Hökmlərə aid fəsillər

Zahiri əlamətlərə görə nəsəbi təyin etmək

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَهِشَامُ بْنُ عَمَّارٍ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، قَالُوا : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : دَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ذَاتَ يَوْمٍ مَسْرُورًا وَهُوَ يَقُولُ : يَا عَائِشَةُ , أَلَمْ تَرَيْ أَنَّ مُجَزِّزًا الْمُدْلِجِيَّ دَخَلَ عَلَيَّ فَرَأَى أُسَامَةَ ، وَزَيْدًا ، عَلَيْهِمَا قَطِيفَةٌ ، قَدْ غَطَّيَا رُؤُوسَهُمَا , وَقَدْ بَدَتْ أَقْدَامُهُمَا ، فَقَالَ : إِنَّ هَذِهِ الأَقْدَامَ بَعْضُهَا مِنْ بَعْضٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir gün Allah Elçisi ﷺ sevincli halda mənim yanıma gəldi və buyurdu: “Ey Aişə! Mucəzziz əl-Mudlic yanıma gəlib Usaməni və Zeydi başlarını örtmüş, ayaqları isə açıq halda gördü və dedi: “Bu ayaqların biri o birindən əmələ gəlmişdir”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 2349 (Hökmlər, 42)

Sunən İbn Məcə — Hökmlərə aid fəsillər