Sunən İbn MəcəHökmlərə aid fəsillər

Kitab 13

Hökmlərə aid fəsillər

أَبْوَابُ الأَحْكَامِ

54

hədis

Fəsil 1

Hakimlər haqda

بَابُ ذِكْرِ الْقُضَاةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُعَلَّى بْنُ مَنْصُورٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ جَعْفَرٍ ، عَنْ عُثْمَانَ بْنِ مُحَمَّدٍ ، عَنِ الْمَقْبُريِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : مَنْ جُعِلَ قَاضِيًا بَيْنَ النَّاسِ ، فَقَدْ ذُبِحَ بِغَيْرِ سِكِّينٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim insanlar arasında hakim təyin edilərsə, bıçaqsız boğazlanmış kimsə kimidir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2308 (Hökmlər, 1)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا يَعْلَى ، وَأَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ أَبِي الْبَخْتَرِيِّ ، عَنْ عَلِيٍّ ، قَالَ : بَعَثَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى الْيَمَنِ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، تَبْعَثُنِي وَأَنَا شَابٌّ أَقْضِي بَيْنَهُمْ ، وَلاَ أَدْرِي مَا الْقَضَاءُ ؟ قَالَ : فَضَرَبَ بِيَدِهِ فِي صَدْرِي ، ثُمَّ قَالَ : اللَّهُمَّ اهْدِ قَلْبَهُ ، وَثَبِّتْ لِسَانَهُ ، قَالَ : فَمَا شَكَكْتُ بَعْدُ فِي قَضَاءٍ بَيْنَ اثْنَيْنِ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ məni Yəmənə göndərdikdə mən dedim: “Ey Allahın Elçisi, sən məni göndərirsən, mən isə təcrübəsiz bir gəncəm və onlar arasında hökm verməli olacağam. Halbuki, hökm verməyi bilmirəm”. Əli deyir: “O mənim sinəmə vurdu, sonra buyurdu: “Allahım, onun qəlbini doğru yola yönəlt, dilini də sabit et!” Əli deyir: “Mən bu duadan sonra iki nəfər arasında hökm verməkdə heç bir tərəddüd hissi keçirmədim”.”

Əli
Səhihİbn Məcə, 2310 (Hökmlər, 3)

Fəsil 2

Zülm və rüşvətin cəzasının şiddətli olması

بَابُ التَّغْلِيظِ فِي الْحَيْفِ وَالرِّشْوَةِ

حَدَّثَنَا أَحْمَدُ بْنُ سِنَانَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِلاَلٍ ، عَنْ عِمْرَانَ الْقَطَّانِ ، عَنْ حُسَيْنٍ , يَعْنِي ابْنَ عِمْرَانَ ، عَنْ أَبِي إِسْحَاقَ الشَّيْبَانِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي أَوْفَى ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ اللَّهَ مَعَ الْقَاضِي مَا لَمْ يَجُرْ ، فَإِذَا جَارَ وَكَلَهُ إِلَى نَفْسِهِ.

“Rəvayət edilir ki, Abdullah ibn Əbu Əufə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hakim zülm etmədiyi müddətcə Allah onunla olur. O zaman ki, zülmə yol verdi, onu nəfsi ilə baş-başa buraxır”.”

Abdullah ibn Əbu Əufə
Həsənİbn Məcə, 2312 (Hökmlər, 5)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا ابْنُ أَبِي ذِئْبٍ ، عَنْ خَالِهِ الْحَارِثِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَعْنَةُ اللهِ عَلَى الرَّاشِي وَالْمُرْتَشِي.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah rüşvət alana da, verənə də lənət etsin!””

Abdullah ibn Amr
Səhihİbn Məcə, 2313 (Hökmlər, 6)

Fəsil 3

Hakim çalışar və düzgün qərar verər

بَابُ الْحَاكِمِ يَجْتَهِدُ فَيُصِيبُ الْحَقَّ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ الدَّرَاوَرْدِيُّ ، حَدَّثَنَا يَزِيدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْهَادِ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ التَّيْمِيِّ ، عَنْ بُسْرِ بْنِ سَعِيدٍ ، عَنْ أَبِي قَيْسٍ ، مَوْلَى عَمْرِو بْنِ الْعَاصِ ، عَنْ عَمْرِو بْنِ الْعَاصِ ، أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : إِذَا حَكَمَ الْحَاكِمُ فَاجْتَهَدَ فَأَصَابَ فَلَهُ أَجْرَانِ ، وَإِذَا حَكَمَ فَاجْتَهَدَ فَأَخْطَأَ فَلَهُ أَجْرٌ. قَالَ يَزِيدُ : فَحَدَّثْتُ بِهِ أَبَا بَكْرِ بْنَ عَمْرِو بْنِ حَزْمٍ ، فَقَالَ : هَكَذَا حَدَّثَنِيهِ أَبُو سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ.

“Rəvayət edilir ki, Amr ibn əl-As ﵄ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Əgər hakim çalışar və düzgün qərar verərsə, ona iki savab verilər. Əgər hakim çalışar və xəta edərsə, ona bir savab verilər”.”

Amr ibn əl-As
Səhihİbn Məcə, 2314 (Hökmlər, 7)

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ تَوْبَةَ ، حَدَّثَنَا خَلَفُ بْنُ خَلِيفَةَ ، حَدَّثَنَا أَبُو هَاشِمٍ ، قَالَ : لَوْلاَ حَدِيثُ ابْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : الْقُضَاةُ ثَلاَثَةٌ ، اثْنَانِ فِي النَّارِ ، وَوَاحِدٌ فِي الْجَنَّةِ ، رَجُلٌ عَلِمَ الْحَقَّ فَقَضَى بِهِ فَهُوَ فِي الْجَنَّةِ ، وَرَجُلٌ قَضَى لِلنَّاسِ عَلَى جَهْلٍ فَهُوَ فِي النَّارِ ، وَرَجُلٌ جَارَ فِي الْحُكْمِ فَهُوَ فِي النَّارِ ، لَقُلْنَا : إِنَّ الْقَاضِيَ إِذَا اجْتَهَدَ فَهُوَ فِي الْجَنَّةِ.

“Rəvayət edilir ki, Əbu Haşim ﵀ demişdir: “Əgər İbn Bureydənin atasından, onun da Allah Elçisindən ﷺ rəvayət etdiyi: “Hakimlər üç qisimdir, onlardan ikisi Cəhənnəmdə, biri isə Cənnətdədir. O kişi ki, haqqı bilib onunla fətva verir, o, Cənnətdədir. O kişi ki, insanlara elmsiz fətva verir, o, Cəhənnəmdədir. Hökmündə zülm edən də Cəhənnəmdədir” hədisi olmasaydı...”, biz: “Hakim hökm etdiyi zaman Cənnətdədir”- dedik.”

Əbu Haşim
Səhihİbn Məcə, 2315 (Hökmlər, 8)

Fəsil 4

Hakim qəzəbli olduğu halda hökm verməməlidir

بَابُ لاَ يَحْكُمُ الْحَاكِمُ وَهُوَ غَضْبَانُ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَمُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، وَأَحْمَدُ بْنُ ثَابِتٍ الْجَحْدَرِيُّ ، قَالُوا : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، أَنَّهُ سَمِعَ عَبْدَ الرَّحْمَنِ بْنَ أَبِي بَكْرَةَ ، عَنْ أَبِيهِ ؛ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ يَقْضِي الْقَاضِي بَيْنَ اثْنَيْنِ وَهُوَ غَضْبَانُ. قَالَ هِشَامٌ فِي حَدِيثِهِ : لاَ يَنْبَغِي لِلْحَاكِمِ أَنْ يَقْضِيَ بَيْنَ اثْنَيْنِ وَهُوَ غَضْبَانُ.

