَةِ ، وَلاَ يَنْظُرُ إِلَيْهِمْ ، وَلاَ يُزَكِّيهِمْ ، وَلَهُمْ عَذَابٌ أَلِيمٌ : رَجُلٌ عَلَى فَضْلِ مَاءٍ بِالْفَلاَةِ يَمْنَعُهُ ابْنَ السَّبِيلِ ، وَرَجُلٌ بَايَعَ رَجُلاً سِلْعَةً بَعْدَ الْعَصْرِ فَحَلَفَ بِاللَّهِ لأَخَذَهَا بِكَذَا وَكَذَا فَصَدَّقَهُ ، وَهُوَ عَلَى غَيْرِ ذَلِكَ ، وَرَجُلٌ بَايَعَ إِمَامًا لاَ يُبَايِعُهُ إِلاَّ لِدُنْيَا ، فَإِنْ أَعْطَاهُ مِنْهَا وَفَى لَهُ ، وَإِنْ لَمْ يُعْطِهِ مِنْهَا لَمْ يَفِ لَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üç kimsəni Qiyamət günü Allah ﷿ danışdırmayacaq, onlara nəzər yetirməyəcək, onları günahlardan təmizə çıxarmayacaq və onlara böyük əzab veriləcək: sahədə artıq suyu ehtiyacı olanlara verməyən adam; əsrdən sonra birinə bir mal satıb o malı filan və filan qiymətə aldığı barədə Allaha and içən adam, halbuki onun bu andı yalandır; dünya malına görə rəhbərə beyət edən adam. O, dünya malı əldə edərsə, beyətin tələb etdiyini yerinə yetirər, ona bir şey verilməzsə, ona qarşı çıxar”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2207 (Ticarət, 71)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَمُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنِ الْمَسْعُودِيِّ ، عَنْ عَلِيِّ بْنِ مُدْرِكٍ ، عَنْ خَرَشَةَ بْنِ الْحُرِّ ، عَنْ أَبِي ذَرٍّ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ. وحَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَلِيِّ بْنِ مُدْرِكٍ ، عَنْ أَبِي زُرْعَةَ بْنِ عَمْرِو بْنِ جَرِيرٍ ، عَنْ خَرَشَةَ بْنِ الْحُرِّ ، عَنْ أَبِي ذَرٍّ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : ثَلاَثَةٌ لاَ يُكَلِّمُهُمُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ ، وَلاَ يَنْظُرُ إِلَيْهِمْ ، وَلاَ يُزَكِّيهِمْ ، وَلَهُمْ عَذَابٌ أَلِيمٌ , فَقُلْتُ : مَنْ هُمْ يَا رَسُولَ اللهِ ؟ فَقَدْ خَابُوا وَخَسِرُوا ، قَالَ : الْمُسْبِلُ إِزَارَهُ ، وَالْمَنَّانُ عَطَاءَهُ ، وَالْمُنَفِّقُ سِلْعَتَهُ بِالْحَلِفِ الْكَاذِبِ.

“Əbu Zərr ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üç kimsəni Qiyamət günü Allah ﷿ danışdırmayacaq, onlara nəzər yetirməyəcək, onları (günahlardan) təmizə çıxarmayacaq və onlara böyük əzab veriləcək”. Mən dedim: “Onlar kimlərdir, ey Allahın Elçisi? Onlar zərər və ziyan içindədirlər”. Peyğəmbər ﷺ buyurdu: “Ətəyini yerlə sürüyən (kişi), verdiyini başa qaxan və yalandan and içərək malını satan”.”

Əbu Zərr
Səhihİbn Məcə, 2208 (Ticarət, 72)

حَدَّثَنَا يَحْيَى بْنُ خَلَفٍ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى (ح) وحَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ ، عَنْ مَعْبَدِ بْنِ كَعْبِ بْنِ مَالِكٍ ، عَنْ أَبِي قَتَادَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِيَّاكُمْ وَالْحَلِفَ فِي الْبَيْعِ ، فَإِنَّهُ يُنَفِّقُ ، ثُمَّ يَمْحَقُ.

“Rəvayət edilir ki, Əbu Qatədə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ticarət etdikdə and içməkdən çəkinin! Ola bilər ki, bu (and içmək) sizin malınızı satmağa kömək edər, amma sonra sizi məhv edər”.”

Əbu Qatədə
Səhihİbn Məcə, 2209 (Ticarət, 73)

Fəsil 27

Tozlandırılmış xurma satan və malı olan köləni satan

بَابُ مَنْ بَاعَ نَخْلاً مُؤَبَّرًا أَوْ عَبْدًا لَهُ مَالٌ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ ، قَالَ : حَدَّثَنِي نَافِعٌ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : مَنِ اشْتَرَى نَخْلاً قَدْ أُبِّرَتْ ، فَثَمَرَتُهَا لِلْبَائِعِ , إِلاَّ أَنْ يَشْتَرِطَ الْمُبْتَاعُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim tozlandırılmış xurma ağacını alarsa, onun həmin il olan məhsulu satıcıya aiddir. Əgər müştəri “onun məhsulu mənim olacaq” deyə şərt qoşarsa, onda ağacın məhsulu alana aid olar”.”

İbn Ömər
Səhihİbn Məcə, 2210 (Ticarət, 74)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ (ح) وحَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ؛ جَمِيعًا عَنِ ابْنِ شِهَابٍ الزُّهْرِيِّ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ بَاعَ نَخْلاً قَدْ أُبِّرَتْ ، فَثَمَرَتُهَا لِلَّذِي بَاعَهَا ، إِلاَّ أَنْ يَشْتَرِطَ الْمُبْتَاعُ ، وَمَنِ ابْتَاعَ عَبْدًا وَلَهُ مَالٌ ، فَمَالُهُ لِلَّذِي بَاعَهُ ، إِلاَّ أَنْ يَشْتَرِطَ الْمُبْتَاعُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim tozlandırılmış xurma ağacını satarsa, onun həmin il olan məhsulu satıcıya aiddir. Kim də malı olan bir köləni satarsa, kölənin malı satıcınındır. Müştəri “onun malı da mənimdir” deyə şərt qoşarsa, onda kölə də, onun malı da alana aid olar”.”

İbn Ömər
Səhihİbn Məcə, 2211 (Ticarət, 75)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْوَلِيدِ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ رَبِّهِ بْنِ سَعِيدٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَنَّهُ قَالَ : مَنْ بَاعَ نَخْلاً وَبَاعَ عَبْدًا جَمَعَهُمَا.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim tozlandırılmış xurma ağacını və malı olan bir köləni satarsa, (məhsul və kölənin malı satıcınındır)”.”

İbn Ömər
Səhihİbn Məcə, 2212 (Ticarət, 76)

حَدَّثَنَا عَبْدُ رَبِّهِ بْنُ خَالِدٍ النُّمَيْرِيُّ أَبُو الْمُغَلِّسِ ، حَدَّثَنَا الْفُضَيْلُ بْنُ سُلَيْمَانَ ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ , حَدَّثَنِي إِسْحَاقُ بْنُ يَحْيَى بْنِ الْوَلِيدِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، قَالَ : قَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِثَمَرِ النَّخْلِ لِمَنْ أَبَّرَهَا ، إِلاَّ أَنْ يَشْتَرِطَ الْمُبْتَاعُ ، وَأَنَّ مَالَ الْمَمْلُوكِ لِمَنْ بَاعَهُ ، إِلاَّ أَنْ يَشْتَرِطَ الْمُبْتَاعُ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ müştərinin aldığı ağacın meyvəsinin özünə məxsus olmasını şərt qoşmadığı halda satıcıya, şərt qoşduğu halda isə alıcının olmasına hökm vermişdir”.”

Ubadə ibn əs-Samit
Səhihİbn Məcə, 2213 (Ticarət, 77)

Fəsil 28

Kal meyvələrin yetişmədən satılmasının qadağan olunması

بَابُ النَّهْيِ عَنْ بَيْعِ الثِّمَارِ قَبْلَ أَنْ يَبْدُوَ صَلاَحُهَا

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ تَبِيعُوا الثَّمَرَةَ حَتَّى يَبْدُوَ صَلاَحُهَا ، نَهَى الْبَائِعَ وَالْمُشْتَرِيَ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kal meyvələri yetişmədən satmayın. Bu, müştəriyə də, satıcıya da qadağandır”.”

İbn Ömər
Səhihİbn Məcə, 2214 (Ticarət, 78)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عِيسَى الْمِصْرِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، عَنْ يُونُسَ بْنِ يَزِيدَ ، عَنِ ابْنِ شِهَابٍ , حَدَّثَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، وَأَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ تَبِيعُوا الثَّمَرَ حَتَّى يَبْدُوَ صَلاَحُهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kal meyvələri yetişmədən satmayın”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2215 (Ticarət, 79)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنِ ابْنِ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنْ بَيْعِ الثَّمَرِ حَتَّى يَبْدُوَ صَلاَحُهُ.

“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ kal meyvələri yetişmədən satmağı qadağan etmişdir.”

Cabir
Səhihİbn Məcə, 2216 (Ticarət, 80)

Fəsil 29

Bolluqda və qıtlıqda məhsulun satışı

بَابُ بَيْعِ الثِّمَارِ سِنِينَ وَالْجَائِحَةِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ حُمَيْدٍ الأَعْرَجِ ، عَنْ سُلَيْمَانَ بْنِ عَتِيقٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنْ بَيْعِ السِّنِينَ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ ağacların meyvələrini bir neçə il qabaqdan satmağı qadağan etmişdir.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2218 (Ticarət, 82)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ حَمْزَةَ ، حَدَّثَنَا ثَوْرُ بْنُ يَزِيدَ ، عَنِ ابْنِ جُرَيْجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ بَاعَ ثَمَرًا فَأَصَابَتْهُ جَائِحَةٌ ، فَلاَ يَأْخُذْ مِنْ مَالِ أَخِيهِ شَيْئًا ، عَلاَمَ يَأْخُذُ أَحَدُكُمْ مَالَ أَخِيهِ الْمُسْلِمِ ؟

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim ağacında olan meyvələri satar və yığımdan qabaq meyvələrə zərər dəyərsə, satıcı alıcıdan heç nə istəməsin. O, müsəlman qardaşının pulunu nəyə əvəz olaraq alacaq?””

