Sunən İbn MəcəHədiyyələrə aid fəsillər

Kitab 14

Hədiyyələrə aid fəsillər

أَبْوَابُ الْهِبَاتِ

14

hədis

Fəsil 1

Kişinin övladına bir şey hədiyyə etməsi

بَابُ الرَّجُلِ يَنْحَلُ وَلَدَهُ

حَدَّثَنَا أَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ ، حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، عَنْ دَاوُدَ بْنِ أَبِي هِنْدٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ ، قَالَ : انْطَلَقَ بِهِ أَبُوهُ يَحْمِلُهُ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : اشْهَدْ أَنِّي قَدْ نَحَلْتُ النُّعْمَانَ مِنْ مَالِي كَذَا وَكَذَا ، قَالَ : فَكُلَّ بَنِيكَ نَحَلْتَ مِثْلَ الَّذِي نَحَلْتَ النُّعْمَانَ ؟ قَالَ : لاَ ، قَالَ : فَأَشْهِدْ عَلَى هَذَا غَيْرِي ، قَالَ : أَلَيْسَ يَسُرُّكَ أَنْ يَكُونُوا لَكَ فِي الْبِرِّ سَوَاءً ؟ قَالَ : بَلَى ، قَالَ : فَلاَ إِذًا.

“Numan ibn Bəşir ﵁ rəvayət edir ki, atası onu götürüb Peyğəmbərin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, şahid ol ki, mən malımın filan qədərini Numana hədiyyə etdim”. Peyğəmbər ﷺ buyurdu: “Bəs sən Numana hədiyyə etdiyinin eyni miqdarını digər uşaqlarına hədiyyə etmisənmi?” O da: “Xeyr”- dedi. Peyğəmbər ﷺ buyurdu: “Elədirsə, bu işə məndən başqasını şahid tut”. Sonra buyurdu: “Uşaqlarının sənə itaət etməsində bərabər olmaları səni sevindirmirmi?” Atam: “Əlbəttə”- dedi. Peyğəmbər ﷺ buyurdu: “Onda onlara qarşı ədalətli ol”.”

Numan ibn Bəşir
Səhihİbn Məcə, 2375 (Hədiyyələr, 1)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، وَمُحَمَّدِ بْنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ أَخْبَرَاهُ عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ ، أَنَّ أَبَاهُ نَحَلَهُ غُلاَمًا ، وَأَنَّهُ جَاءَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُشْهِدُهُ ، فَقَالَ : أَكُلَّ وَلَدِكَ نَحَلْتَ ؟ قَالَ : لاَ ، قَالَ : فَارْدُدْهُ.

“Numan ibn Bəşir ﵁ rəvayət edir ki, atası ona bir kölə hədiyyə etdi və Peyğəmbərin ﷺ yanına gələrək onun bu işə şahid olmasını istədi. Peyğəmbər ﷺ buyurdu: “Sən hər uşağına bunun eynisini hədiyyə etmisənmi?” O da: “Xeyr”- dedi. Peyğəmbər ﷺ buyurdu: “Onda köləni geri al”.”

Numan ibn Bəşir
Səhihİbn Məcə, 2376 (Hədiyyələr, 2)

Fəsil 2

Övladına bir şey hədiyyə edib sonra bundan dönən

بَابُ مَنْ أَعْطَى وَلَدَهُ ثُمَّ رَجَعَ فِيهِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَأَبُو بَكْرِ بْنُ خَلاَّدٍ الْبَاهِلِيُّ ، قَالاَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ حُسَيْنٍ الْمُعَلِّمِ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ طَاوُوسٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، وَابْنِ عُمَرَ ، يَرْفَعَانِ الْحَدِيثَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : لاَ يَحِلُّ لِلرَّجُلِ أَنْ يُعْطِيَ الْعَطِيَّةَ ثُمَّ يَرْجِعَ فِيهَا ، إِلاَّ الْوَالِدَ فِيمَا يُعْطِي وَلَدَهُ.

“İbn Abbas və İbn Ömər ﵃ rəvayət edirlər ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Adamın bir şeyi hədiyyə edib sonra bundan dönməsi halal deyil. Yalnız övladına hədiyyə edən ata istisnadır”.”

İbn Abbas və İbn Ömər
Səhihİbn Məcə, 2377 (Hədiyyələr, 3)

حَدَّثَنَا جَمِيلُ بْنُ الْحَسَنِ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، حَدَّثَنَا سَعِيدٌ ، عَنْ عَامِرٍ الأَحْوَلِ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ نَبِيَّ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ يَرْجِعْ فِي هِبَتِهِ ، إِلاَّ الْوَالِدُ مِنْ وَلَدِهِ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ belə buyurdu: “Heç kim hədiyyəsini geri almasın, yalnız övladına hədiyyə verən valideyn istisnadır”.”

