Şahid gətirmək iddiaçıya, and içmək isə iddia olunana aiddir
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، وَأَبُو مُعَاوِيَةَ ، قَالاَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ شَقِيقٍ ، عَنِ الأَشْعَثِ بْنِ قَيْسٍ ، قَالَ : كَانَ بَيْنِي وَبَيْنَ رَجُلٍ مِنَ الْيَهُودِ أَرْضٌ ، فَجَحَدَنِي ، فَقَدَّمْتُهُ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ لِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : هَلْ لَكَ بَيِّنَةٌ ؟ قُلْتُ : لاَ ، قَالَ لِلْيَهُودِيِّ : احْلِفْ ، قُلْتُ : إِذًا يَحْلِفُ , فَيَذْهَبُ بِمَالِي ، فَأَنْزَلَ اللَّهُ سُبْحَانَهُ : {إِنَّ الَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ اللهِ وَأَيْمَانِهِمْ ثَمَنًا قَلِيلاً} إِلَى آخِرِ الآيَةِ.
“Rəvayət edilir ki, əl-Əşas ibn Qeys ﵁ demişdir: “Mənimlə bir yəhudi kişinin arasında torpaq sahəsi var idi. O mənimlə mübahisə etdi və mən onu Peyğəmbərin ﷺ yanına gətirdim. Allah Elçisi ﷺ mənə dedi: “Sənin şahidin varmı?” Mən: “Yoxdur”- dedim. Peyğəmbər ﷺ yəhudiyə dedi: “And iç!” Mən dedim: “Əgər o and içsə, mənim malımı aparcaq”. Müqəddəs olan Allah da bu ayələri nazil etdi: “Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kimsələrə gəlincə, onlara axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaq. Onlar üçün ağrılı-acılı bir əzab var”. (Ali-İmran, 77)”.”
İstinad
İbn Məcə, 2322 (Hökmlər, 15)
Sunən İbn Məcə — Hökmlərə aid fəsillər