“Abdur-Rahmən ibn Əbu Bəkratə atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Hakim qəzəbli olduğu halda iki nəfər arasında hökm verməsin”. Ravi Hişam deyir: “Hakimin qəzəbli olduğu halda iki nəfər arasında hökm verməsi düzgün deyil”.”

Abdur-Rahmən ibn Əbu Bəkratə atasından
Səhihİbn Məcə, 2316 (Hökmlər, 9)

Fəsil 5

Hakimin hökmü haramı halal, halalı da haram etmir

بَابُ قَضِيَّةِ الْحَاكِمِ لاَ تُحِلُّ حَرَامًا وَلاَ تُحَرِّمُ حَلاَلاً

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ زَيْنَبَ بِنْتِ أُمِّ سَلَمَةَ ، عَنْ أُمِّ سَلَمَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّكُمْ تَخْتَصِمُونَ إِلَيَّ , وَإِنَّمَا أَنَا بَشَرٌ ، وَلَعَلَّ بَعْضَكُمْ أَنْ يَكُونَ أَلْحَنَ بِحُجَّتِهِ مِنْ بَعْضٍ ، وَإِنَّمَا أَقْضِي بَيْنَكُمْ عَلَى نَحْوٍ مِمَّا أَسْمَعُ مِنْكُمْ ، فَمَنْ قَضَيْتُ لَهُ مِنْ حَقِّ أَخِيهِ شَيْئًا ، فَلاَ يَأْخُذْهُ , فَإِنَّمَا أَقْطَعُ لَهُ قِطْعَةً مِنَ النَّارِ ، يَأْتِي بِهَا يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Siz ixtilaf etdiyiniz şeyləri mənə ərz edirsiniz, mən isə bəşər övladıyam (qeybi bilmirəm) və sizdən eşitdiyim sözlərə görə aranızda hökm verirəm. Kimin lehinə (yaxşı danışığına görə) qardaşının əleyhinə (haqqı olmadığı bir məsələdə) hökm etsəm, lehinə hökm verdiyim adam qardaşından haqqını almasın. Çünki mən lehinə hökm verdiyim kimsə üçün oddan bir parça vermiş oluram və o da Qiyamət günü onunla gələr”.”

Ummu Sələmə
Səhihİbn Məcə, 2317 (Hökmlər, 10)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّمَا أَنَا بَشَرٌ ، وَلَعَلَّ بَعْضَكُمْ أَنْ يَكُونَ أَلْحَنَ بِحُجَّتِهِ مِنْ بَعْضٍ ، فَمَنْ قَطَعْتُ لَهُ مِنْ حَقِّ أَخِيهِ قِطْعَةً ، فَإِنَّمَا أَقْطَعُ لَهُ قِطْعَةً مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, mən bəşər övladıyam (qeybi bilmirəm) və sizdən eşitdiyim sözlərə görə aranızda hökm verirəm. Kimin lehinə (yaxşı danışığına görə) qardaşının əleyhinə (haqqı olmadığı bir məsələdə) hökm etsəm, o kimsə üçün oddan bir parça vermiş oluram”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2318 (Hökmlər, 11)

Fəsil 6

Özünün olmayan bir şeyi iddia edən və buna görə mübahisə edən şəxs

بَابُ مَنِ ادَّعَى مَا لَيْسَ لَهُ وَخَاصَمَ فِيهِ

حَدَّثَنَا عَبْدُ الْوَارِثِ بْنُ عَبْدِ الصَّمَدِ بْنِ عَبْدِ الْوَارِثِ بْنِ سَعِيدٍ أَبُو عُبَيْدَةَ , قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : حَدَّثَنِي الْحُسَيْنُ بْنُ ذَكْوَانَ ، عَنْ عَبْدِ اللهِ بْنِ بُرَيْدَةَ ، قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ يَعْمُرَ ، أَنَّ أَبَا الأَسْوَدِ الدِّيلِيَّ حَدَّثَهُ عَنْ أَبِي ذَرٍّ ، أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنِ ادَّعَى مَا لَيْسَ لَهُ فَلَيْسَ مِنَّا ، وَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ Allah Elçisinin ﷺ belə dediyini eşitmişdir: “Kim özünə aid olmayan bir şeyi iddia edərək tələb edərsə, bizdən deyil və həmin adam oddan olan yerini hazır bilsin”.”

Əbu Zərr
Səhihİbn Məcə, 2319 (Hökmlər, 12)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ ثَعْلَبَةَ بْنِ سَوَاءٍ , حَدَّثَنِي عَمِّي مُحَمَّدُ بْنُ سَوَاءٍ ، عَنْ حُسَيْنٍ الْمُعَلِّمِ ، عَنْ مَطَرٍ الْوَرَّاقِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أَعَانَ عَلَى خُصُومَةٍ بِظُلْمٍ ، أَوْ يُعِينُ عَلَى ظُلْمٍ ، لَمْ يَزَلْ فِي سَخَطِ اللهِ حَتَّى يَنْزِعَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim haqsız mübahisəyə və ya zülmə yardım edərsə, o əməldən (tövbə edib) uzaqlaşana qədər Allahın qəzəbi altında olar”.”

İbn Ömər
Səhihİbn Məcə, 2320 (Hökmlər, 13)

Fəsil 7

Şahid gətirmək iddiaçıya, and içmək isə iddia olunana aiddir

بَابُ الْبَيِّنَةِ عَلَى الْمُدَّعِي وَالْيَمِينِ عَلَى الْمُدَّعَى عَلَيْهِ

حَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى الْمِصْرِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ ، عَنِ ابْنِ أَبِي مُلَيْكَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لَوْ يُعْطَى النَّاسُ بِدَعْوَاهُمْ ، ادَّعَى نَاسٌ دِمَاءَ رِجَالٍ وَأَمْوَالَهُمْ ، وَلَكِنِ الْيَمِينُ عَلَى الْمُدَّعَى عَلَيْهِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əgər insanlara hər iddia etdikləri verilsəydi, bəzilərinin qanlarını və mallarını tələb edərdilər. Ona görə də and içmək ona qarşı iddia edilənə aiddir”.”

İbn Abbas
Səhihİbn Məcə, 2321 (Hökmlər, 14)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، وَأَبُو مُعَاوِيَةَ ، قَالاَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ شَقِيقٍ ، عَنِ الأَشْعَثِ بْنِ قَيْسٍ ، قَالَ : كَانَ بَيْنِي وَبَيْنَ رَجُلٍ مِنَ الْيَهُودِ أَرْضٌ ، فَجَحَدَنِي ، فَقَدَّمْتُهُ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ لِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : هَلْ لَكَ بَيِّنَةٌ ؟ قُلْتُ : لاَ ، قَالَ لِلْيَهُودِيِّ : احْلِفْ ، قُلْتُ : إِذًا يَحْلِفُ , فَيَذْهَبُ بِمَالِي ، فَأَنْزَلَ اللَّهُ سُبْحَانَهُ : {إِنَّ الَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ اللهِ وَأَيْمَانِهِمْ ثَمَنًا قَلِيلاً} إِلَى آخِرِ الآيَةِ.

