Hökmlərə aid fəsillər

Malında israfa yol verəni bundan çəkindirmək

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانٍ ، قَالَ : هُوَ جَدِّي مُنْقِذُ بْنُ عَمْرٍو , وَكَانَ رَجُلاً قَدْ أَصَابَتْهُ آمَّةٌ فِي رَأْسِهِ , فَكَسَرَتْ لِسَانَهُ ، وَكَانَ لاَ يَدَعُ عَلَى ذَلِكَ التِّجَارَةَ ، فَكَانَ لاَ يَزَالُ يُغْبَنُ ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَذَكَرَ ذَلِكَ لَهُ , فَقَالَ لَهُ : إِذَا أَنْتَ بَايَعْتَ ، فَقُلْ : لاَ خِلاَبَةَ ، ثُمَّ أَنْتَ فِي كُلِّ سِلْعَةٍ ابْتَعْتَهَا بِالْخِيَارِ ثَلاَثَ لَيَالٍ ، فَإِنْ رَضِيتَ فَأَمْسِكْ ، وَإِنْ سَخِطْتَ فَارْدُدْهَا عَلَى صَاحِبِهَا.

“Rəvayət edilir ki, Muhəmməd ibn Yəhya ibn Həbban ﵀ demişdir: “Mənim babam Munqiz ibn Amr bir döyüşdə beyninə çatacaq bir baş yarası almışdı. Bu yara onun dilini zədələmişdi. Buna baxmayaraq, o, ticarəti tərk etməmişdi və hər dəfə alış-veriş etdikdə aldanırdı. O, Peyğəmbərin ﷺ yanına gəlib bu haqda ona xəbər verdikdə Peyğəmbər ﷺ ona buyurdu: “Alış-veriş etdikdə: “(İslamda) aldatmaq yoxdur!”- de. Sonra, sən aldığın malı qaytarmaq xüsusunda üç gecə ixtiyar sahibisən. Bundan sonra istəsən, malı özündə saxla, istəməsən, yiyəsinə qaytar”.”

Muhəmməd ibn Yəhya ibn Həbban
Həsən

İstinad

İbn Məcə, 2355 (Hökmlər, 48)

Sunən İbn Məcə — Hökmlərə aid fəsillər