Hökmlərə aid fəsillər

Hakimlər haqda

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا يَعْلَى ، وَأَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ أَبِي الْبَخْتَرِيِّ ، عَنْ عَلِيٍّ ، قَالَ : بَعَثَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى الْيَمَنِ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، تَبْعَثُنِي وَأَنَا شَابٌّ أَقْضِي بَيْنَهُمْ ، وَلاَ أَدْرِي مَا الْقَضَاءُ ؟ قَالَ : فَضَرَبَ بِيَدِهِ فِي صَدْرِي ، ثُمَّ قَالَ : اللَّهُمَّ اهْدِ قَلْبَهُ ، وَثَبِّتْ لِسَانَهُ ، قَالَ : فَمَا شَكَكْتُ بَعْدُ فِي قَضَاءٍ بَيْنَ اثْنَيْنِ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ məni Yəmənə göndərdikdə mən dedim: “Ey Allahın Elçisi, sən məni göndərirsən, mən isə təcrübəsiz bir gəncəm və onlar arasında hökm verməli olacağam. Halbuki, hökm verməyi bilmirəm”. Əli deyir: “O mənim sinəmə vurdu, sonra buyurdu: “Allahım, onun qəlbini doğru yola yönəlt, dilini də sabit et!” Əli deyir: “Mən bu duadan sonra iki nəfər arasında hökm verməkdə heç bir tərəddüd hissi keçirmədim”.”

Əli
Səhih

İstinad

İbn Məcə, 2310 (Hökmlər, 3)

Sunən İbn Məcə — Hökmlərə aid fəsillər