“Rəvayət edilir ki, əl-Əşas ibn Qeys ﵁ demişdir: “Mənimlə bir yəhudi kişinin arasında torpaq sahəsi var idi. O mənimlə mübahisə etdi və mən onu Peyğəmbərin ﷺ yanına gətirdim. Allah Elçisi ﷺ mənə dedi: “Sənin şahidin varmı?” Mən: “Yoxdur”- dedim. Peyğəmbər ﷺ yəhudiyə dedi: “And iç!” Mən dedim: “Əgər o and içsə, mənim malımı aparcaq”. Müqəddəs olan Allah da bu ayələri nazil etdi: “Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kimsələrə gəlincə, onlara axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaq. Onlar üçün ağrılı-acılı bir əzab var”. (Ali-İmran, 77)”.”

əl-Əşas ibn Qeys
Səhihİbn Məcə, 2322 (Hökmlər, 15)

Fəsil 8

Bir mal əldə etmək üçün yalandan and içən

بَابُ مَنْ حَلَفَ عَلَى يَمِينٍ فَاجِرَةٍ لِيَقْتَطِعَ بِهَا مَالاً

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا وَكِيعٌ ، وَأَبُو مُعَاوِيَةَ ، قَالاَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ شَقِيقٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ حَلَفَ عَلَى يَمِينٍ وَهُوَ فِيهَا فَاجِرٌ ، يَقْتَطِعُ بِهَا مَالَ امْرِئٍ مُسْلِمٍ ، لَقِيَ اللَّهَ وَهُوَ عَلَيْهِ غَضْبَانُ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir müsəlmanın malını əldə etmək üçün yalandan and içərsə, Allahın qəzəbinə gəldiyi halda Allahla qarşılaşar”.”

Abdullah ibn Məsud
Səhihİbn Məcə, 2323 (Hökmlər, 16)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ , عَنِ الْوَلِيدِ بْنِ كَثِيرٍ , عَنْ مُحَمَّدِ بْنِ كَعْبٍ , أَنَّهُ سَمِعَ أَخَاهُ عَبْدَ اللهِ بْنَ كَعْبٍ , أَنَّ أَبَا أُمَامَةَ الْحَارِثِيَّ حَدَّثَهُ , أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لاَ يَقْتَطِعُ رَجُلٌ حَقَّ امْرِئٍ مُسْلِمٍ بِيَمِينِهِ إِلاَّ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ وَأَوْجَبَ لَهُ النَّارَ , فَقَالَ رَجُلٌ مِنَ الْقَوْمِ : يَا رَسُولَ اللهِ ، وَإِنْ كَانَ شَيْئًا يَسِيرًا , قَالَ : وَإِنْ كَانَ سِوَاكًا مِنْ أَرَاكٍ.

“Rəvayət edilir ki, Əbu Umamə əl-Harisi ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Bir müsəlmanın haqqını and içərək ələ keçirənə Allah Cənnəti haram edər və onun Cəhənnəmə girməsi vacib olar”. Camaatdan bir kişi dedi: “Ey Allahın Elçisi, bu yüngül bir şey olsa da?” Allah Elçisi ﷺ buyurdu: “Ərak ağacından bir misvak olsa belə”.”

Əbu Umamə əl-Harisi
Səhihİbn Məcə, 2324 (Hökmlər, 17)

Fəsil 9

Haqların ayırd edilməsi üçün içilən and

بَابُ الْيَمِينِ عِنْدَ مَقَاطِعِ الْحُدُودِ

حَدَّثَنَا عَمْرُو بْنُ رَافِعٍ ، حَدَّثَنَا مَرْوَانُ بْنُ مُعَاوِيَةَ (ح) وَحَدَّثَنَا أَحْمَدُ بْنُ ثَابِتٍ الْجَحْدَرِيُّ ، حَدَّثَنَا صَفْوَانُ بْنُ عِيسَى ، قَالاَ : حَدَّثَنَا هَاشِمُ بْنُ هَاشِمٍ , عَنْ عَبْدِ اللهِ بْنِ نِسْطَاسٍ , عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ حَلَفَ بِيَمِينٍ آثِمَةٍ عِنْدَ مِنْبَرِي هَذَا , فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ , وَلَوْ عَلَى سِوَاكٍ أَخْضَرَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim yaşıl bir misvakdan ötrü olsa belə, bu minbərimin yanında bilə-bilə yalandan and içərsə, Cəhənnəmdəki yerinə hazırlaşsın”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2325 (Hökmlər, 18)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، وَزَيْدُ بْنُ أَخْزَمَ ، قَالاَ : حَدَّثَنَا الضَّحَّاكُ بْنُ مَخْلَدٍ ، حَدَّثَنَا الْحَسَنُ بْنُ يَزِيدَ بْنِ فَرُّوخَ ، قَالَ مُحَمَّدُ بْنُ يَحْيَى : وَهُوَ أَبُو يُونُسَ الْقَوِيُّ , قَالَ : سَمِعْتُ أَبَا سَلَمَةَ يَقُولُ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يَحْلِفُ عِنْدَ هَذَا الْمِنْبَرِ عَبْدٌ وَلاَ أَمَةٌ عَلَى يَمِينٍ آثِمَةٍ ، وَلَوْ عَلَى سِوَاكٍ رَطْبٍ ، إِلاَّ وَجَبَتْ لَهُ النَّارُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yaş bir misvakdan ötrü olsa belə, bu minbərimin yanında bilə-bilə yalandan and içən elə bir kölə və ya cariyə yoxdur ki, Cəhənnəm odu ona vacib olmasın”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2326 (Hökmlər, 19)

Fəsil 10

Kitab əhlinə nə ilə and içdirilir?

بَابُ بِمَا يُسْتَحْلَفُ أَهْلُ الْكِتَابِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُرَّةَ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ دَعَا رَجُلاً مِنْ عُلَمَاءِ الْيَهُودِ ، فَقَالَ : أَنْشُدُكَ بِاللهِ الَّذِي أَنْزَلَ التَّوْرَاةَ عَلَى مُوسَى.

“Bəra ibn Azib ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ yəhudilərin alimlərindən bir kişini çağırtdırıb ona buyurdu: “Səni Musaya Tövratı nazil edən Allaha and verirəm...”.”

Bəra ibn Azib
Səhihİbn Məcə, 2327 (Hökmlər, 20)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ مُجَالِدٍ ، أَخْبَرَنَا عَامِرٌ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ لِيَهُودِيَّيْنِ : نَشَدْتُكُمَا بِاللَّهِ الَّذِي أَنْزَلَ التَّوْرَاةَ عَلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ iki yəhudiyə buyurdu: “Sizi Musaya ﵇ Tövratı nazil edən Allaha and verirəm...”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2328 (Hökmlər, 21)

Fəsil 11

Dəlil-sübutları olmadığı halda iki nəfər bir mala etdikləri iddia

بَابُ الرَّجُلاَنِ يَدَّعِيَانِ السِّلْعَةَ وَلَيْسَ بَيْنَهُمَا بَيِّنَةٌ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ خِلاَسٍ ، عَنْ أَبِي رَافِعٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّهُ ذَكَرَ أَنَّ رَجُلَيْنِ ادَّعَيَا دَابَّةً ، وَلَمْ يَكُنْ بَيْنَهُمَا بَيِّنَةٌ ، فَأَمَرَهُمَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ يَسْتَهِمَا عَلَى الْيَمِينِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə iki nəfər bir heyvanın onlara aid olduğunu iddia etdi, amma aralarında dəlil-sübutları yox idi. Allah Elçisi ﷺ də onların and içmələri üçün püşk atmalarını əmr etdi.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2329 (Hökmlər, 22)

Fəsil 12

Heyvanların ziyan verdiyi əkin sahəsinin hökmü

بَابُ الْحُكْمِ فِيمَا أَفْسَدَتِ الْمَوَاشِي

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، أَنَّ ابْنَ مُحَيِّصَةَ الأَنْصَارِيَّ أَخْبَرَهُ ، أَنَّ نَاقَةً لِلْبَرَاءِ كَانَتْ ضَارِيَةً ، دَخَلَتْ فِي حَائِطِ قَوْمٍ ، فَأَفْسَدَتْ فِيهِ ، فَكُلِّمَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِيهَا ، فَقَضَى أَنَّ حِفْظَ الأَمْوَالِ عَلَى أَهْلِهَا بِالنَّهَارِ ، وَعَلَى أَهْلِ الْمَوَاشِي مَا أَصَابَتْ مَوَاشِيهِمْ بِاللَّيْلِ.

