Hökmlərə aid fəsillər

Malını satdıqdan sonra müflis olan şəsxin yanında həmin malı tapan

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي بَكْرِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : أَيُّمَا رَجُلٍ بَاعَ سِلْعَةً ، فَأَدْرَكَ سِلْعَتَهُ بِعَيْنِهَا عِنْدَ رَجُلٍ قَدْ أَفْلَسَ ، وَلَمْ يَكُنْ قَبَضَ مِنْ ثَمَنِهَا شَيْئًا ، فَهِيَ لَهُ ، وَإِنْ كَانَ قَبَضَ مِنْ ثَمَنِهَا شَيْئًا ، فَهُوَ أُسْوَةُ الْغُرَمَاءِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim malını birinə satar, satdığı adam müflis olar, satıcı da satdığı malı həmin müflis adamın yanında satdığı şəkildə görərsə, o malın pulundan heç nə almayıbsa, həmin mal satıcının haqqı sayılır. Əgər malın pulundan nəsə alıbsa, o mal da digər mallar kimidir və satıcı ondan heç nə götürə bilməz”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 2359 (Hökmlər, 52)

Sunən İbn Məcə — Hökmlərə aid fəsillər