Malında israfa yol verəni bundan çəkindirmək
حَدَّثَنَا أَزْهَرُ بْنُ مَرْوَانَ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ رَجُلاً كَانَ فِي عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي عُقْدَتِهِ ضَعْفٌ ، وَكَانَ يُبَايِعُ ، وَأَنَّ أَهْلَهُ أَتَوُا النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالُوا : يَا رَسُولَ اللهِ ، احْجُرْ عَلَيْهِ ، فَدَعَاهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَنَهَاهُ عَنْ ذَلِكَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي لاَ أَصْبِرُ عَنِ الْبَيْعِ ، فَقَالَ : إِذَا بَايَعْتَ , فَقُلْ : هَا ، وَلاَ خِلاَبَةَ.
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisinin ﷺ dövründə əqli cəhətdən zəif olan bir adam var idi və alış-verişlə məşğul olardı. Onun ailə üzvləri Peyğəmbərin ﷺ yanına gələrək dedilər: “Ey Allahın Elçisi, onu alış-veriş işindən uzaqlaşdır”. Peyğəmbər ﷺ o adamı çağırtdırıb ona alış-veriş etməyi qadağan etdi, lakin həmin adam dedi: “Ey Allahın Elçisi, mən özümü alış-veriş etməkdən saxlaya bilmirəm”. Peyğəmbər ﷺ də həmin adama buyurdu: “Onda alış-veriş etdikdə qarşında olana: “Bunu al” və “Alış-verişdə aldatmaq yoxdur”- de”.”
İstinad
İbn Məcə, 2354 (Hökmlər, 47)
Sunən İbn Məcə — Hökmlərə aid fəsillər