“İbn Muheyyisa əl-Ənsari ﵁ rəvayət edir ki, Bəra ibn Azibin əkin sahələrinə zərər verən bir dəvəsi var idi. Bu dəvə bir camaatın əkin sahəsinə zərər vermişdi. Bu məsələ haqda Allah Elçisinə ﷺ xəbər verildikdə “Əkin sahələrinin gündüz vaxtı qorunması yiyələrinə aiddir. Amma gecə vaxtı heyvanların vurduqları zərər heyvan yiyələrinə aiddir və zərəri onlar ödəməlidirlər” hökmünü verdi”.”

İbn Muheyyisa əl-Ənsari
Səhihİbn Məcə, 2332 (Hökmlər, 25)

Fəsil 13

Birinin bir əşyasını qıranın hökmü

بَابُ الْحُكْمِ فِيمَنْ كَسَرَ شَيْئًا

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ عِنْدَ إِحْدَى أُمَّهَاتِ الْمُؤْمِنِينَ ، فَأَرْسَلَتْ أُخْرَى بِقَصْعَةٍ فِيهَا طَعَامٌ ، فَضَرَبَتْ يَدَ الرَّسُولِ ، فَسَقَطَتِ الْقَصْعَةُ فَانْكَسَرَتْ ، فَأَخَذَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْكِسْرَتَيْنِ ، فَضَمَّ إِحْدَاهُمَا إِلَى الأُخْرَى ، فَجَعَلَ يَجْمَعُ فِيهَا الطَّعَامَ ، وَيَقُولُ : غَارَتْ أُمُّكُمْ ، كُلُوا ، فَأَكَلُوا ، حَتَّى جَاءَتْ بِقَصْعَتِهَا الَّتِي فِي بَيْتِهَا ، فَدَفَعَ الْقَصْعَةَ الصَّحِيحَةَ إِلَى الرَّسُولِ ، وَتَرَكَ الْمَكْسُورَةَ فِي بَيْتِ الَّتِي كَسَرَتْهَا.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ möminlərin analarından birinin yanında idi. Bu əsnada Peyğəmbərin ﷺ digər zövcəsi içində yemək olan bir qab göndərdi. Yanında olan zövcəsi yemək gətirən adamın əlindən vurdu və qab yerə düşüb qırıldı. Allah Elçisi ﷺ də yerə düşüb iki hissəyə bölünən qabı əli ilə birləşdirib yeməyi içinə yığdı və səhabələrə buyurdu: “Ananız qısqandı. Yeyin!” Səhabələr yeməyi yedilər. Qabı sındıran zövcəsi başqa qab gətirdi. Peyğəmbər ﷺ də salamat qabı yeməyi gətirənə verib geri göndərdi. Sınıq qabı isə qabı sındıran zövcəsinin evində saxladı”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2334 (Hökmlər, 27)

Fəsil 14

Qonşunun divarının üstünə taxta dirək qoyan

بَابُ الرَّجُلِ يَضَعُ خَشَبَةً عَلَى جِدَارِ جَارِهِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ الأَعْرَجِ ، قَالَ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ ، يَبْلُغُ بِهِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : إِذَا اسْتَأْذَنَ أَحَدَكُمْ جَارُهُ أَنْ يَغْرِزَ خَشَبَهُ فِي جِدَارِهِ ، فَلاَ يَمْنَعْهُ , فَلَمَّا حَدَّثَهُمْ أَبُو هُرَيْرَةَ , طَأْطَؤُوا رُؤُوسَهُمْ ، فَلَمَّا رَآهُمْ ، قَالَ : مَا لِي أَرَاكُمْ عَنْهَا مُعْرِضِينَ ، وَاللَّهِ لأَرْمِيَنَّ بِهَا بَيْنَ أَكْنَافِكُمْ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən birinin qonşusu onun divarının dibinə taxta dirək qoymağa izin istəsə, ona mane olmasın”. Əbu Hureyra bu hədisi danışdıqda orada olanlar başlarını yellədilər. Əbu Hureyra bunu gördükdə dedi: “Nə üçün siz bu işdən boyun qaçırırsınız? Vallahi, mən bunu sizə daim xatırladacağam”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2335 (Hökmlər, 28)

حَدَّثَنَا أَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ ، حَدَّثَنَا أَبُو عَاصِمٍ ، عَنِ ابْنِ جُرَيْجٍ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، أَنَّ هِشَامَ بْنَ يَحْيَى أَخْبَرَهُ , أَنَّ عِكْرِمَةَ بْنَ سَلَمَةَ أَخْبَرَهُ , أَنَّ أَخَوَيْنِ مِنْ بَلْمُغِيرَةِ أَعْتَقَ أَحَدَهُمَا أَنْ لاَ يَغْرِزَ خَشَبًا فِي جِدَارِهِ ، فَأَقْبَلَ مُجَمِّعُ بْنُ يَزِيدَ , وَرِجَالٌ كَثِيرٌ مِنَ الأَنْصَارِ ، فَقَالُوا : نَشْهَدُ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : لاَ يَمْنَعْ أَحَدُكُمْ جَارَهُ أَنْ يَغْرِزَ خَشَبَهُ فِي جِدَارِهِ , فَقَالَ : يَا أَخِي , إِنَّكَ مَقْضِيٌّ لَكَ عَلَيَّ ، وَقَدْ حَلَفْتُ ، فَاجْعَلْ أُسْطُوَانًا دُونَ حَائِطِي أَوْ جِدَارِي ، فَاجْعَلْ عَلَيْهِ خَشَبَكَ.

“İkrimə ibn Sələmə ﵀ rəvayət edir ki, Bəni Muğira tayfasından iki qardaşdan biri evinin divarına başqa adamın taxta dirək qoymayacağına kölə azad edəcəyinə dair and içdi. Sonra Mucəmmi ibn Yəzid və ənsardan olan bir çox kişi gəlib dedilər: “Biz şahidlik edirik ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Sizdən biri qonşusunun onun divarına taxta dirək qoymasına mane olmasın”. And içən adam qardaşına dedi: “Ey qardaşım, sənin lehinə, mənim isə əleyhimə hökm verildi. Mən kölə azad etməyə dair and içmişdim. Ona görə də sən mənim divarımın yanına bir dirək qoyub taxta dirəyi onun üstünə qoy ki, andım pozulmasın”.”

İkrimə ibn Sələmə
Həsənİbn Məcə, 2336 (Hökmlər, 29)

حَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي ابْنُ لَهِيعَةَ ، عَنْ أَبِي الأَسْوَدِ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ يَمْنَعْ أَحَدُكُمْ جَارَهُ أَنْ يَضَعَ خَشَبَهُ عَلَى جِدَارِهِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən heç kim divarının üzərinə qonşusunun taxta dirək qoymasına mane olmasın”.”

