Hökmlərə aid fəsillər

Püşk atmaqla hökm vermək

حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا الثَّوْرِيُّ ، عَنْ صَالِحٍ الْهَمْدَانِيِّ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَبْدِ خَيْرٍ الْحَضْرَمِيِّ ، عَنْ زَيْدِ بْنِ أَرْقَمَ ، قَالَ : أُتِيَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ وَهُوَ بِالْيَمَنِ ، فِي ثَلاَثَةٍ قَدْ وَقَعُوا عَلَى امْرَأَةٍ فِي طُهْرٍ وَاحِدٍ ، فَسَأَلَ اثْنَيْنِ ، فَقَالَ : أَتُقِرَّانِ لِهَذَا بِالْوَلَدِ ؟ قَالاَ : لاَ ، ثُمَّ سَأَلَ اثْنَيْنِ ، فَقَالَ : أَتُقِرَّانِ لِهَذَا بِالْوَلَدِ ؟ قَالاَ : لاَ ، فَجَعَلَ كُلَّمَا سَأَلَ اثْنَيْنِ : أَتُقِرَّانِ لِهَذَا بِالْوَلَدِ ؟ قَالاَ : لاَ ، فَأَقْرَعَ بَيْنَهُمْ ، فَأَلْحَقَ الْوَلَدَ بِالَّذِي أَصَابَتْهُ الْقُرْعَةُ ، وَجَعَلَ عَلَيْهِ ثُلُثَيِ الدِّيَةِ ، فَذُكِرَ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَضَحِكَ حَتَّى بَدَتْ نَوَاجِذُهُ.

“Rəvayət edilir ki, Zeyd ibn Ərqam ﵁ demişdir: “Əli ibn Əbu Talib Yəməndə olanda bir ona cariyə ilə (ayrı-ayrı vaxtlarda) cinsi yaxınlıq edən üç kişinin mübahisəsi ərz edildi. Əli onlardan ikisinə dedi: “Uşağın bu üçüncü kişiyə aid olmasını qəbul edirsiniz?” Onlar: “Xeyr”- dedilər. Sonra Əli onlardan ikisinə dedi: “Uşağın bu üçüncü kişiyə aid olmasını qəbul edirsiniz?” Onlar: “Xeyr”- dedilər. Sonra Əli onlardan ikisinə yenə dedi: “Uşağın bu üçüncü kişiyə aid olmasını qəbul edirsiniz?” Onlar yenə: “Xeyr”- dedilər. Sonra Əli onların arasında püşk atdı və uşağı püşk düşən adama verdi və cariyənin dəyərinin üçdəikisini bu adamın verəcəyinə hökm verdi. Əlinin belə hökm verməsi Peyğəmbərə ﷺ xəbər verildikdə, Peyğəmbər ﷺ arxa dişləri görünənə qədər güldü”.”

Zeyd ibn Ərqam
Səhih

İstinad

İbn Məcə, 2348 (Hökmlər, 41)

Sunən İbn Məcə — Hökmlərə aid fəsillər