Şahidliyi tələb olunmadan şahidlik etməyin bəyənilməməsi
حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، وَعَمْرُو بْنُ رَافِعٍ ، قَالاَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَبِيدَةَ السَّلْمَانِيِّ ، قَالَ : قَالَ عَبْدُ اللهِ بْنُ مَسْعُودٍ : سُئِلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَيُّ النَّاسِ خَيْرٌ ؟ قَالَ : قَرْنِي ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ، ثُمَّ يَجِيءُ قَوْمٌ تَبْدُرُ شَهَادَةُ أَحَدِهِمْ يَمِينَهُ ، وَيَمِينُهُ شَهَادَتَهُ.
“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Bir dəfə Allah Elçisinə ﷺ belə bir sual verildi: “Hansı insan ən xeyirli insandır?” Allah Elçisi ﷺ buyurdu: “Mənim dövrümdə yaşayanlar. Sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlər. Daha sonra bir toplum gələcək ki, onlardan birinin şahidliyi andını, andı da şahidliyini keçəcək”.”
İstinad
İbn Məcə, 2362 (Hökmlər, 55)
Sunən İbn Məcə — Hökmlərə aid fəsillər