İbn Abbas
Səhihİbn Məcə, 2337 (Hökmlər, 30)

Fəsil 15

Yolun genişliyinin miqdarı haqda ixtilaf zamanı verilən hökm

بَابُ إِذَا تَشَاجَرُوا فِي قَدْرِ الطَّرِيقِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا مُثَنَّى بْنُ سَعِيدٍ الضُّبَعِيُّ ، عَنْ قَتَادَةَ ، عَنْ بُشَيْرِ بْنِ كَعْبٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اجْعَلُوا الطَّرِيقَ سَبْعَةَ أَذْرُعٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yolu yeddi qulac enlikdə edin”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2338 (Hökmlər, 31)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، وَمُحَمَّدُ بْنُ عُمَرَ بْنِ هَيَّاجٍ ، قَالاَ : حَدَّثَنَا قَبِيصَةُ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سِمَاكٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا اخْتَلَفْتُمْ فِي الطَّرِيقِ فَاجْعَلُوهُ سَبْعَةَ أَذْرُعٍ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yolun genişliyi haqda ixtilaf etdiyiniz zaman onu yeddi qulac edin”.”

İbn Abbas
Səhihİbn Məcə, 2339 (Hökmlər, 32)

Fəsil 16

Qonşusuna zərər verən bir şeyi öz həyətində tikən

بَابُ مَنْ بَنَى فِي حَقِّهِ مَا يَضُرُّ بِجَارِهِ

حَدَّثَنَا عَبْدُ رَبِّهِ بْنُ خَالِدٍ النُّمَيْرِيُّ أَبُو الْمُغَلِّسِ ، حَدَّثَنَا فُضَيْلُ بْنُ سُلَيْمَانَ ، حَدَّثَنَا مُوسَى بْنُ عُقْبَةَ ، حَدَّثَنَا إِسْحَاقُ بْنُ يَحْيَى بْنِ الْوَلِيدِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَضَى أَنْ لاَ ضَرَرَ وَلاَ ضِرَارَ.

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ ziyan vurmağı və ziyana görə intiqam almağı qadağan etmişdir.”

Ubadə ibn əs-Samit
Səhihİbn Məcə, 2340 (Hökmlər, 33)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا مَعْمَرٌ ، عَنْ جَابِرٍ الْجُعْفِيِّ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ ضَرَرَ وَلاَ إِضْرَارَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ziyan vurmaq və ziyana görə intiqam almaq yoxdur”.”

İbn Abbas
Səhihİbn Məcə, 2341 (Hökmlər, 34)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنْ لُؤْلُؤَةَ ، عَنْ أَبِي صِرْمَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ ضَارَّ أَضَرَّ اللَّهُ بِهِ ، وَمَنْ شَاقَّ شَقَّ اللَّهُ عَلَيْهِ.

“Əbu Sirmə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim birinə zərər vurarsa, Allah onu ziyana salar. Kim birinə əziyyət verərsə, Allah da ona çətinlik verər”.”

Əbu Sirmə
Həsənİbn Məcə, 2342 (Hökmlər, 35)

Fəsil 17

Püşk atmaqla hökm vermək

بَابُ الْقَضَاءِ بِالْقُرْعَةِ

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، حَدَّثَنَا خَالِدٌ الْحَذَّاءُ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَبِي الْمُهَلَّبِ ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، أَنَّ رَجُلاً كَانَ لَهُ سِتَّةُ مَمْلُوكِينَ ، لَيْسَ لَهُ مَالٌ غَيْرُهُمْ ، فَأَعْتَقَهُمْ عِنْدَ مَوْتِهِ ، فَجَزَّأَهُمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَعْتَقَ اثْنَيْنِ ، وَأَرَقَّ أَرْبَعَةً.

“İmran ibn Husayn ﵁ rəvayət edir ki, bir kişinin altı köləsindən başqa heç bir malı yox idi. Həmin kişi ölüm ayağında olanda onların hamısını azad etdi. Allah Elçisi ﷺ də onları çağırtdırıb ikisini azad etdi, qalanlarını isə kölə olaraq saxladı”.”

İmran ibn Husayn
Səhihİbn Məcə, 2345 (Hökmlər, 38)

حَدَّثَنَا جَمِيلُ بْنُ الْحَسَنِ الْعَتَكِيُّ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ خِلاَسٍ ، عَنْ أَبِي رَافِعٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَجُلَيْنِ تَدَارَءَا فِي بَيْعٍ لَيْسَ لِوَاحِدٍ مِنْهُمَا بَيِّنَةٌ ، فَأَمَرَهُمَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ يَسْتَهِمَا عَلَى الْيَمِينِ ، أَحَبَّا ذَلِكَ أَمْ كَرِهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, iki nəfər bir malın alınmasında mübahisə etdilər. Onların heç birinin şahidləri yox idi. Allah Elçisi ﷺ də xoşlasalar da, xoşlamasalar da, onlara and içmək üçün aralarında püşk atmağı əmr etdi.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2346 (Hökmlər, 39)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَحْيَى بْنُ يَمَانٍ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ إِذَا سَافَرَ أَقْرَعَ بَيْنَ نِسَائِهِ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ səfərə çıxmaq istədikdə zövcələri arasında püşk atardı.”

Aişə
Səhihİbn Məcə, 2347 (Hökmlər, 40)

حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا الثَّوْرِيُّ ، عَنْ صَالِحٍ الْهَمْدَانِيِّ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَبْدِ خَيْرٍ الْحَضْرَمِيِّ ، عَنْ زَيْدِ بْنِ أَرْقَمَ ، قَالَ : أُتِيَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ وَهُوَ بِالْيَمَنِ ، فِي ثَلاَثَةٍ قَدْ وَقَعُوا عَلَى امْرَأَةٍ فِي طُهْرٍ وَاحِدٍ ، فَسَأَلَ اثْنَيْنِ ، فَقَالَ : أَتُقِرَّانِ لِهَذَا بِالْوَلَدِ ؟ قَالاَ : لاَ ، ثُمَّ سَأَلَ اثْنَيْنِ ، فَقَالَ : أَتُقِرَّانِ لِهَذَا بِالْوَلَدِ ؟ قَالاَ : لاَ ، فَجَعَلَ كُلَّمَا سَأَلَ اثْنَيْنِ : أَتُقِرَّانِ لِهَذَا بِالْوَلَدِ ؟ قَالاَ : لاَ ، فَأَقْرَعَ بَيْنَهُمْ ، فَأَلْحَقَ الْوَلَدَ بِالَّذِي أَصَابَتْهُ الْقُرْعَةُ ، وَجَعَلَ عَلَيْهِ ثُلُثَيِ الدِّيَةِ ، فَذُكِرَ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَضَحِكَ حَتَّى بَدَتْ نَوَاجِذُهُ.

“Rəvayət edilir ki, Zeyd ibn Ərqam ﵁ demişdir: “Əli ibn Əbu Talib Yəməndə olanda bir ona cariyə ilə (ayrı-ayrı vaxtlarda) cinsi yaxınlıq edən üç kişinin mübahisəsi ərz edildi. Əli onlardan ikisinə dedi: “Uşağın bu üçüncü kişiyə aid olmasını qəbul edirsiniz?” Onlar: “Xeyr”- dedilər. Sonra Əli onlardan ikisinə dedi: “Uşağın bu üçüncü kişiyə aid olmasını qəbul edirsiniz?” Onlar: “Xeyr”- dedilər. Sonra Əli onlardan ikisinə yenə dedi: “Uşağın bu üçüncü kişiyə aid olmasını qəbul edirsiniz?” Onlar yenə: “Xeyr”- dedilər. Sonra Əli onların arasında püşk atdı və uşağı püşk düşən adama verdi və cariyənin dəyərinin üçdəikisini bu adamın verəcəyinə hökm verdi. Əlinin belə hökm verməsi Peyğəmbərə ﷺ xəbər verildikdə, Peyğəmbər ﷺ arxa dişləri görünənə qədər güldü”.”

