Şahidliyi tələb olunmadan şahidlik etməyin bəyənilməməsi
حَدَّثَنَا عَبْدُ اللهِ بنُ الْجَرَّاحِ ، حَدَّثَنَا جَرِيرٌ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ ، قَالَ : خَطَبَنَا عُمَرُ بْنُ الْخَطَّابِ بِالْجَابِيَةِ ، فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَامَ فِينَا مِثْلَ مَقَامِي فِيكُمْ ، فَقَالَ : احْفَظُونِي فِي أَصْحَابِي ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ، ثُمَّ يَفْشُو الْكَذِبُ , حَتَّى يَشْهَدَ الرَّجُلُ وَمَا يُسْتَشْهَدُ ، وَيَحْلِفَ وَمَا يُسْتَحْلَفُ.
“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Ömər ibn əl-Xattab əl-Cabiyə adlı yerdə bizə xütbə verərək belə buyurdu: “Mənim burda durduğum kimi Allah Elçisi ﷺ də bizim aramızda durub belə buyurmuşdur: “Mənim səhabələrim, sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlərə hörmət edin. Daha sonra yalan o qədər geniş yayılacaq ki, adam ondan şahidlik tələb edilmədiyi halda şahidlik edəcək və and tələb edilmədiyi halda and içəcək”.”
İstinad
İbn Məcə, 2363 (Hökmlər, 56)
Sunən İbn Məcə — Hökmlərə aid fəsillər