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2219 (Ticarət, 83)

Fəsil 30

Tərəzidə alıcının lehinə çəkini ağır etmək

بَابُ الرُّجْحَانِ فِي الْوَزْنِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، في الكتاب محمد بدون و , وَمُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ ، قَالُوا : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سِمَاكِ بْنِ حَرْبٍ ، عَنْ سُوَيْدِ بْنِ قَيْسٍ ، قَالَ : جَلَبْتُ أَنَا وَمَخْرَفَةُ الْعَبْدِيُّ بَزًّا مِنْ هَجَرَ ، فَجَاءَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَسَاوَمَنَا سَرَاوِيلَ ، وَعِنْدَنَا وَزَّانٌ يَزِنُ بِالأَجْرِ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَا وَزَّانُ زِنْ وَأَرْجِحْ.

“Rəvayət edilir ki, Suveyd ibn Qeys ﵁ demişdir: “Mən və Məxrafətul-Abdi Həcər adlı yerdən libaslar gətirib satırdıq. Allah Elçisi ﷺ bizim yanımıza gəldi və bizdən bir şalvar aldı. Bizim yanımızda pul ilə işləyən və ölçüləri çəkən bir işçimiz var idi. Peyğəmbər ﷺ ona belə buyurdu: “Ey tərəzi ilə çəkən! Tərəzi ilə çək və ağır et!””

Suveyd ibn Qeys
Səhihİbn Məcə, 2220 (Ticarət, 84)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَمُحَمَّدُ بْنُ الْوَلِيدِ ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سِمَاكِ بْنِ حَرْبٍ ، قَالَ : سَمِعْتُ مَالِكًا أَبَا صَفْوَانَ بْنَ عُمَيْرَةَ ، قَالَ : بِعْتُ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ رِجْلَ سَرَاوِيلَ قَبْلَ الْهِجْرَةِ ، فَوَزَنَ لِي ، فَأَرْجَحَ لِي.

“Rəvayət edilir ki, Malik Əbu Safvan ibn Umeyra ﵁ demişdir: “Mən hicrətdən qabaq Allah Elçisinə ﷺ kişi şalvarı satmışdım. O mənə şalvarın əvəzini artıqlaması ilə ödədi”.”

Malik Əbu Safvan ibn Umeyra
Səhihİbn Məcə, 2221 (Ticarət, 85)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ الصَّمَدِ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مُحَارِبِ بْنِ دِثَارٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا وَزَنْتُمْ فَأَرْجِحُوا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Tərəzidə ölçünü alıcının lehinə ağır edin”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2222 (Ticarət, 86)

Fəsil 31

Çəkidə və ölçüdə ehtiyatlı olmaq

بَابُ التَّوَقِّي فِي الْكَيْلِ وَالْوَزْنِ

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ بِشْرِ بْنِ الْحَكَمِ ، وَمُحَمَّدُ بْنُ عَقِيلِ بْنِ خُوَيْلِدٍ ، قَالاَ : حَدَّثَنَا عَلِيُّ بْنُ الْحُسَيْنِ بْنِ وَاقِدٍ , حَدَّثَنِي أَبِي , حَدَّثَنِي يَزِيدُ النَّحْوِيُّ ، أَنَّ عِكْرِمَةَ حَدَّثَهُ عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : لَمَّا قَدِمَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْمَدِينَةَ كَانُوا مِنْ أَخْبَثِ النَّاسِ كَيْلاً ، فَأَنْزَلَ اللَّهُ سُبْحَانَهُ : {وَيْلٌ لِلْمُطَفِّفِينَ} فَأَحْسَنُوا الْكَيْلَ بَعْدَ ذَلِكَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ Mədinə şəhərinə gəldiyi zaman oranın əhalisi (bir çoxları) çəkidə və ölçüdə aldadan ən nanəcib insanlar idi. Nöqsansız olan Allah da: “Çəkidə və ölçüdə aldadanların vay halına!” (əl-Mutaffifin surəsini) nazil etdi. Bundan sonra onlar çəkidə aldatmadılar”.”

İbn Abbas
Həsənİbn Məcə, 2223 (Ticarət, 87)

Fəsil 32

Aldatmağın qadağan olunması

بَابُ النَّهْيِ عَنِ الْغِشِّ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الْعَلاَءِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : مَرَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِرَجُلٍ يَبِيعُ طَعَامًا ، فَأَدْخَلَ يَدَهُ فِيهِ , فَإِذَا هُوَ مَغْشُوشٌ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَيْسَ مِنَّا مَنْ غَشَّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ ərzaq satan bir kişinin yanından keçdikdə, onun satdığı ərzaq kisəsinin içinə əlini saldı və altının yaş məhsul olduğunu gördü. Sonra Allah Elçisi ﷺ buyurdu: “Bizi aldadan bizdən deyil”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2224 (Ticarət, 88)

Fəsil 33

Əldə olmayan yeməyi (ərzağı) satmağın qadağan edilməsi

بَابُ النَّهْيِ عَنْ بَيْعِ الطَّعَامِ قَبْلَ أَنْ يُقْبَضْ

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنِ ابْتَاعَ طَعَامًا فَلاَ يَبِعْهُ حَتَّى يَسْتَوْفِيَهُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim bir ərzaq məhsulu alarsa, onu almadan başqasına satmasın”.”

İbn Ömər
Səhihİbn Məcə, 2226 (Ticarət, 90)

حَدَّثَنَا عِمْرَانُ بْنُ مُوسَى اللَّيْثِيُّ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ (ح) وحَدَّثَنَا بِشْرُ بْنُ مُعَاذٍ الضَّرِيرُ ، حَدَّثَنَا أَبُو عَوَانَةَ ، وَحَمَّادُ بْنُ زَيْدٍ ، قَالاَ : حَدَّثَنَا عَمْرُو بْنُ دِينَارٍ ، عَنْ طَاوُوسٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنِ ابْتَاعَ طَعَامًا فَلاَ يَبِعْهُ حَتَّى يَسْتَوْفِيَهُ. قَالَ أَبُو عَوَانَةَ فِي حَدِيثِهِ : قَالَ ابْنُ عَبَّاسٍ : وَأَحْسِبُ كُلَّ شَيْءٍ مِثْلَ الطَّعَامِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir ərzaq məhsulu alarsa, onu almadan başqasına satmasın”. Ravi Əbu Avanə deyir ki, İbn Abbas dedi: “Mən alış-verişdə olan hər şeydə bu hökmün əsas olduğunu hesab edirəm”.”

İbn Abbas
Səhihİbn Məcə, 2227 (Ticarət, 91)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنِ ابْنِ أَبِي لَيْلَى ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ بَيْعِ الطَّعَامِ حَتَّى يَجْرِيَ فِيهِ الصَّاعَانِ ، صَاعُ الْبَائِعِ ، وَصَاعُ الْمُشْتَرِي.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ bir malın həm satıcının, həm də alıcının tərəzisi ilə çəkilmədikcə, onun satışını qadağan etmişdir”.”

Cabir
Həsənİbn Məcə, 2228 (Ticarət, 92)

Fəsil 34

Ölçüb-çəkmədən edilən ticarət

بَابُ بَيْعِ الْمُجَازَفَةِ

حَدَّثَنَا سَهْلُ بْنُ أَبِي سَهْلٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : كُنَّا نَشْتَرِي الطَّعَامَ مِنَ الرُّكْبَانِ جُزَافًا ، فَنَهَانَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ نَبِيعَهُ حَتَّى نَنْقُلَهُ مِنْ مَكَانِهِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Biz karvanlardan tərəzi olmadan ərzaq alırdıq. Allah Elçisi ﷺ də bizə o ərzaqları başqa yerə aparmadan satmağımızı qadağan etdi”.”

İbn Ömər
Səhihİbn Məcə, 2229 (Ticarət, 93)

حَدَّثَنَا عَلِيُّ بْنُ مَيْمُونٍ الرَّقِّيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ يَزِيدَ ، عَنِ ابْنِ لَهِيعَةَ ، عَنْ مُوسَى بْنِ وَرْدَانَ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ عُثْمَانَ بْنِ عَفَّانَ ، قَالَ : كُنْتُ أَبِيعُ التَّمْرَ فِي السُّوقِ ، فَأَقُولُ : كِلْتُ فِي وَسْقِي هَذَا كَذَا ، فَأَدْفَعُ أَوْسَاقَ التَّمْرِ بِكَيْلِهِ ، وَآخُذُ شِفِّي ، فَدَخَلَنِي مِنْ ذَلِكَ شَيْءٌ ، فَسَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : إِذَا سَمَّيْتَ الْكَيْلَ فَكِلْهُ.

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Mən bazarda quru xurma alıb-satırdım və müştərilərimə: “Mən bunu əvvəlcədən çəkmişəm və bu, bu qədərdir” deyərək müştərimə verib qazanc əldə edirdim”. Sonra bu satışa aid qəlbimə şübhə düşdü və bunu Allah Elçisindən ﷺ soruşdum. Allah Elçisi ﷺ buyurdu: “Ölçmək işini yenidən et və beləcə sat!””

Osman ibn Əffan
Səhihİbn Məcə, 2230 (Ticarət, 94)

Fəsil 35

Ərzaqları ölçdükdə onların bərəkətli olması haqda nə rəvayət edilib?

بَابُ مَا يُرْجَى فِي كَيْلِ الطَّعَامِ مِنَ الْبَرَكَةِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الرَّحْمَنِ الْيَحْصُبِيُّ ، عَنْ عَبْدِ اللهِ بْنِ بُسْرٍ الْمَازِنِيِّ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : كِيلُوا طَعَامَكُمْ يُبَارَكْ لَكُمْ فِيهِ.

“Rəvayət edilir ki, Abdullah ibn Busr əl-Məzini ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Ərzaq məhsullarını ölçün ki, sizin üçün bərəkətli olsun”.”

