Kişinin övladına bir şey hədiyyə etməsi
حَدَّثَنَا أَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ ، حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، عَنْ دَاوُدَ بْنِ أَبِي هِنْدٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ ، قَالَ : انْطَلَقَ بِهِ أَبُوهُ يَحْمِلُهُ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : اشْهَدْ أَنِّي قَدْ نَحَلْتُ النُّعْمَانَ مِنْ مَالِي كَذَا وَكَذَا ، قَالَ : فَكُلَّ بَنِيكَ نَحَلْتَ مِثْلَ الَّذِي نَحَلْتَ النُّعْمَانَ ؟ قَالَ : لاَ ، قَالَ : فَأَشْهِدْ عَلَى هَذَا غَيْرِي ، قَالَ : أَلَيْسَ يَسُرُّكَ أَنْ يَكُونُوا لَكَ فِي الْبِرِّ سَوَاءً ؟ قَالَ : بَلَى ، قَالَ : فَلاَ إِذًا.
“Numan ibn Bəşir ﵁ rəvayət edir ki, atası onu götürüb Peyğəmbərin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, şahid ol ki, mən malımın filan qədərini Numana hədiyyə etdim”. Peyğəmbər ﷺ buyurdu: “Bəs sən Numana hədiyyə etdiyinin eyni miqdarını digər uşaqlarına hədiyyə etmisənmi?” O da: “Xeyr”- dedi. Peyğəmbər ﷺ buyurdu: “Elədirsə, bu işə məndən başqasını şahid tut”. Sonra buyurdu: “Uşaqlarının sənə itaət etməsində bərabər olmaları səni sevindirmirmi?” Atam: “Əlbəttə”- dedi. Peyğəmbər ﷺ buyurdu: “Onda onlara qarşı ədalətli ol”.”
İstinad
İbn Məcə, 2375 (Hədiyyələr, 1)
Sunən İbn Məcə — Hədiyyələrə aid fəsillər