Zeyd ibn Ərqam
Səhihİbn Məcə, 2348 (Hökmlər, 41)

Fəsil 18

Zahiri əlamətlərə görə nəsəbi təyin etmək

بَابُ الْقَافَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَهِشَامُ بْنُ عَمَّارٍ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، قَالُوا : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : دَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ذَاتَ يَوْمٍ مَسْرُورًا وَهُوَ يَقُولُ : يَا عَائِشَةُ , أَلَمْ تَرَيْ أَنَّ مُجَزِّزًا الْمُدْلِجِيَّ دَخَلَ عَلَيَّ فَرَأَى أُسَامَةَ ، وَزَيْدًا ، عَلَيْهِمَا قَطِيفَةٌ ، قَدْ غَطَّيَا رُؤُوسَهُمَا , وَقَدْ بَدَتْ أَقْدَامُهُمَا ، فَقَالَ : إِنَّ هَذِهِ الأَقْدَامَ بَعْضُهَا مِنْ بَعْضٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir gün Allah Elçisi ﷺ sevincli halda mənim yanıma gəldi və buyurdu: “Ey Aişə! Mucəzziz əl-Mudlic yanıma gəlib Usaməni və Zeydi başlarını örtmüş, ayaqları isə açıq halda gördü və dedi: “Bu ayaqların biri o birindən əmələ gəlmişdir”.”

Aişə
Səhihİbn Məcə, 2349 (Hökmlər, 42)

Fəsil 19

Boşanan zaman uşağı atasını və ya anasını seçməkdə sərbəst buraxmaq

بَابُ تَخْيِيرِ الصَّبِيِّ بَيْنَ أَبَوَيْهِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ زِيَادِ بْنِ سَعْدٍ ، عَنْ هِلاَلِ بْنِ أَبِي مَيْمُونَةَ ، عَنْ أَبِي مَيْمُونَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ خَيَّرَ غُلاَمًا بَيْنَ أَبِيهِ وَأُمِّهِ ، وَقَالَ : يَا غُلاَمُ هَذِهِ أُمُّكَ وَهَذَا أَبُوكَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir oğlan uşağına boşanan atasını və ya anasını seçməkdə sərbəstlik verərək belə buyurdu: “Ey oğlan! Bu sənin anan, bu da sənin atandır (hansını istəyirsən, seç)”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2351 (Hökmlər, 44)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنْ عُثْمَانَ الْبَتِّيِّ ، عَنْ عَبْدِ الْحَمِيدِ بْنِ سَلَمَةَ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ أَبَوَيْهِ اخْتَصَمَا إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَحَدُهُمَا كَافِرٌ , وَالآخَرُ مُسْلِمٌ ، فَخَيَّرَهُ فَتَوَجَّهَ إِلَى الْكَافِرِ ، فَقَالَ : اللَّهُمَّ اهْدِهِ ، فَتَوَجَّهَ إِلَى الْمُسْلِمِ ، فَقَضَى لَهُ بِهِ.

“Abdul-Həmid ibn Sələmə atasından və babasından ﵄ rəvayət edir ki, atası və anası onun kimin yanında qalması haqda mübahisə etdilər və durumu Peyğəmbərə ﷺ bildirdilər. Onlardan biri kafir, digəri müsəlman idi. Peyğəmbər ﷺ uşağı seçim etməkdə sərbəst buraxdı, o da kafir olana yönəldi. Peyğəmbər ﷺ belə dua etdi: “Allahım, onu doğru yola yönəlt!” Uşaq müsəlman olana yönələrək onu seçdi. Peyğəmbər ﷺ də uşağın müsəlmana verilməsinə hökm etdi.”

Abdul-Həmid ibn Sələmə atasından və babasından
Səhihİbn Məcə, 2352 (Hökmlər, 45)

Fəsil 20

Sülh

بَابُ الصُّلْحِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ ، حَدَّثَنَا كَثِيرُ بْنُ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ عَوْفٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : الصُّلْحُ جَائِزٌ بَيْنَ الْمُسْلِمِينَ ، إِلاَّ صُلْحًا حَرَّمَ حَلاَلاً ، أَوْ أَحَلَّ حَرَامًا.

“Kəsir ibn Abdullah ibn Amr ibn Auf atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Halalı haram və haramı halal edən istisna olmaqla, müsəlmanlar arasında sülhü bərqərar etmək icazəlidir”.”

Kəsir ibn Abdullah ibn Amr ibn Auf atasından və babasından
Səhihİbn Məcə, 2353 (Hökmlər, 46)

Fəsil 21

Malında israfa yol verəni bundan çəkindirmək

بَابُ الْحَجْرِ عَلَى مَنْ يُفْسِدُ مَالَهُ

حَدَّثَنَا أَزْهَرُ بْنُ مَرْوَانَ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ رَجُلاً كَانَ فِي عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي عُقْدَتِهِ ضَعْفٌ ، وَكَانَ يُبَايِعُ ، وَأَنَّ أَهْلَهُ أَتَوُا النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالُوا : يَا رَسُولَ اللهِ ، احْجُرْ عَلَيْهِ ، فَدَعَاهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَنَهَاهُ عَنْ ذَلِكَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي لاَ أَصْبِرُ عَنِ الْبَيْعِ ، فَقَالَ : إِذَا بَايَعْتَ , فَقُلْ : هَا ، وَلاَ خِلاَبَةَ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisinin ﷺ dövründə əqli cəhətdən zəif olan bir adam var idi və alış-verişlə məşğul olardı. Onun ailə üzvləri Peyğəmbərin ﷺ yanına gələrək dedilər: “Ey Allahın Elçisi, onu alış-veriş işindən uzaqlaşdır”. Peyğəmbər ﷺ o adamı çağırtdırıb ona alış-veriş etməyi qadağan etdi, lakin həmin adam dedi: “Ey Allahın Elçisi, mən özümü alış-veriş etməkdən saxlaya bilmirəm”. Peyğəmbər ﷺ də həmin adama buyurdu: “Onda alış-veriş etdikdə qarşında olana: “Bunu al” və “Alış-verişdə aldatmaq yoxdur”- de”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2354 (Hökmlər, 47)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانٍ ، قَالَ : هُوَ جَدِّي مُنْقِذُ بْنُ عَمْرٍو , وَكَانَ رَجُلاً قَدْ أَصَابَتْهُ آمَّةٌ فِي رَأْسِهِ , فَكَسَرَتْ لِسَانَهُ ، وَكَانَ لاَ يَدَعُ عَلَى ذَلِكَ التِّجَارَةَ ، فَكَانَ لاَ يَزَالُ يُغْبَنُ ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَذَكَرَ ذَلِكَ لَهُ , فَقَالَ لَهُ : إِذَا أَنْتَ بَايَعْتَ ، فَقُلْ : لاَ خِلاَبَةَ ، ثُمَّ أَنْتَ فِي كُلِّ سِلْعَةٍ ابْتَعْتَهَا بِالْخِيَارِ ثَلاَثَ لَيَالٍ ، فَإِنْ رَضِيتَ فَأَمْسِكْ ، وَإِنْ سَخِطْتَ فَارْدُدْهَا عَلَى صَاحِبِهَا.