Abdullah ibn Busr əl-Məzini
Səhihİbn Məcə, 2231 (Ticarət, 95)

حَدَّثَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرِ بْنِ دِينَارٍ الْحِمْصِيُّ ، حَدَّثَنَا بَقِيَّةُ بْنُ الْوَلِيدِ ، عَنْ بَحِيرِ بْنِ سَعْدٍ ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ ، عَنِ الْمِقْدَامِ بْنِ مَعْدِي كَرِبَ ، عَنْ أَبِي أَيُّوبَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : كِيلُوا طَعَامَكُمْ يُبَارَكْ لَكُمْ فِيهِ.

“Əbu Əyyub ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ərzaq məhsullarını ölçün ki, sizin üçün bərəkətli olsun”.”

Əbu Əyyub
Səhihİbn Məcə, 2232 (Ticarət, 96)

Fəsil 36

Bazarlar və oralara girmək

بَابُ الأَسْوَاقِ وَدُخُولِهَا

حَدَّثَنَا بِشْرُ بْنُ مُعَاذٍ الضَّرِيرُ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، مَوْلَى آلِ الزُّبَيْرِ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ قَالَ حِينَ يَدْخُلُ السُّوقَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ , وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، يُحْيِي وَيُمِيتُ ، وَهُوَ حَيٌّ لاَ يَمُوتُ ، بِيَدِهِ الْخَيْرُ كُلُّهُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، كَتَبَ اللَّهُ لَهُ أَلْفَ أَلْفِ حَسَنَةٍ ، وَمَحَا عَنْهُ أَلْفَ أَلْفِ سَيِّئَةٍ ، وَبَنَى لَهُ بَيْتًا فِي الْجَنَّةِ.

“Səlim ibn Abdullah ibn Ömər ﵄ atasının və babasının belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim bazara girəndə: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur, mülk Onundur və həmd Onadır! O, dirildir və öldürür. O, diridir və Ölməzdir! Xeyir bütünlüklə Onun Əlindədir və O, hər şeyə Qadirdir!”- deyərsə, Cənnətdə onun üçün bir ev tikilər”.”

Səlim ibn Abdullah ibn Ömər
Həsənİbn Məcə, 2235 (Ticarət, 99)

Fəsil 37

Səhərin ilk vaxtının bərəkətli olması haqda nə rəvayət edilmişdir?

بَابُ مَا يُرْجَى مِنَ الْبَرَكَةِ فِي الْبُكُورِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا هُشَيْمٌ ، عَنْ يَعْلَى بْنِ عَطَاءٍ ، عَنْ عُمَارَةَ بْنِ حَدِيدٍ ، عَنْ صَخْرٍ الْغَامِدِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اللَّهُمَّ بَارِكْ لأُمَّتِي فِي بُكُورِهَا. قَالَ : وَكَانَ إِذَا بَعَثَ سَرِيَّةً ، أَوْ جَيْشًا , بَعَثَهُمْ فِي أَوَّلِ النَّهَارِ. قَالَ : وَكَانَ صَخْرٌ رَجُلاً تَاجِرًا ، فَكَانَ يَبْعَثُ تِجَارَتَهُ فِي أَوَّلِ النَّهَارِ ، فَأَثْرَى وَكَثُرَ مَالُهُ.

“Rəvayət edilir ki, Saxr əl-Ğamidi ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahım, ümmətim üçün səhərin ilk vaxtını bərəkətli et!” O, döyüşə bir dəstə və ya ordu göndərdikdə səhərin ilk vaxtında göndərərdi”. Ravi deyir: “Saxr ticarətlə məşğul olan adam idi və səhərin ilk vaxtında ticarət etməyə gedərdi. Bunun səbəbi ilə də mal-dövləti çoxaldı”.”

Saxr əl-Ğamidi
Zəifİbn Məcə, 2236 (Ticarət, 100)

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا إِسْحَاقُ بْنُ جَعْفَرِ بْنِ مُحَمَّدِ بْنِ عَلِيِّ بْنِ الْحُسَيْنِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي بَكْرٍ الْجُدْعَانِيِّ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : اللَّهُمَّ بَارِكْ لأُمَّتِي فِي بُكُورِهَا.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ dua edərək belə buyurdu: “Allahım, ümmətim üçün səhərin ilk vaxtını bərəkətli et!””

İbn Ömər
Səhihİbn Məcə, 2238 (Ticarət, 102)

Fəsil 38

Müştərini aldatmaq üçün heyvanın əmcəyində olan südü bir neçə gün sağmamaq

بَابُ بَيْعِ الْمُصَرَّاةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ هِشَامِ بْنِ حَسَّانَ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنِ ابْتَاعَ مُصَرَّاةً , فَهُوَ بِالْخِيَارِ ثَلاَثَةَ أَيَّامٍ ، فَإِنْ رَدَّهَا رَدَّ مَعَهَا صَاعًا مِنْ تَمْرٍ ، لاَ سَمْرَاءَ , يَعْنِي : الْحِنْطَةَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim bir heyvanı əmcəyində olan südü sağılmamış halda alarsa, üç gün müddətində heyvanı qaytarmaqda ixtiyar sahibidir. Əgər heyvanı qaytararsa, üstündə buğda yox, bir saa xurmanı sağdığı südün əvəzində satıcıya versin”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2239 (Ticarət, 103)

Fəsil 39

Alınan maldan qalan xeyir

بَابُ الْخَرَاجُ بِالضَّمَانِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنِ ابْنِ أَبِي ذِئْبٍ ، عَنْ مَخْلَدِ بْنِ خُفَافِ بْنِ إِيمَاءَ بْنِ رَحَضَةَ الْغِفَارِيِّ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَضَى أَنَّ خَرَاجَ الْعَبْدِ بِضَمَانِهِ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ alınan kölənin gəliri alıcıya aid olduğuna hökm etmişdir.”

Aişə
Həsənİbn Məcə, 2242 (Ticarət, 106)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا مُسْلِمُ بْنُ خَالِدٍ الزَّنْجِيُّ ، حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَجُلاً اشْتَرَى عَبْدًا فَاسْتَغَلَّهُ ، ثُمَّ وَجَدَ بِهِ عَيْبًا ، فَرَدَّهُ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّهُ قَدِ اسْتَغَلَّ غُلاَمِي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْخَرَاجُ بِالضَّمَانِ.

“Aişə ﵂ rəvayət edir ki, bir nəfər bir kölə aldı və onu işlədərək pul qazandı. Sonra kölədə bir qüsur tapıb onu satan adama geri qaytardı. Satıcı isə Allah Elçisinə ﷺ dedi: “Ey Allahın Elçisi, bu adam mənim köləmi işlədib ondan gəlir əldə etdi, (indi isə geri qaytarır)”. Allah Elçisi ﷺ buyurdu: “Alınan kölədən əldə edilən gəlir alıcıya aiddir”.”

Aişə
Həsənİbn Məcə, 2243 (Ticarət, 107)

Fəsil 40

Qüsuru olan malı alıcıya bildirmək

بَابُ مَنْ بَاعَ عَيْبًا فَلْيُبَيِّنْهُ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا وَهْبُ بْنُ جَرِيرٍ ، حَدَّثَنَا أَبِي , سَمِعْتُ يَحْيَى بْنَ أَيُّوبَ يُحَدِّثُ عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ شِمَاسَةَ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : الْمُسْلِمُ أَخُو الْمُسْلِمِ ، وَلاَ يَحِلُّ لِمُسْلِمٍ بَاعَ مِنْ أَخِيهِ بَيْعًا فِيهِ عَيْبٌ إِلاَّ بَيَّنَهُ لَهُ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Müsəlman müsəlmanın qardaşıdır. Ona müsəlman qardaşına qüsuru olan malın qüsurunu bildirmədən satması halal olmaz”.”

Uqbə ibn Amir
Səhihİbn Məcə, 2246 (Ticarət, 110)

Fəsil 41

Kölələr almaq

بَابُ شِرَاءِ الرَّقِيقِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا عَبَّادُ بْنُ لَيْثٍ ، صَاحِبُ الْكَرَابِيسِيِّ ، حَدَّثَنَا عَبْدُ الْمَجِيدِ بْنُ وَهْبٍ ، قَالَ : قَالَ لِي الْعَدَّاءُ بْنُ خَالِدِ بْنِ هَوْذَةَ ، أَلاَ نُقْرِئُكَ كِتَابًا كَتَبَهُ لِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ قَالَ : قُلْتُ : بَلَى ، فَأَخْرَجَ لِي كِتَابًا ، فَإِذَا فِيهِ : هَذَا مَا اشْتَرَى الْعَدَّاءُ بْنُ خَالِدِ بْنِ هَوْذَةَ مِنْ مُحَمَّدٍ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، اشْتَرَى مِنْهُ عَبْدًا أَوْ أَمَةً ، لاَ دَاءَ ، وَلاَ غَائِلَةَ ، وَلاَ خِبْثَةَ ، بَيْعَ الْمُسْلِمِ لِلْمُسْلِمِ.

“Rəvayət edilir ki, Abdul-Məcid ibn Vəhb ﵀ demişdir: “əl-Addə ibn Xalib ibn Həvzə mənə dedi: “Allah Elçisinin ﷺ mənim üçün yazdırdığı bir məktubu sənə oxudummu?” Mən dedim: “Oxut!” əl-Adda mənim üçün bir məktub çıxardı. Bu məktubda yazılmışdı: “Bu, əl-Adda ibn Xalid ibn Həvzənin Allah Elçisi Muhəmməddən ﷺ aldığı malın satışına aid yazıdır. əl-Adda ondan bir kölə və ya cariyə aldı. Bu satış müsəlmanın müsəlmana satışıdır. Satılan malda heç bir xəstəlik, heç bir aldatma və heç bir pis xüsusiyyət yoxdur”.”

