Hakimin müflis olan kimsənin malını götürüb onun borclu olduğu adamlara verməsi üçün satışa çıxarması
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَبَابَةُ ، حَدَّثَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ بُكَيْرِ بْنِ عَبْدِ اللهِ بْنِ الأَشَجِّ ، عَنْ عِيَاضِ بْنِ عَبْدِ اللهِ بْنِ سَعْدٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : أُصِيبَ رَجُلٌ فِي عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي ثِمَارٍ ابْتَاعَهَا ، فَكَثُرَ دَيْنُهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : تَصَدَّقُوا عَلَيْهِ ، فَتَصَدَّقَ النَّاسُ عَلَيْهِ ، فَلَمْ يَبْلُغْ ذَلِكَ وَفَاءَ دَيْنِهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : خُذُوا مَا وَجَدْتُمْ ، وَلَيْسَ لَكُمْ إِلاَّ ذَلِكَ ، يَعْنِي الْغُرَمَاءَ.
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisinin ﷺ dövründə bir nəfərin aldığı meyvələr korlanmışdı, ona görə də ödəyə bilməyəcək qədər borca düşdü. Belə olduqda Allah Elçisi ﷺ buyurdu: “Ona sədəqə verin”. İnsanlar da ona sədəqə verməyə başladı, lakin verilən bu sədəqələr borcu ödəməyə kifayət etmədi. Allah Elçisi ﷺ də belə buyurdu: “Onda olan maldan götürə bildiyinizi götürün. Bundan sonra (onun sizə borcu) qalmayacaq”.”
İstinad
İbn Məcə, 2356 (Hökmlər, 49)
Sunən İbn Məcə — Hökmlərə aid fəsillər