“Rəvayət edilir ki, Muhəmməd ibn Yəhya ibn Həbban ﵀ demişdir: “Mənim babam Munqiz ibn Amr bir döyüşdə beyninə çatacaq bir baş yarası almışdı. Bu yara onun dilini zədələmişdi. Buna baxmayaraq, o, ticarəti tərk etməmişdi və hər dəfə alış-veriş etdikdə aldanırdı. O, Peyğəmbərin ﷺ yanına gəlib bu haqda ona xəbər verdikdə Peyğəmbər ﷺ ona buyurdu: “Alış-veriş etdikdə: “(İslamda) aldatmaq yoxdur!”- de. Sonra, sən aldığın malı qaytarmaq xüsusunda üç gecə ixtiyar sahibisən. Bundan sonra istəsən, malı özündə saxla, istəməsən, yiyəsinə qaytar”.”

Muhəmməd ibn Yəhya ibn Həbban
Həsənİbn Məcə, 2355 (Hökmlər, 48)

Fəsil 22

Hakimin müflis olan kimsənin malını götürüb onun borclu olduğu adamlara verməsi üçün satışa çıxarması

بَابُ تَفْلِيسِ الْمُعْدَمِ وَالْبَيْعِ عَلَيْهِ لِغُرَمَائِهِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَبَابَةُ ، حَدَّثَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ بُكَيْرِ بْنِ عَبْدِ اللهِ بْنِ الأَشَجِّ ، عَنْ عِيَاضِ بْنِ عَبْدِ اللهِ بْنِ سَعْدٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : أُصِيبَ رَجُلٌ فِي عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي ثِمَارٍ ابْتَاعَهَا ، فَكَثُرَ دَيْنُهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : تَصَدَّقُوا عَلَيْهِ ، فَتَصَدَّقَ النَّاسُ عَلَيْهِ ، فَلَمْ يَبْلُغْ ذَلِكَ وَفَاءَ دَيْنِهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : خُذُوا مَا وَجَدْتُمْ ، وَلَيْسَ لَكُمْ إِلاَّ ذَلِكَ ، يَعْنِي الْغُرَمَاءَ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisinin ﷺ dövründə bir nəfərin aldığı meyvələr korlanmışdı, ona görə də ödəyə bilməyəcək qədər borca düşdü. Belə olduqda Allah Elçisi ﷺ buyurdu: “Ona sədəqə verin”. İnsanlar da ona sədəqə verməyə başladı, lakin verilən bu sədəqələr borcu ödəməyə kifayət etmədi. Allah Elçisi ﷺ də belə buyurdu: “Onda olan maldan götürə bildiyinizi götürün. Bundan sonra (onun sizə borcu) qalmayacaq”.”

Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 2356 (Hökmlər, 49)

Fəsil 23

Malını satdıqdan sonra müflis olan şəsxin yanında həmin malı tapan

بَابُ مَنْ وَجَدَ مَتَاعَهُ بِعَيْنِهِ عِنْدَ رَجُلٍ قَدْ أَفْلَسَ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ (ح) وحَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ؛ جَمِيعًا عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ أَبِي بَكْرِ بْنِ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ حَزْمٍ ، عَنْ عُمَرَ بْنِ عَبْدِ الْعَزِيزِ ، عَنْ أَبِي بَكْرِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ وَجَدَ مَتَاعَهُ بِعَيْنِهِ عِنْدَ رَجُلٍ قَدْ أَفْلَسَ ، فَهُوَ أَحَقُّ بِهِ مِنْ غَيْرِهِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim malını satdıqdan sonra həmin malı müflis olan şəxsin yanında görərsə, onu geri götürməyə ən çox həmin adam layiqdir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2358 (Hökmlər, 51)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي بَكْرِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : أَيُّمَا رَجُلٍ بَاعَ سِلْعَةً ، فَأَدْرَكَ سِلْعَتَهُ بِعَيْنِهَا عِنْدَ رَجُلٍ قَدْ أَفْلَسَ ، وَلَمْ يَكُنْ قَبَضَ مِنْ ثَمَنِهَا شَيْئًا ، فَهِيَ لَهُ ، وَإِنْ كَانَ قَبَضَ مِنْ ثَمَنِهَا شَيْئًا ، فَهُوَ أُسْوَةُ الْغُرَمَاءِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim malını birinə satar, satdığı adam müflis olar, satıcı da satdığı malı həmin müflis adamın yanında satdığı şəkildə görərsə, o malın pulundan heç nə almayıbsa, həmin mal satıcının haqqı sayılır. Əgər malın pulundan nəsə alıbsa, o mal da digər mallar kimidir və satıcı ondan heç nə götürə bilməz”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2359 (Hökmlər, 52)

حَدَّثَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرِ بْنِ دِينَارٍ الْحِمْصِيُّ ، حَدَّثَنَا الْيَمَانُ بْنُ عَدِيٍّ , حَدَّثَنِي الزُّبَيْدِيُّ مُحَمَّدُ بْنُ الْوَلِيدِ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَيُّمَا امْرِئٍ مَاتَ وَعِنْدَهُ مَالُ امْرِئٍ بِعَيْنِهِ ، اقْتَضَى مِنْهُ شَيْئًا ، أَوْ لَمْ يَقْتَضِ ، فَهُوَ أُسْوَةٌ لِلْغُرَمَاءِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim vəfat edərsə və yanında başqa adamdan aldığı mal olduğu kimi qalarsa, həmin malı satan adam ölən adamdan malın pulunun bir qismini alıbsa da, almayıbsa da, onun bu malı geri almağa haqqı yoxdur”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2361 (Hökmlər, 54)

Fəsil 24

Şahidliyi tələb olunmadan şahidlik etməyin bəyənilməməsi

بَابُ كَرَاهِيَةِ الشَّهَادَةِ لِمَنْ لَمْ يُسْتَشْهَدْ

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، وَعَمْرُو بْنُ رَافِعٍ ، قَالاَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَبِيدَةَ السَّلْمَانِيِّ ، قَالَ : قَالَ عَبْدُ اللهِ بْنُ مَسْعُودٍ : سُئِلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَيُّ النَّاسِ خَيْرٌ ؟ قَالَ : قَرْنِي ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ، ثُمَّ يَجِيءُ قَوْمٌ تَبْدُرُ شَهَادَةُ أَحَدِهِمْ يَمِينَهُ ، وَيَمِينُهُ شَهَادَتَهُ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Bir dəfə Allah Elçisinə ﷺ belə bir sual verildi: “Hansı insan ən xeyirli insandır?” Allah Elçisi ﷺ buyurdu: “Mənim dövrümdə yaşayanlar. Sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlər. Daha sonra bir toplum gələcək ki, onlardan birinin şahidliyi andını, andı da şahidliyini keçəcək”.”

Abdullah ibn Məsud
Səhihİbn Məcə, 2362 (Hökmlər, 55)

حَدَّثَنَا عَبْدُ اللهِ بنُ الْجَرَّاحِ ، حَدَّثَنَا جَرِيرٌ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ ، قَالَ : خَطَبَنَا عُمَرُ بْنُ الْخَطَّابِ بِالْجَابِيَةِ ، فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَامَ فِينَا مِثْلَ مَقَامِي فِيكُمْ ، فَقَالَ : احْفَظُونِي فِي أَصْحَابِي ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ، ثُمَّ يَفْشُو الْكَذِبُ , حَتَّى يَشْهَدَ الرَّجُلُ وَمَا يُسْتَشْهَدُ ، وَيَحْلِفَ وَمَا يُسْتَحْلَفُ.

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Ömər ibn əl-Xattab əl-Cabiyə adlı yerdə bizə xütbə verərək belə buyurdu: “Mənim burda durduğum kimi Allah Elçisi ﷺ də bizim aramızda durub belə buyurmuşdur: “Mənim səhabələrim, sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlərə hörmət edin. Daha sonra yalan o qədər geniş yayılacaq ki, adam ondan şahidlik tələb edilmədiyi halda şahidlik edəcək və and tələb edilmədiyi halda and içəcək”.”