Abdul-Məcid ibn Vəhb
Həsənİbn Məcə, 2251 (Ticarət, 115)

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنِ ابْنِ عَجْلاَنَ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا اشْتَرَى أَحَدُكُمُ الْجَارِيَةَ ، فَلْيَقُلِ : اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَهَا وَخَيْرَ مَا جَبَلْتَهَا عَلَيْهِ ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّهَا وَشَرِّ مَا جَبَلْتَهَا عَلَيْهِ ، وَلْيَدْعُ بِالْبَرَكَةِ ، وَإِذَا اشْتَرَى أَحَدُكُمْ بَعِيرًا ، فَلْيَأْخُذْ بِذِرْوَةِ سَنَامِهِ ، وَلْيَدْعُ بِالْبَرَكَةِ ، وَلْيَقُلْ مِثْلَ ذَلِكَ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri cariyə aldıqda belə desin: “Allahım, mən Səndən həm onun xeyrini, həm də ona verdiyin xilqətin xeyrini diləyirəm. Onun şərindən və ona verdiyin xilqətin şərindən Sənə sığınıram!” Sonra da onun bərərkətli olmasını diləsin! Sizdən biriniz dəvə aldıqda da hörgücünün başından tutub onun bərəkətli olmasını diləsin və eynilə bu duanı desin”.”

Amr ibn Şueyb atasından və babasından
Həsənİbn Məcə, 2252 (Ticarət, 116)

Fəsil 42

Qızılı qızıl, gümüşü gümüşlə dəyişdirmək və biri digərindən çox olsa da, nağd olsa belə, icazəli olmaması

بَابُ الصَّرْفِ وَمَا لاَ يَجُوزُ مُتَفَاضِلاً يَدًا بِيَدٍ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَهِشَامُ بْنُ عَمَّارٍ ، وَنَصْرُ بْنُ عَلِيٍّ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، قَالُوا : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ مَالِكِ بْنِ أَوْسِ بْنِ الْحَدَثَانِ النَّصْرِيِّ ، قَالَ : سَمِعْتُ عُمَرَ بْنَ الْخَطَّابِ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الذَّهَبُ بِالذَّهَبِ رِبًا ، إِلاَّ هَاءَ وَهَاءَ ، وَالْبُرُّ بِالْبُرِّ رِبًا ، إِلاَّ هَاءَ وَهَاءَ ، وَالشَّعِيرُ بِالشَّعِيرِ رِبًا ، إِلاَّ هَاءَ وَهَاءَ ، وَالتَّمْرُ بِالتَّمْرِ رِبًا ، إِلاَّ هَاءَ وَهَاءَ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qızılı qızıl ilə dəyişdirmək sələmdir, yalnız nağd olması istisnadır. Buğdanı buğda ilə dəyişdirmək sələmdir, yalnız nağd olması istisnadır. Arpanı arpa ilə dəyişdirmək sələmdir, yalnız nağd olması istisnadır. Xurmanı xurma ilə dəyişdirmək sələmdir, yalnız nağd olması istisnadır”.”

Ömər ibn əl-Xattab
Səhihİbn Məcə, 2253 (Ticarət, 117)

حَدَّثَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ (ح) وحَدَّثَنَا مُحَمَّدُ بْنُ خَالِدِ بْنِ خِدَاشٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، قَالاَ : حَدَّثَنَا سَلَمَةُ بْنُ عَلْقَمَةَ التَّمِيمِيُّ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ سِيرِينَ ، أَنَّ مُسْلِمَ بْنَ يَسَارٍ ، وَعَبْدَ اللهِ بْنَ عُبَيْدٍ حَدَّثَاهُ ، قَالاَ : جَمَعَ الْمَنْزِلُ بَيْنَ عُبَادَةَ بْنِ الصَّامِتِ ، وَمُعَاوِيَةَ ، إِمَّا فِي كَنِيسَةٍ وَإِمَّا فِي بِيعَةٍ ، فَحَدَّثَهُمْ عُبَادَةُ بْنُ الصَّامِتِ ، فَقَالَ : نَهَانَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ بَيْعِ الْوَرِقِ بِالْوَرِقِ ، وَالذَّهَبِ بِالذَّهَبِ ، وَالْبُرِّ بِالْبُرِّ ، وَالشَّعِيرِ بِالشَّعِيرِ ، وَالتَّمْرِ بِالتَّمْرِ ، قَالَ أَحَدُهُمَا : وَالْمِلْحِ بِالْمِلْحِ ، وَلَمْ يَقُلْهُ الآخَرُ ، وَأَمَرَنَا أَنْ نَبِيعَ الْبُرَّ بِالشَّعِيرِ ، وَالشَّعِيرَ بِالْبُرِّ ، يَدًا بِيَدٍ ، كَيْفَ شِئْنَا.

“Rəvayət edilir ki, Muslim ibn Yəsar və Abdullah ibn Ubeyd ﵀ demişlər: “Ubadə ibn əs-Samit ilə Müaviyə bir kilsədə bir yerdə idi və Ubadə ibn əs-Samit camaata dedi: “Allah Elçisi ﷺ bizə gümüşü gümüş ilə, qızılı qızıl ilə, buğdanı buğda ilə, arpanı arpa ilə və xurmanı xurma ilə satmağı qadağan etdi. (Ravilərdən biri dedi: “Duzu duz ilə satmağı qadağan etdi”). Həmçinin bizə buğdanı arpa ilə, arpanı buğda ilə istədiyimiz şəkildə (çəkisi bərabər olmasa belə) satmağa icazə verdi”.”

Muslim ibn Yəsar və Abdullah ibn Ubeyd
Səhihİbn Məcə, 2254 (Ticarət, 118)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَعْلَى بْنُ عُبَيْدٍ ، حَدَّثَنَا فُضَيْلُ بْنُ غَزْوَانَ ، عَنِ ابْنِ أَبِي نُعْمٍ ،` عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : الْفِضَّةَ بِالْفِضَّةِ ، وَالذَّهَبَ بِالذَّهَبِ ، وَالشَّعِيرَ بِالشَّعِيرِ ، وَالْحِنْطَةَ بِالْحِنْطَةِ , مِثْلاً بِمِثْلٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Çəkiləri bərabər olmaq şərti ilə gümüşü gümüş ilə, qızılı qızıl ilə, arpanı arpa ilə, buğdanı buğda ilə nağd olaraq dəyişdirmək olar”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2255 (Ticarət, 119)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي سَعِيدٍ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَرْزُقُنَا تَمْرًا مِنْ تَمْرِ الْجَمْعِ ، فَنَسْتَبْدِلُ بِهِ تَمْرًا هُوَ أَطْيَبُ مِنْهُ , وَنَزِيدُ فِي السِّعْرِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يَصْلُحُ صَاعُ تَمْرٍ بِصَاعَيْنِ ، وَلاَ دِرْهَمٌ بِدِرْهَمَيْنِ ، وَالدِّرْهَمُ بِالدِّرْهَمِ , وَالدِّينَارُ بِالدِّينَارِ ، لاَ فَضْلَ بَيْنَهُمَا إِلاَّ وَزْنًا.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Peyğəmbər ﷺ bizə yığılmış xurmalardan paylayardı. Biz isə onları daha yaxşı xurmalarla dəyişdirərdik və üstündə əlavə olaraq bir az da xurma verərdik. Allah Elçisi ﷺ buyurdu: “Bir saa xurmanı iki saa xurma ilə dəyişdirmək olmaz. Bir dirhəmi də iki dirhəmlə dəyişdirmək olmaz. Dirhəm dirhəm ilə, dinar da dinarla dəyişdirilməlidir. Aralarında da fərqlilik olmamalıdır. Onların arasında fərqlilik olarsa, alış-verişi pozar”.”

Əbu Səid
Səhihİbn Məcə, 2256 (Ticarət, 120)

Fəsil 43

“Sələm yalnız nisyədədir” deyən

بَابُ مَنْ قَالَ لاَ رِبَا إِلاَّ فِي النَّسِيئَةِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ أَبِي صَالِحٍ ، قَالَ : سَمِعْتُ أَبَا سَعِيدٍ الْخُدْرِيَّ يَقُولُ : الدِّرْهَمُ بِالدِّرْهَمِ ، وَالدِّينَارُ بِالدِّينَارِ ، فَقُلْتُ : إِنِّي سَمِعْتُ ابْنَ عَبَّاسٍ يَقُولُ غَيْرَ ذَلِكَ ، قَالَ : أَمَا إِنِّي لَقِيتُ ابْنَ عَبَّاسٍ ، فَقُلْتُ : أَخْبِرْنِي عَنْ هَذَا الَّذِي تَقُولُ فِي الصَّرْفِ , أَشَيْءٌ سَمِعْتَهُ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ أَمْ شَيْءٌ وَجَدْتَهُ فِي كِتَابِ اللهِ ؟ فَقَالَ : مَا وَجَدْتُهُ فِي كِتَابِ اللهِ ، وَلاَ سَمِعْتُهُ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَلَكِنْ أَخْبَرَنِي أُسَامَةُ بْنُ زَيْدٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِنَّمَا الرِّبَا فِي النَّسِيئَةِ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Dirhəm dirhəm ilə, dinar da dinarla dəyişdirilməlidir”. Mən dedim: “Mən İbn Abbasın başqa cür dediyini eşitmişəm. O dedi: “Mən İbn Abbas ilə qarşılaşıb ona dedim: “Qızılı (nisbətən) artıq olan qızıl, gümüşü də (nisbətən) artıq olan gümüşlə dəyişdirməyin icazəli olması haqda olan sözünün isnadını xəbər ver. Bu, Allah Elçisindən ﷺ eşitdiyin bir şeydir, yoxsa bunu Allahın Kitabında tapmısan?” İbn Abbas dedi: “Mən bunu Allahın Kitabında tapmadım və Allah Elçisindən ﷺ də eşitmədim. Lakin Usamə ibn Zeyd mənə xəbər verdi ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Həqiqətən, sələm nisyədədir”.”

Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 2257 (Ticarət, 121)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، أَخْبَرَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ عَلِيٍّ الرِّبَعِيِّ ، عَنْ أَبِي الْجَوْزَاءِ ، قَالَ : سَمِعْتُهُ يَأْمُرُ بِالصَّرْفِ ، يَعْنِي ابْنَ عَبَّاسٍ ، وَيُحَدَّثُ ذَلِكَ عَنْهُ ، ثُمَّ بَلَغَنِي أَنَّهُ رَجَعَ عَنْ ذَلِكَ ، فَلَقِيتُهُ بِمَكَّةَ ، فَقُلْتُ : إِنَّهُ بَلَغَنِي أَنَّكَ رَجَعْتَ ، قَالَ : نَعَمْ ، إِنَّمَا كَانَ ذَلِكَ رَأْيًا مِنِّي ، وَهَذَا أَبُو سَعِيدٍ يُحَدِّثُ عَنْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَنَّهُ نَهَى عَنِ الصَّرْفِ.

“Rəvayət edilir ki, Əbul-Cəvza ﵀ demişdir: “Mən İbn Abbasın nağd olmaq şərti ilə çəkisi eyni olan şeyləri qızılın qızıl, gümüşün də gümüşlə satılmasına fətva verirdi. Sonra onun bu fətvadan qayıtdığını eşitdim. Onunla Məkkədə qarşılaşdım və ona: “Sənin bu fətvandan qayıtmaq xəbəri mənə çatdı”- dedim. O dedi: “Bəli, bu mənim rəyim idi. Əbu Səid rəvayət edir ki, Allah Elçisi ﷺ bu satışı qadağan etmişdir”.”

Əbul-Cəvza
Səhihİbn Məcə, 2258 (Ticarət, 122)

Fəsil 44

Qızılı gümüşlə dəyişmək

بَابُ صَرْفِ الذَّهَبِ بِالْوَرِقِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، سَمِعَ مَالِكَ بْنَ أَوْسِ بْنِ الْحَدَثَانِ يَقُولُ : سَمِعْتُ عُمَرَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الذَّهَبُ بِالْوَرِقِ رِبًا ، إِلاَّ هَاءَ وَهَاءَ. قَالَ أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ : سَمِعْتُ سُفْيَانَ يَقُولُ : الذَّهَبُ بِالْوَرِقِ ، احْفَظُوا.

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qızılın gümüşlə dəyişdirilməsi sələmdir, yalnız nağd olması istisnadır”. Ravi Əbu Bəkr ibn Əbu Şeybə deyir: “Mən Süfyanın belə dediyini eşitdim: “Qızılı gümüşlə (dəyişdirməyin qadağan olmasını) yaxşıca yadda saxlayın”.”

Ömər
Səhihİbn Məcə, 2259 (Ticarət, 123)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ مَالِكِ بْنِ أَوْسِ بْنِ الْحَدَثَانِ ، قَالَ : أَقْبَلْتُ أَقُولُ : مَنْ يَصْطَرِفُ الدَّرَاهِمَ ؟ فَقَالَ طَلْحَةُ بْنُ عُبَيْدِ اللهِ ، وَهُوَ عِنْدَ عُمَرَ بْنِ الْخَطَّابِ : أَرِنَا ذَهَبَكَ ، ثُمَّ ائْتِنَا ، إِذَا جَاءَ خَازِنُنَا ، نُعْطِكَ وَرِقَكَ. فَقَالَ عُمَرُ : كَلاَّ وَاللَّهِ ، لَتُعْطِيَنَّهُ وَرِقَهُ أَوْ لَتَرُدَّنَّ إِلَيْهِ ذَهَبَهُ ، فَإِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : الْوَرِقُ بِالذَّهَبِ رِبًا ، إِلاَّ هَاءَ وَهَاءَ.

“Rəvayət edilir ki, Malik ibn Əvs ibn əl-Hədəsan ﵀ demişdir: “Mən (səhabələrin) yanına gələrək: “Kim dirhəmlərini qızıl ilə dəyişdirmək istəyir?”- dedim. Ömər ibn əl-Xattabın yanında olan Talhə ibn Ubeydullah dedi: “Qızılı bizə ver, xəzinədarım gələndə dirhəmləri sənə verərəm”. Ömər dedi: “Xeyr, Allaha and olsun! Ya ona dirhəmlərini indi verəcəksən, ya da onun qızılını qaytaracaqsan, çünki Allah Elçisi ﷺ belə buyurmuşdur: “Qızılın gümüşlə dəyişdirilməsi sələmdir, yalnız nağd olması istisnadır”.”

Malik ibn Əvs ibn əl-Hədəsan
Səhihİbn Məcə, 2260 (Ticarət, 124)

حَدَّثَنَا أَبُو إِسْحَاقَ الشَّافِعِيُّ إِبْرَاهِيمُ بْنُ مُحَمَّدِ بْنِ الْعَبَّاسِ , حَدَّثَنِي أَبِي ، عَنْ أَبِيهِ الْعَبَّاسِ بْنِ عُثْمَانَ بْنِ شَافِعٍ ، عَنْ عُمَرَ بْنِ مُحَمَّدِ بْنِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الدِّينَارُ بِالدِّينَارِ ، وَالدِّرْهَمُ بِالدِّرْهَمِ ، لاَ فَضْلَ بَيْنَهُمَا ، فَمَنْ كَانَتْ لَهُ حَاجَةٌ بِوَرِقٍ , فَلْيَصْطَرِفْهَا بِذَهَبٍ ، وَمَنْ كَانَتْ لَهُ حَاجَةٌ بِذَهَبٍ , فَلْيَصْطَرِفْهَا بِالْوَرِقِ ، وَالصَّرْفُ هَاءَ وَهَاءَ.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Aralarında qiymət fərqi olmadan dinar dinarla, dirhəm də dirhəmlə dəyişdirilə bilər. Gümüşə ehtiyacı olan onu qızıl ilə dəyişdirə bilər. Qızıla ehtiyacı olan da onu gümüşlə dəyişdirə bilər. Bu mübadilə əlbəəl – nağd şəkildə olmalıdır”.”

Ömər ibn Muhəmməd ibn Əli ibn Əbu Talib atasından və babasından
Səhihİbn Məcə, 2261 (Ticarət, 125)

Fəsil 45

Yaş xurmanı quru xurma ilə dəyişdirmək

بَابُ بَيْعِ الرُّطَبِ بِالتَّمْرِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، وَإِسْحَاقُ بْنُ سُلَيْمَانَ ، قَالاَ : حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، مَوْلَى الأَسْوَدِ بْنِ سُفْيَانَ ، أَنَّ زَيْدًا أَبَا عَيَّاشٍ ، مَوْلًى لِبَنِي زُهْرَةَ أَخْبَرَهُ , أَنَّهُ سَأَلَ سَعْدَ بْنَ أَبِي وَقَّاصٍ عَنِ اشْتِرَاءِ الْبَيْضَاءِ بِالسُّلْتِ ، فَقَالَ لَهُ سَعْدٌ : أَيَّتُهُمَا أَفْضَلُ ؟ قَالَ : الْبَيْضَاءُ ، فَنَهَانِي عَنْهُ ، وَقَالَ : إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ سُئِلَ عَنِ اشْتِرَاءِ الرُّطَبِ بِالتَّمْرِ ، فَقَالَ : أَيَنْقُصُ الرُّطَبُ إِذَا يَبِسَ ؟ قَالُوا : نَعَمْ ، فَنَهَى عَنْ ذَلِكَ.

“Rəvayət edilir ki, Bəni Zuhra tayfasının köləlikdən azad etdiyi Əbu Ayyaş ﵀ Səd ibn Əbu Vaqqasdan arpanı başqa cür arpa ilə almaq haqda soruşdu. Səd də ona dedi: “Bunlardan hansı daha qiymətlidir?” Əbu Ayyaş dedi: “Adi arpa daha qiymətlidir”. Səd dedi: “Bir dəfə Allah Elçisindən ﷺ yaş xurmanın quru xurma ilə satışı haqda soruşuldu. Allah Elçisi də belə buyurdu: “Yaş xurma quruduğunda əskilirmi?” Onlar da: “Bəli”- dedilər. Allah Elçisi ﷺ də belə ticarəti qadağan etdi”.”

Əbu Ayyaş
Səhihİbn Məcə, 2264 (Ticarət, 128)

Fəsil 46

Muzəbənə və Muhaqalə

بَابُ الْمُزَابَنَةِ وَالْمُحَاقَلَةِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الْمُزَابَنَةِ. وَالْمُزَابَنَةُ : أَنْ يَبِيعَ الرَّجُلُ ثَمَرَ حَائِطِهِ إِنْ كَانَتْ نَخْلاً ، بِتَمْرٍ كَيْلاً ، وَإِنْ كَانَتْ كَرْمًا ، أَنْ يَبِيعَهُ بِزَبِيبٍ كَيْلاً ، وَإِنْ كَانَتْ زَرْعًا , أَنْ يَبِيعَهُ بِكَيْلِ طَعَامٍ ، نَهَى عَنْ ذَلِكَ كُلِّهِ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ muzəbənə ticarətini qadağan etmişdir”. Muzəbənə - adamın xurmalığındakı ağacda olan yaş xurmanı təqribi hesablayaraq quru xurma ilə, bağında olan yaş üzümü quru üzümlə və tarlada olan təzə buğdanı təqribi hesablayaraq quru buğda ilə satmasıdır. Allah Elçisi ﷺ bunların hamısını qadağan etmişdir”.”

Abdullah ibn Ömər
Səhihİbn Məcə, 2265 (Ticarət, 129)

حَدَّثَنَا أَزْهَرُ بْنُ مَرْوَانَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ أَيُّوبَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، وَسَعِيدُ بْنُ مِينَاءَ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنِ الْمُحَاقَلَةِ ، وَالْمُزَابَنَةِ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ muhaqalə və muzəbənə ticarətini qadağan etmişdir.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2266 (Ticarət, 130)

حَدَّثَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ طَارِقِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الْمُحَاقَلَةِ ، وَالْمُزَابَنَةِ.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Allah Elçisi ﷺ muhaqalə və muzəbənə ticarətini qadağan etmişdir”.”

