Hökmlərə aid fəsillər

Hakimin hökmü haramı halal, halalı da haram etmir

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ زَيْنَبَ بِنْتِ أُمِّ سَلَمَةَ ، عَنْ أُمِّ سَلَمَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّكُمْ تَخْتَصِمُونَ إِلَيَّ , وَإِنَّمَا أَنَا بَشَرٌ ، وَلَعَلَّ بَعْضَكُمْ أَنْ يَكُونَ أَلْحَنَ بِحُجَّتِهِ مِنْ بَعْضٍ ، وَإِنَّمَا أَقْضِي بَيْنَكُمْ عَلَى نَحْوٍ مِمَّا أَسْمَعُ مِنْكُمْ ، فَمَنْ قَضَيْتُ لَهُ مِنْ حَقِّ أَخِيهِ شَيْئًا ، فَلاَ يَأْخُذْهُ , فَإِنَّمَا أَقْطَعُ لَهُ قِطْعَةً مِنَ النَّارِ ، يَأْتِي بِهَا يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Siz ixtilaf etdiyiniz şeyləri mənə ərz edirsiniz, mən isə bəşər övladıyam (qeybi bilmirəm) və sizdən eşitdiyim sözlərə görə aranızda hökm verirəm. Kimin lehinə (yaxşı danışığına görə) qardaşının əleyhinə (haqqı olmadığı bir məsələdə) hökm etsəm, lehinə hökm verdiyim adam qardaşından haqqını almasın. Çünki mən lehinə hökm verdiyim kimsə üçün oddan bir parça vermiş oluram və o da Qiyamət günü onunla gələr”.”

Ummu Sələmə
Səhih

İstinad

İbn Məcə, 2317 (Hökmlər, 10)

Sunən İbn Məcə — Hökmlərə aid fəsillər