Cabir ibn Səmura
Səhihİbn Məcə, 2363 (Hökmlər, 56)

Fəsil 25

Kişi şahidlik edərkən yanında olanın bunu bilməsi

بَابُ الرَّجُلِ عِنْدَهُ الشَّهَادَةُ لاَ يَعْلَمُ بِهَا صَاحِبَهَا

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَمُحَمَّدُ بْنُ عَبدِ الرَّحْمَنِ الْجُعْفِيُّ ، قَالاَ : حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ الْعُكْلِيُّ ، أَخْبَرَنِي أُبَيُّ بْنُ عَبَّاسِ بْنِ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِيُّ , حَدَّثَنِي أَبُو بَكْرِ بْنُ عَمْرِو بْنِ حَزْمٍ , أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ عُثْمَانَ بْنِ عَفَّانَ ، حَدَّثَنِي خَارِجَةُ بْنُ زَيْدِ بْنِ ثَابِتٍ ، أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ أَبِي عَمْرَةَ الأَنْصَارِيُّ ، أَنَّهُ سَمِعَ زَيْدَ بْنَ خَالِدٍ الْجُهَنِيَّ يَقُولُ : إِنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : خَيْرُ الشُّهُودِ مَنْ أَدَّى شَهَادَتَهُ قَبْلَ أَنْ يُسْأَلَهَا.

“Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Ən xeyirli şahidlər şahidlik tələb edilmədiyi halda şahidlik edənlərdir”.”

Zeyd ibn Xalid əl-Cuhəni
Səhihİbn Məcə, 2364 (Hökmlər, 57)

Fəsil 26

Borc verəndə şahidlərin olması

بَابُ الإِشْهَادِ عَلَى الدُّيُونِ

حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ يُوسُفَ الْجُبَيْرِيُّ ، وَجَمِيلُ بْنُ الْحَسَنِ الْعَتَكِيُّ ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ مَرْوَانَ الْعِجْلِيُّ ، حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ أَبِي نَضْرَةَ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : تَلاَ هَذِهِ الآيَةَ : {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا تَدَايَنْتُمْ بِدَيْنٍ إِلَى أَجَلٍ مُسَمًّى} حَتَّى بَلَغَ : {فَإِنْ أَمِنَ بَعْضُكُمْ بَعْضًا} ، فَقَالَ : هَذِهِ نَسَخَتْ مَا قَبْلَهَا.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ bu ayəni “Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə, onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə yazsın. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın. Qoy o yazsın, borc alan adam da götürdüyü borcun miqdarını yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç bir şey əskiltməsin. Əgər borc alan adam səfehdirsə, yaxud ağıldan zəifdirsə və ya özü yazdırmağa qadir deyilsə, qoy onun himayədarı borcu ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi tapılmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər şahidlik etməyə çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, onun qaytarılma vaxtını yazmaqdan usanmayın. Belə etməyiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alış-veriş etdikdə şahid tutun. Lakin katibə və şahidə zərər verilməsin. Əgər zərər versəniz, şübhəsiz ki, bu sizin üçün bir fasiqlikdir. Allahdan qorxun! Allah sizi öyrədir. Allah hər şeyi bilir. Əgər səfərdə olduqda katib tapmasanız, borc yiyəsinin yanında saxlanılmış girov yetərlidir. Əgər sizlərdən biri digərinə etibar edirsə, qoy etibar olunmuş kəs ona verilmiş əmanəti qaytarsın” (əl-Bəqərə, 282-283) oxuyub son hissəsinə çatdıqda dedi: “Bu ayə ondan öncəkini nəsx (hökmünü ləğv) etmişdir”.”

Əbu Səid əl-Xudri
Həsənİbn Məcə, 2365 (Hökmlər, 58)

Fəsil 27

Şahidliyinə icazə verilməyən

بَابُ مَنْ لاَ تَجُوزُ شَهَادَتُهُ

حَدَّثَنَا أَيُّوبُ بْنُ مُحَمَّدٍ الرَّقِّيُّ ، حَدَّثَنَا مُعَمَّرُ بْنُ سُلَيْمَانَ (ح) وحَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، قَالاَ : حَدَّثَنَا حَجَّاجُ بْنُ أَرْطَاةَ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ تَجُوزُ شَهَادَةُ خَائِنٍ ، وَلاَ خَائِنَةٍ ، وَلاَ مَحْدُودٍ فِي الإِسْلاَمِ ، وَلاَ ذِي غِمْرٍ عَلَى أَخِيهِ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Xain qadının və kişinin şahidliyi icazəli deyil. İslamda hədd cəzasına layiq görülənin və qardaşına qarşı kin bəsləyənin (düşmənçilik edənin) şahidliyi icazəli deyil”.”

Amr ibn Şueyb atasından və babasından
Həsənİbn Məcə, 2366 (Hökmlər, 59)

حَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي نَافِعُ بْنُ يَزِيدَ ، عَنِ ابْنِ الْهَادِ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ عَطَاءٍ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لاَ تَجُوزُ شَهَادَةُ بَدَوِيٍّ عَلَى صَاحِبِ قَرْيَةٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Bir bədəvinin bir kənd əhlinə qarşı etdiyi şahidliyi icazəli deyil”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2367 (Hökmlər, 60)

Fəsil 28

Bir şahid və and ilə hökm vermək

بَابُ الْقَضَاءِ بِالشَّاهِدِ وَالْيَمِينِ

حَدَّثَنَا أَبُو مُصْعَبٍ الْمَدِينِيُّ أَحْمَدُ بْنُ عَبْدِ اللهِ الزُّهْرِيُّ ، وَيَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِيُّ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ الدَّرَاوَرْدِيُّ ، عَنْ رَبِيعَةَ بْنِ أَبِي عَبْدِ الرَّحْمَنِ ، عَنْ سُهَيْلِ بْنِ أَبِي صَالِحٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَضَى بِالْيَمِينِ مَعَ الشَّاهِدِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir şahid və andla hökm vermişdir.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2368 (Hökmlər, 61)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ ، حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَضَى بِالْيَمِينِ مَعَ الشَّاهِدِ.

“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir şahid və andla hökm vermişdir.”

Cabir
Səhihİbn Məcə, 2369 (Hökmlər, 62)

حَدَّثَنَا أَبُو إِسْحَاقَ الْهَرَوِيُّ إِبْرَاهِيمُ بْنُ عَبْدِ اللهِ بْنِ حَاتِمٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْحَارِثِ الْمَخْزُومِيُّ ، حَدَّثَنَا سَيْفُ بْنُ سُلَيْمَانَ الْمَكِّيُّ ، أَخْبَرَنِي قَيْسُ بْنُ سَعْدٍ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِالشَّاهِدِ وَالْيَمِينِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ bir şahid və andla hökm vermişdir”.”

İbn Abbas
Səhihİbn Məcə, 2370 (Hökmlər, 63)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا جُوَيْرِيَةُ بْنُ أَسْمَاءَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ يَزِيدَ ، مَوْلَى الْمُنْبَعِثِ ، عَنْ رَجُلٍ مِنْ أَهْلِ مِصْرَ ، عَنْ سُرَّقٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَجَازَ شَهَادَةَ الرَّجُلِ ، وَيَمِينَ الطَّالِبِ.

“Surraq ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir kişinin şahidliyini və iddiaçının andını yetərli saymışdır.”

Surraq
Səhihİbn Məcə, 2371 (Hökmlər, 64)