Rafi ibn Xadic
Səhihİbn Məcə, 2267 (Ticarət, 131)

Fəsil 47

Arayə - ağacdakı yaş xurmanı quru xurma bilib quru xurma əvəzində satmaq

بَابُ بَيْعِ الْعَرَايَا بِخَرْصِهَا تَمْرًا

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، حَدَّثَنِي زَيْدُ بْنُ ثَابِتٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَخَّصَ فِي الْعَرَايَا.

“Zeyd ibn Sabit ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ ağacdakı yaş xurmanı quru xurma hesab edib quru xurma əvəzində satmağı qadağan etmişdir.”

Zeyd ibn Sabit
Səhihİbn Məcə, 2268 (Ticarət, 132)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّهُ قَالَ : حَدَّثَنِي زَيْدُ بْنُ ثَابِتٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَرْخَصَ فِي بَيْعِ الْعَرِيَّةِ بِخَرْصِهَا تَمْرًا. قَالَ يَحْيَى : الْعَرِيَّةُ : أَنْ يَشْتَرِيَ الرَّجُلُ تَمْرَ النَّخَلاَتِ بِطَعَامِ أَهْلِهِ رُطَبًا ، بِخَرْصِهَا تَمْرًا.

“Zeyd ibn Sabit ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ ağacdakı yaş xurmanı quru xurma bilib quru xurma əvəzində satmağı qadağan etmişdir. Ravi Yəhya deyir: “Arayə - adamın ailəsinin azuqəsi olan quru xurmanı verib əvəzində xurma ağacındakı yaş xurmanı quru xurma zənn edərək nağd almaqdır”.”

Zeyd ibn Sabit
Səhihİbn Məcə, 2269 (Ticarət, 133)

Fəsil 48

Heyvanı heyvanla nisyə dəyişmək

بَابُ الْحَيَوَانِ بِالْحَيَوَانِ نَسِيئَةً

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنِ الْحَسَنِ ، عَنْ سَمُرَةَ بْنِ جُنْدَبٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنْ بَيْعِ الْحَيَوَانِ بِالْحَيَوَانِ نَسِيئَةً.

“Səmura ibn Cundəb ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ heyvanı heyvanla nisyə satmağı qadağan etmişdir.”

Səmura ibn Cundəb
Səhihİbn Məcə, 2270 (Ticarət, 134)

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا حَفْصُ بْنُ غِيَاثٍ ، وَأَبُو خَالِدٍ ، عَنْ حَجَّاجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ بَأْسَ بِالْحَيَوَانِ وَاحِدًا بِاثْنَيْنِ ، يَدًا بِيَدٍ ، وَكَرِهَهُ نَسِيئَةً.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Nağd olaraq bir heyvanı iki heyvana satmaqda bir müşgül yoxdur. Bunun nisyə satışı bəyənilmir”.”

Cabir
Səhihİbn Məcə, 2271 (Ticarət, 135)

Fəsil 49

Heyvanı daha çox heyvan müqabilində əlbəəl satmaq

بَابُ الْحَيَوَانِ بِالْحَيَوَانِ مُتَفَاضِلاً يَدًا بِيَدٍ

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا الْحُسَيْنُ بْنُ عُرْوَةَ (ح) وَحَدَّثَنَا أَبُو عُمَرَ حَفْصُ بْنُ عَمْرٍو ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، قَالاَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ , عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ , أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ اشْتَرَى صَفِيَّةَ بِسَبْعَةِ أَرْؤُسٍ. قَالَ عَبْدُ الرَّحْمَنِ : مِنْ دِحْيَةَ الْكَلْبِيِّ.

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Safiyyəni yeddi kölə əvəzində nağd olaraq almışdır. Ravi Abdur-Rahmən deyir: “Dihyə əl-Kəlbidən almışdır”.”

Ənəs
Səhihİbn Məcə, 2272 (Ticarət, 136)

Fəsil 50

Sələmin cəzasının şiddətli olması

بَابُ التَّغْلِيظِ فِي الرِّبَا

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنْ أَبِي مَعْشَرٍ ، عَنْ سَعِيدٍ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الرِّبَا سَبْعُونَ حُوبًا ، أَيْسَرُهَا أَنْ يَنْكِحَ الرَّجُلُ أُمَّهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sələm yetmiş növ günahdır. Onların ən yüngülü kişinin öz anası ilə evlənməsi kimidir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2274 (Ticarət, 138)

حَدَّثَنَا عَمْرُو بْنُ عَلِيٍّ الصَّيْرَفِيُّ أَبُو حَفْصٍ ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ شُعْبَةَ ، عَنْ زُبَيْدٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَبْدِ اللهِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : الرِّبَا ثَلاَثَةٌ وَسَبْعُونَ بَابًا.

“Abdullah ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sələmin yetmiş üç növü var”.”

Abdullah
Səhihİbn Məcə, 2275 (Ticarət, 139)

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ ، قَالَ : إِنَّ آخِرَ مَا نَزَلَتْ آيَةُ الرِّبَا ، وَإِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قُبِضَ وَلَمْ يُفَسِّرْهَا لَنَا ، فَدَعُوا الرِّبَا وَالرِّيبَةَ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Ən axırıncı nazil olan ayə sələm ayəsidir. Allah Elçisi ﷺ bu haqda geniş məlumat vermədən vəfat etmişdir. O buyurmuşdu: “Sələmi və sələm şübhəsi olan şeyləri tərk edin”.”

Ömər ibn əl-Xattab
Səhihİbn Məcə, 2276 (Ticarət, 140)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، حَدَّثَنَا سِمَاكُ بْنُ حَرْبٍ ، قَالَ : سَمِعْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ عَبْدِ اللهِ يُحَدِّثُ عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لَعَنَ آكِلَ الرِّبَا ، وَمُوكِلَهُ ، وَشَاهِدِيهِ ، وَكَاتِبَهُ.

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ sələm yeyənə, yedizdirənə, buna şahilik edənə və buna katiblik edənə lənət etmişdir.”

Abdullah ibn Məsud
Səhihİbn Məcə, 2277 (Ticarət, 141)

حَدَّثَنَا الْعَبَّاسُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا عَمْرُو بْنُ عَوْنٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي زَائِدَةَ ، عَنْ إِسْرَائِيلَ ، عَنِ رُكَيْنِ بْنِ الرَّبِيعِ بْنِ عُمَيْلَةَ ، عَنْ أَبِيهِ ، عَنِ ابْنِ مَسْعُودٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَا أَحَدٌ أَكْثَرَ مِنَ الرِّبَا ، إِلاَّ كَانَ عَاقِبَةُ أَمْرِهِ إِلَى قِلَّةٍ.

“İbn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sələmlə malını artıran elə bir adam yoxdur ki, sonu malının azalması ilə nəticələnməsin”.”

İbn Məsud
Səhihİbn Məcə, 2279 (Ticarət, 143)

Fəsil 51

Bir şeyi məlum çəkidə və məlum miqdarda alıb-satmaq

بَابُ السَّلَفِ فِي كَيْلٍ مَعْلُومٍ وَوَزْنٍ مَعْلُومٍ إِلَى أَجَلٍ مَعْلُومٍ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ ابْنِ أَبِي نَجِيحٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ كَثِيرٍ ، عَنْ أَبِي الْمِنْهَالِ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَدِمَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَهُمْ يُسْلِفُونَ فِي التَّمْرِ ، السَّنَتَيْنِ وَالثَّلاَثَ ، فَقَالَ : مَنْ أَسْلَفَ فِي تَمْرٍ ، فَلْيُسْلِفْ فِي كَيْلٍ مَعْلُومٍ ، وَوَزْنٍ مَعْلُومٍ ، إِلَى أَجَلٍ مَعْلُومٍ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ (Mədinəyə) gəldikdə insanlar xurmanı iki və üçillik nisyə satırdılar. Bu vaxt Peyğəmbər ﷺ buyurdu: “Kim bir şeyi məlum çəkidə və məlum ölçüdə alıb-satarsa, bunu bir tərəzi ilə və müəyyən bir vaxta bağlı etsin”.”

İbn Abbas
Səhihİbn Məcə, 2280 (Ticarət, 144)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، وَعَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، قَالاَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ يَحْيَى : عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي الْمُجَالِدِ ، وَقَالَ عَبْدُ الرَّحْمَنِ : عَنِ ابْنِ أَبِي الْمُجَالِدِ ، قَالَ : امْتَرَى عَبْدُ اللهِ بْنُ شَدَّادٍ ، وَأَبُو بُرْدَةَ فِي السَّلَمِ ، فَأَرْسَلُونِي إِلَى عَبْدِ اللهِ بْنِ أَبِي أَوْفَى ، فَسَأَلْتُهُ ، فَقَالَ : كُنَّا نُسْلِمُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَعَهْدِ أَبِي بَكْرٍ ، وَعُمَرَ فِي الْحِنْطَةِ ، وَالشَّعِيرِ ، وَالزَّبِيبِ ، وَالتَّمْرِ عِنْدَ قَوْمٍ مَا عِنْدَهُمْ. فَسَأَلْتُ ابْنَ أَبْزَى , فَقَالَ مِثْلَ ذَلِكَ.

“Rəvayət edilir ki, İbn Əbul-Mucalid ﵀ demişdir: “Abdullah ibn Şəddad və Əbu Bureydə arasında nisyə satışla əlaqəli ixtilaf çıxmışdı. Onlar məni Abdullah ibn Əbu Əufənin yanına göndərdilər. Mən bu məsələni ondan soruşduqda dedi: “Biz Allah Elçisinin ﷺ, Əbu Bəkrin və Ömərin dövründə yanında malı olmayan bir camaatla buğdanın, arpanın, quru üzümün və quru xurmanın nisyə alış-verişini edirdik”. Mən bunu İbn Əbzədən soruşduqda eynilə bu şeyləri dedi”.”

