Qonşunun divarının üstünə taxta dirək qoyan
حَدَّثَنَا أَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ ، حَدَّثَنَا أَبُو عَاصِمٍ ، عَنِ ابْنِ جُرَيْجٍ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، أَنَّ هِشَامَ بْنَ يَحْيَى أَخْبَرَهُ , أَنَّ عِكْرِمَةَ بْنَ سَلَمَةَ أَخْبَرَهُ , أَنَّ أَخَوَيْنِ مِنْ بَلْمُغِيرَةِ أَعْتَقَ أَحَدَهُمَا أَنْ لاَ يَغْرِزَ خَشَبًا فِي جِدَارِهِ ، فَأَقْبَلَ مُجَمِّعُ بْنُ يَزِيدَ , وَرِجَالٌ كَثِيرٌ مِنَ الأَنْصَارِ ، فَقَالُوا : نَشْهَدُ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : لاَ يَمْنَعْ أَحَدُكُمْ جَارَهُ أَنْ يَغْرِزَ خَشَبَهُ فِي جِدَارِهِ , فَقَالَ : يَا أَخِي , إِنَّكَ مَقْضِيٌّ لَكَ عَلَيَّ ، وَقَدْ حَلَفْتُ ، فَاجْعَلْ أُسْطُوَانًا دُونَ حَائِطِي أَوْ جِدَارِي ، فَاجْعَلْ عَلَيْهِ خَشَبَكَ.
“İkrimə ibn Sələmə ﵀ rəvayət edir ki, Bəni Muğira tayfasından iki qardaşdan biri evinin divarına başqa adamın taxta dirək qoymayacağına kölə azad edəcəyinə dair and içdi. Sonra Mucəmmi ibn Yəzid və ənsardan olan bir çox kişi gəlib dedilər: “Biz şahidlik edirik ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Sizdən biri qonşusunun onun divarına taxta dirək qoymasına mane olmasın”. And içən adam qardaşına dedi: “Ey qardaşım, sənin lehinə, mənim isə əleyhimə hökm verildi. Mən kölə azad etməyə dair and içmişdim. Ona görə də sən mənim divarımın yanına bir dirək qoyub taxta dirəyi onun üstünə qoy ki, andım pozulmasın”.”
İstinad
İbn Məcə, 2336 (Hökmlər, 29)
Sunən İbn Məcə — Hökmlərə aid fəsillər