Birinin bir əşyasını qıranın hökmü
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ عِنْدَ إِحْدَى أُمَّهَاتِ الْمُؤْمِنِينَ ، فَأَرْسَلَتْ أُخْرَى بِقَصْعَةٍ فِيهَا طَعَامٌ ، فَضَرَبَتْ يَدَ الرَّسُولِ ، فَسَقَطَتِ الْقَصْعَةُ فَانْكَسَرَتْ ، فَأَخَذَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْكِسْرَتَيْنِ ، فَضَمَّ إِحْدَاهُمَا إِلَى الأُخْرَى ، فَجَعَلَ يَجْمَعُ فِيهَا الطَّعَامَ ، وَيَقُولُ : غَارَتْ أُمُّكُمْ ، كُلُوا ، فَأَكَلُوا ، حَتَّى جَاءَتْ بِقَصْعَتِهَا الَّتِي فِي بَيْتِهَا ، فَدَفَعَ الْقَصْعَةَ الصَّحِيحَةَ إِلَى الرَّسُولِ ، وَتَرَكَ الْمَكْسُورَةَ فِي بَيْتِ الَّتِي كَسَرَتْهَا.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ möminlərin analarından birinin yanında idi. Bu əsnada Peyğəmbərin ﷺ digər zövcəsi içində yemək olan bir qab göndərdi. Yanında olan zövcəsi yemək gətirən adamın əlindən vurdu və qab yerə düşüb qırıldı. Allah Elçisi ﷺ də yerə düşüb iki hissəyə bölünən qabı əli ilə birləşdirib yeməyi içinə yığdı və səhabələrə buyurdu: “Ananız qısqandı. Yeyin!” Səhabələr yeməyi yedilər. Qabı sındıran zövcəsi başqa qab gətirdi. Peyğəmbər ﷺ də salamat qabı yeməyi gətirənə verib geri göndərdi. Sınıq qabı isə qabı sındıran zövcəsinin evində saxladı”.”
İstinad
İbn Məcə, 2334 (Hökmlər, 27)
Sunən İbn Məcə — Hökmlərə aid fəsillər