İbn Əbul-Mucalid
Səhihİbn Məcə, 2282 (Ticarət, 146)

Fəsil 52

Heyvanları borca almaq

بَابُ السَّلَمِ فِي الْحَيَوَانِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا مُسْلِمُ بْنُ خَالِدٍ ، حَدَّثَنَا زَيْدُ بْنُ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي رَافِعٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ اسْتَسْلَفَ مِنْ رَجُلٍ بَكْرًا ، وَقَالَ : إِذَا جَاءَتْ إِبِلُ الصَّدَقَةِ قَضَيْنَاكَ ، فَلَمَّا قَدِمَتْ ، قَالَ : يَا أَبَا رَافِعٍ اقْضِ هَذَا الرَّجُلَ بَكْرَهُ ، فَلَمْ أَجِدْ إِلاَّ رَبَاعِيًا فَصَاعِدًا ، فَأَخْبَرْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : أَعْطِهِ ، فَإِنَّ خَيْرَ النَّاسِ أَحْسَنُهُمْ قَضَاءً.

“Əbu Rafi ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir kişinin cavan dəvəsini aldı və buyurdu: “Zəkat dəvələri gətirildikdə sənin borcunu ödəyərik”. Zəkat dəvələri gətirildikdə Peyğəmbər ﷺ buyurdu: “Ey Əbu Rafi! Bu kişiyə cavan dəvə ver!” Əbu Rafi deyir: “Mən yalnız yeddi yaş və ondan yuxarı yaşda olan dəvə tapdığımı Peyğəmbərə ﷺ xəbər verdim”. Peyğəmbər ﷺ buyurdu: “Ona yaşda böyük dəvə ver. Həqiqətən, ən xeyirli insanlar borcunu gözəl şəkildə ödəyəndir”.”

Əbu Rafi
Səhihİbn Məcə, 2285 (Ticarət, 149)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ ، حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ صَالِحٍ , حَدَّثَنِي سَعِيدُ بْنُ هَانِئٍ ، قَالَ : سَمِعْتُ الْعِرْبَاضَ بْنَ سَارِيَةَ يَقُولُ : كُنْتُ عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ أَعْرَابِيٌّ : اقْضِنِي بَكْرِي ، فَأَعْطَاهُ بَعِيرًا مُسِنًّا ، فَقَالَ الأَعْرَابِيُّ : يَا رَسُولَ اللهِ ، هَذَا أَسَنُّ مِنْ بَعِيرِي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : خَيْرُ النَّاسِ خَيْرُهُمْ قَضَاءً.

“Rəvayət edilir ki, İrbad ibn Səriyə ﵁ demişdir: “Bir dəfə mən Peyğəmbərin ﷺ yanında idim. Bir bədəvi dedi: “Məndən borc aldığın cavan dəvəmi ödə”. Peyğəmbər ﷺ ona yaşlı bir dəfə verdi. Bədəvi dedi: “Ey Allahın Elçisi, bu cavan dəvədən yaşlıdır axı”. Allah Elçisi ﷺ buyurdu: “İnsanların ən xeyirlisi borcunu xeyirlə qaytarandır”.”

İrbad ibn Səriyə
Səhihİbn Məcə, 2286 (Ticarət, 150)

Fəsil 53

Şəriklik və mudarabə

بَابُ الشِّرْكَةِ وَالْمُضَارَبَةِ

حَدَّثَنَا عُثْمَانُ ، وَأَبُو بَكْرٍ ، ابْنَا أَبِي شَيْبَةَ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، عَنْ سُفْيَانَ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مُهَاجِرٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ قَائِدِ السَّائِبِ ، عَنِ السَّائِبِ ، أَنَّهُ قَالَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : كُنْتَ شَرِيكِي فِي الْجَاهِلِيَّةِ , فَكُنْتَ خَيْرَ شَرِيكٍ ، كُنْتَ لاَ تُدَارِينِي ، وَلاَ تُمَارِينِي.

“əs-Səib ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ ona belə demişdir: “Sən cahiliyyət dövründə mənim şərikim idin. Sən ən xeyirli şərik olmusan. Sən mənə nə müxalif olardın, nə də mənimlə münaqişə edərdin”.”

əs-Səib
Səhihİbn Məcə, 2287 (Ticarət, 151)

Fəsil 54

Övladının malında atanın haqqının olması

بَابُ مَا لِلرَّجُلِ مِنْ مَالِ وَلَدِهِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا ابْنُ أَبِي زَائِدَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ عُمَارَةَ بْنِ عُمَيْرٍ ، عَنْ عَمَّتِهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ أَطْيَبَ مَا أَكَلْتُمْ مِنْ كَسْبِكُمْ ، وَإِنَّ أَوْلاَدَكُمْ مِنْ كَسْبِكُمْ.

“Rəvayət edilir ki, Aişə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yediyinizin ən yaxşısı əlinizlə qazandığınızdır. Övladlarınız da sizin qazancınızdandır”.”

Aişə
Səhihİbn Məcə, 2290 (Ticarət, 154)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا عِيسَى بْنُ يُونُسَ ، حَدَّثَنَا يُوسُفُ بْنُ إِسْحَاقَ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ رَجُلاً قَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ لِي مَالاً وَوَلَدًا ، وَإِنَّ أَبِي يُرِيدُ أَنْ يَجْتَاحَ مَالِي ، فَقَالَ : أَنْتَ وَمَالُكَ لأَبِيكَ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, bir kişi dedi: “Ey Allahın Elçisi, mənim mal-dövlətim və övladlarım var. Atam isə mənim malımı xərcləyib qurtarmaq istəyir”. Peyğəmbər ﷺ buyurdu: “Sən və sənin malın atana məxsusdur”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2291 (Ticarət, 155)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، وَيَحْيَى بْنُ حَكِيمٍ ، قَالاَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا حَجَّاجٌ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : إِنَّ أَبِي اجْتَاحَ مَالِي ، فَقَالَ : أَنْتَ وَمَالُكَ لأَبِيكَ , وَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ أَوْلاَدَكُمْ مِنْ أَطْيَبِ كَسْبِكُمْ ، فَكُلُوا مِنْ أَمْوَالِهِمْ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Bir kişi Peyğəmbərin yanına gəlib dedi: “Atam mənim malımdan xərcləyib qurtarır”. Peyğəmbər ﷺ buyurdu: “Sən və malın atana məxsusdur”. Həmçinin Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, övladlarınız sizin ən yaxşı qazancınızdır. Bu səbəblə onların mallarından yeyin”.”

Amr ibn Şueyb atasından və babasından
Səhihİbn Məcə, 2292 (Ticarət, 156)

Fəsil 55

Qadın ərinin malından nə xərcləyə bilər?

بَابُ مَا لِلْمَرْأَةِ مِنْ مَالِ زَوْجِهَا

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَأَبُو عُمَرَ الضَّرِيرُ ، قَالُوا : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : جَاءَتْ هِنْدٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنَّ أَبَا سُفْيَانَ رَجُلٌ شَحِيحٌ ، وَلاَ يُعْطِينِي مَا يَكْفِينِي وَوَلَدِي ، إِلاَّ مَا أَخَذْتُ مِنْ مَالِهِ ، وَهُوَ لاَ يَعْلَمُ ، فَقَالَ : خُذِي وَوَلَدَكِ مَا يَكْفِيكِ بِالْمَعْرُوفِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Hind Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, Əbu Süfyan xəsis adamdır, mənə və övladıma kifayət qədər xərclik vermir. Onun xəbəri olmadan onun malından götürdüyüm bizə güclə çatır”. Peyğəmbər ﷺ buyurdu: “Özün və övladın üçün kifayət edəcək qədər götürə bilərsən”.”

Aişə
Səhihİbn Məcə, 2293 (Ticarət, 157)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا أَبِي ، وَأَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا أَنْفَقَتِ الْمَرْأَةُ ، وَقَالَ أَبِي فِي حَدِيثِهِ : إِذَا أَطْعَمَتِ الْمَرْأَةُ ، مِنْ بَيْتِ زَوْجِهَا ، غَيْرَ مُفْسِدَةٍ ، كَانَ لَهَا أَجْرُهَا ، وَلَهُ مِثْلُهُ بِمَا اكْتَسَبَ ، وَلَهَا بِمَا أَنْفَقَتْ ، وَلِلْخَازِنِ مِثْلُ ذَلِكَ ، مِنْ غَيْرِ أَنْ يَنْقُصَ مِنْ أُجُورِهِمْ شَيْئًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Qadın israf etmədən ərinin evindən sədəqə verdiyi zaman bunun mükafatı özünə olur. Bu malı qazandığı üçün əri də həmin qədər mükafat qazanır. Qadın sədəqə etdiyi üçün savab qazanır. Xidmətçiyə də o qədər mükafat var. Allah onların mükafatından heç nə əskiltməz”.”

Aişə
Səhihİbn Məcə, 2294 (Ticarət, 158)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ , حَدَّثَنِي شُرَحْبِيلُ بْنُ مُسْلِمٍ الْخَوْلاَنِيُّ ، قَالَ : سَمِعْتُ أَبَا أُمَامَةَ الْبَاهِلِيَّ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لاَ تُنْفِقُ الْمَرْأَةُ مِنْ بَيْتِهَا شَيْئًا إِلاَّ بِإِذْنِ زَوْجِهَا ، قَالُوا : يَا رَسُولَ اللهِ ، وَلاَ الطَّعَامَ ؟ قَالَ : ذَلِكَ أَفْضَلُ أَمْوَالِنَا.

“Rəvayət edilir ki, Əbu Umamə əl-Bəhili ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Qadın ərinin icazəsi olmadan onun evindən heç nə xərcləyə bilməz”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, ərzaqı da icazəsiz verə bilməz?” Allah Elçisi ﷺ buyurdu: “Bu sizin mallarınızın ən üstünüdür”.”

Əbu Umamə əl-Bəhili
Həsənİbn Məcə, 2295 (Ticarət, 159)

Fəsil 56

Kölə ağasının malından bir şey sədəqə verə bilərmi?

بَابُ مَا لِلْعَبْدِ أَنْ يُعْطِيَ وَيَتَصَدَّقَ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا حَفْصُ بْنُ غِيَاثٍ ، عَنْ مُحَمَّدِ بْنِ زَيْدٍ ، عَنْ عُمَيْرٍ ، مَوْلَى آبِي اللَّحْمِ ، قَالَ : كَانَ مَوْلاَيَ يُعْطِينِي الشَّيْءَ فَأُطْعِمُ مِنْهُ ، فَمَنَعَنِي ، أَوْ قَالَ : فَضَرَبَنِي ، فَسَأَلْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَوْ سَأَلَهُ ، فَقُلْتُ : لاَ أَنْتَهِي أَوْ لاَ أَدَعُهُ ، فَقَالَ : الأَجْرُ بَيْنَكُمَا.

“Rəvayət edilir ki, Əbul-Ləhmin köləlikdən azad etdiyi Umeyr ﵁ demişdir: “Mənim ağam mənə ərzaq verərdi. Mən də bundan başqalarına yedirərdim. O bunu mənə qadağan etdi və məni buna görə döydü. Peyğəmbərdən ﷺ bu haqda soruşduqda o buyurdu: “(Verdiyin sədəqəyə görə) sizin ikiniz də mükafat qazanırsınız”.”

Umeyr
Səhihİbn Məcə, 2297 (Ticarət, 161)

Fəsil 57

Bir topluma aid mal-qaranın yanından və ya bir bağdan keçən adam ondan bir şey götürə bilərmi?

بَابُ مَنْ مَرَّ عَلَى مَاشِيَةِ قَوْمٍ أَوْ حَائِطٍ هَلْ يُصِيبُ مِنْهُ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَبَابَةُ بْنُ سَوَّارٍ (ح) وحَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَمُحَمَّدُ بْنُ الْوَلِيدِ ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، انظر الكتاب , حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي بِشْرٍ جَعْفَرِ بْنِ إِيَاسٍ ، قَالَ : سَمِعْتُ عَبَّادَ بْنَ شُرَحْبِيلَ ، رَجُلاً مِنْ بَنِي غُبَرَ ، قَالَ : أَصَابَنَا عَامُ مَخْمَصَةٍ ، فَأَتَيْتُ الْمَدِينَةَ ، فَأَتَيْتُ حَائِطًا مِنْ حِيطَانِهَا ، فَأَخَذْتُ سُنْبُلاً فَفَرَكْتُهُ فَأَكَلْتُهُ ، وَجَعَلْتُهُ فِي كِسَائِي ، فَجَاءَ صَاحِبُ الْحَائِطِ ، فَضَرَبَنِي وَأَخَذَ ثَوْبِي ، فَأَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَخْبَرْتُهُ ، فَقَالَ لِلرَّجُلِ مَا أَطْعَمْتَهُ إِذْ كَانَ جَائِعًا ، أَوْ سَاغِبًا ، وَلاَ عَلَّمْتَهُ إِذْ كَانَ جَاهِلاً ، فَأَمَرَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَرَدَّ إِلَيْهِ ثَوْبَهُ ، وَأَمَرَ لَهُ بِوَسْقٍ مِنْ طَعَامٍ ، أَوْ نِصْفِ وَسْقٍ.

“Rəvayət edilir ki, Bəni Ğubər tayfasından olan Abbad ibn Şurahbil ﵁ demişdir: “Bizə aclıq ili üz vermişdi. Mən Mədinəyə gəldim və buranın bağçalarından bir bağçaya girdim. Bağçadakı sünbüllərdən bir az ovalayıb yedim, bir az da paltarımın ətəyinə yığdım. Bu vaxt bağın yiyəsi gəlib məni vurdu və paltarımı əlimdən aldı. Mən də Peyğəmbərin ﷺ yanına gəlib olanları ona xəbər verdim. Peyğəmbər ﷺ həmin adama dedi: “O, ac olduğu halda sən ona bir şey yedirtmədin və bunu bilmədiyi halda onu öyrətmədin”. Sonra Peyğəmbər ﷺ bağın yiyəsinə Abbadın paltarını geri qaytarmağı əmr etdi. Sonra isə bir və ya yarım vəsq ərzaq verilməsini əmr etdi.”

Abbad ibn Şurahbil
Səhihİbn Məcə, 2298 (Ticarət, 162)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا الْجُرَيْرِيُّ ، عَنْ أَبِي نَضْرَةَ ، عَنْ أَبِي سَعِيدٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِذَا أَتَيْتَ عَلَى رَاعٍ ، فَنَادِهِ ثَلاَثَ مِرَارٍ ، فَإِنْ أَجَابَكَ ، وَإِلاَّ فَاشْرَبْ فِي غَيْرِ أَنْ تُفْسِدَ ، وَإِذَا أَتَيْتَ عَلَى حَائِطِ بُسْتَانٍ ، فَنَادِ صَاحِبَ الْبُسْتَانِ ثَلاَثَ مَرَّاتٍ ، فَإِنْ أَجَابَكَ ، وَإِلاَّ فَكُلْ فِي أَنْ لاَ تُفْسِدَ.

“Əbu Səid ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sən bir çobanın sürüsünün yanına gəldikdə çobanı üç dəfə çağır. Əgər çoban cavab verərsə, (ondan icazə alıb süd) içə bilərsən. Əgər çoban sənin səsinə səs verməsə, südü sağıb özünlə götürməmək şərti ilə ondan içə bilərsən. Bir bağın divarının yanından keçdikdə bağ sahibini üç dəfə çağır. Əgər cavab versə, (ondan icazə alıb bağın məhsulundan) yeyə bilərsən. Əgər bağ sahibini tapa bilməsən, bağın məhsulundan götürüb aparmamaq şərti ilə yeyə bilərsən”.”

Əbu Səid
Səhihİbn Məcə, 2300 (Ticarət, 164)

حَدَّثَنَا هَدِيَّةُ بْنُ عَبْدِ الْوَهَّابِ ، وَأَيُّوبُ بْنُ حَسَّانَ الْوَاسِطِيُّ ، وَعَلِيُّ بْنُ سَلَمَةَ ، قَالُوا : حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمٍ الطَّائِفِيُّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا مَرَّ أَحَدُكُمْ بِحَائِطٍ فَلْيَأْكُلْ ، وَلاَ يَتَّخِذْ خُبْنَةً.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz bir bağın yanından keçdikdə meyvələrindən yeyə bilər, lakin paltarının ətəyinə heç nə qoyub aparmasın”.”

İbn Ömər
Səhihİbn Məcə, 2301 (Ticarət, 165)

Fəsil 58

Mal-qara yiyəsinin icazəsi olmadan onların südündən içməyin qadağan olunması

بَابُ النَّهْيِ أَنْ يُصِيبَ مِنْهَا شَيْئًا إِلاَّ بِإِذْنِ صَاحِبِهَا

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَنَّهُ قَامَ فَقَالَ : لاَ يَحْتَلِبَنَّ أَحَدٌ مَاشِيَةَ رَجُلٍ بِغَيْرِ إِذْنِهِ ، أَيُحِبُّ أَحَدُكُمْ أَنْ تُؤْتَى مَشْرُبَتُهُ ، فَيُكْسَرَ بَابُ خِزَانَتِهِ فَيُنْتَثَلَ طَعَامُهُ ؟ فَإِنَّمَا تَخْزُنُ لَهُمْ ضُرُوعُ مَوَاشِيهِمْ أَطْعِمَاتِهِمْ ، فَلاَ يَحْتَلِبَنَّ أَحَدُكُمْ مَاشِيَةَ امْرِئٍ بِغَيْرِ إِذْنِهِ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ ayağa durub belə buyurdu: “Sizdən biriniz mal-qara yiyəsinin icazəsi olmadan onların südünü sağıb (içməsin). Birinizin ərzaq anbarına qapısı qırılaraq girsələr və oradan ərzağını aparsalar, xoşuna gedərmi? Mal-qara sahibləri üçün südverən heyvanlarının əmcəkləri də onların ərzaqlarıdır. Ona görə heç biriniz yiyəsinin icazəsi olmadan onun heyvanlarının südünü sağıb (içməsin)”.”

Abdullah ibn Ömər
Səhihİbn Məcə, 2302 (Ticarət, 166)

Fəsil 59

Mal-qara sahibi olmaq

بَابُ اتِّخَاذِ الْمَاشِيَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ أُمِّ هَانِئٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ لَهَا : اتَّخِذِي غَنَمًا فَإِنَّ فِيهَا بَرَكَةً.

“Ummu Hani ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ ona belə buyurdu: “Qoyun və keçi saxla! Çünki onda bərəkət var”.”

Ummu Hani
Səhihİbn Məcə, 2304 (Ticarət, 168)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنْ حُصَيْنٍ ، عَنْ عَامِرٍ ، عَنْ عُرْوَةَ الْبَارِقِيِّ ، يَرْفَعُهُ ، قَالَ : الإِبِلُ عِزٌّ لأَهْلِهَا ، وَالْغَنَمُ بَرَكَةٌ ، وَالْخَيْرُ مَعْقُودٌ فِي نَوَاصِي الْخَيْلِ إِلَى يَوْمِ الْقِيَامَةِ.

“Urva əl-Bəriqi ﵁ mərfu olaraq rəvayət etmişdir ki, dəvə öz yiyəsi üçün bir hörmət sayılır. Qoyun və keçi isə bərəkətdir. Xeyir isə Qiyamət gününə qədər atların alınlarına bağlanmışdır”.”

Urva əl-Bəriqi
Səhihİbn Məcə, 2305 (Ticarət, 169)

حَدَّثَنَا عِصْمَةُ بْنُ الْفَضْلِ النَّيْسَابُورِيُّ ، وَمُحَمَّدُ بْنُ فِرَاسٍ أَبُو هُرَيْرَةَ الصَّيْرَفِيُّ ، قَالاَ : حَدَّثَنَا حَرَمِيُّ بْنُ عُمَارَةَ ، حَدَّثَنَا زَرْبِيٌّ ، إِمَامُ مَسْجِدِ هِشَامِ بْنِ حَسَّانٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ سِيرِينَ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الشَّاةُ مِنْ دَوَابِّ الْجَنَّةِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qoyun Cənnət heyvanlarındandır”.”

İbn Ömər
Səhihİbn Məcə, 2306 (Ticarət, 170)