Amr ibn Şueyb atasından və babasından
Səhihİbn Məcə, 2378 (Hədiyyələr, 4)

Fəsil 3

Umra

بَابُ الْعُمْرَى

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَحْيَى بْنُ زَكَرِيَّا بْنِ أَبِي زَائِدَةَ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ عُمْرَى ، فَمَنْ أُعْمِرَ شَيْئًا فَهُوَ لَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həmişəlik bir şey vermək yoxdur. Kim bir şeyi birinə həmişəlik verərsə, artıq o mal həmin adamın sayılır”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2379 (Hədiyyələr, 5)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ جَابِرٍ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ أَعْمَرَ رَجُلاً عُمْرَى لَهُ وَلِعَقِبِهِ ، فَقَدْ قَطَعَ قَوْلُهُ حَقَّهُ فِيهَا ، فَهِيَ لِمَنْ أُعْمِرَ وَلِعَقِبِهِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim bir malı bir adama və onun nəslinə verərsə, artıq verdiyi söz o malı ondan almış olur. Bu mal artıq verilən adama və onun nəslinə məxsusdur”.”

Cabir
Səhihİbn Məcə, 2380 (Hədiyyələr, 6)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ حُجْرٍ الْمَدَرِيِّ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ جَعَلَ الْعُمْرَى لِلْوَارِثِ.

“Zeyd ibn Sabit ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ ömürlük verilən şeyi alan adamın varislərinə məxsus etmişdir.”

Zeyd ibn Sabit
Səhihİbn Məcə, 2381 (Hədiyyələr, 7)

Fəsil 4

Ruqbə

بَابُ الرُّقْبَى

حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، عَنْ حَبِيبِ بْنِ أَبِي ثَابِتٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ رُقْبَى ، فَمَنْ أُرْقِبَ شَيْئًا فَهُوَ لَهُ ، حَيَاتَهُ وَمَمَاتَهُ. قَالَ : وَالرُّقْبَى : أَنْ يَقُولَ : هُوَ لِلآخَرِ مِنِّي وَمِنْكَ مَوْتًا.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ruqbə yoxdur. Kimə ruqbə qaydası ilə bir şey verilərsə, bu şey onun sağlığında da, ölümündən sonra da ona məxsusdur”. Ravi deyir: “Ruqbə - mal sahibinin: “Məndən və səndən hansımız sonuncu ölərsə, bu mal sağ qalanındır”.”

İbn Ömər
Səhihİbn Məcə, 2382 (Hədiyyələr, 8)

حَدَّثَنَا عَمْرُو بْنُ رَافِعٍ ، حَدَّثَنَا هُشَيْمٌ (ح) وحَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، قَالاَ : حَدَّثَنَا دَاوُدُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْعُمْرَى جَائِزَةٌ لِمَنْ أُعْمِرَهَا ، وَالرُّقْبَى جَائِزَةٌ لِمَنْ أُرْقِبَهَا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ömürlük verilən mal verilən adamındır. Ruqbə də verilən adamındır”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2383 (Hədiyyələr, 9)

Fəsil 5

Verilən hədiyyəni geri götürmək

بَابُ الرُّجُوعِ فِي الْهِبَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ عَوْفٍ ، عَنْ خِلاَسٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ مَثَلَ الَّذِي يَعُودُ فِي عَطِيَّتِهِ ، كَمَثَلِ الْكَلْبِ أَكَلَ ، حَتَّى إِذَا شَبِعَ قَاءَ ، ثُمَّ عَادَ فِي قَيْئِهِ ، فَأَكَلَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Verdiyi hədiyyəni geri alanın misalı itin misalı kimidir. Həmin it doyana qədər yeyər, sonra yediyini qusar, sonra da qusduğunu yenidən yeyər”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2384 (Hədiyyələr, 10)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ قَتَادَةَ يُحَدِّثُ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْعَائِدُ فِي هِبَتِهِ ، كَالْعَائِدِ فِي قَيْئِهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Verdiyi hədiyyəni geri alan adam qusduğunu yeyən adam kimidir”.”

İbn Abbas
Səhihİbn Məcə, 2385 (Hədiyyələr, 11)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللهِ بْنِ يُوسُفَ الْعَرْعَرِيُّ ، حَدَّثَنَا يَزِيدُ بْنُ أَبِي حَكِيمٍ ، حَدَّثَنَا الْعُمَرِيُّ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنِ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : الْعَائِدُ فِي هِبَتِهِ كَالْكَلْبِ يَعُودُ فِي قَيْئِهِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Verdiyi hədiyyəni geri alan adam qusduğunu yeyən it kimidir”.”

İbn Ömər
Səhihİbn Məcə, 2386 (Hədiyyələr, 12)

Fəsil 6

Ərinin icazəsi olmadan hədiyyə edən qadın

بَابُ عَطِيَّةِ الْمَرْأَةِ بِغَيْرِ إِذْنِ زَوْجِهَا

حَدَّثَنَا أَبُو يُوسُفَ الرَّقِّيُّ مُحَمَّدُ بْنُ أَحْمَدَ الصَّيْدَلاَنِيُّ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، عَنِ الْمُثَنَّى بْنِ الصَّبَّاحِ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ فِي خُطْبَةٍ خَطَبَهَا : لاَ يَجُوزُ لاِمْرَأَةٍ فِي مَالِهَا ، إِلاَّ بِإِذْنِ زَوْجِهَا ، إِذَا هُوَ مَلَكَ عِصْمَتَهَا.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ bir xütbə deyəndə belə buyurdu: “Bir kişi bir qadınla evlənərsə, qadına ərinin malından onun izni olmadan kiməsə hədiyyə verməsi icazəli deyil”.”

Amr ibn Şueyb atasından və babasından
Səhihİbn Məcə, 2388 (Hədiyyələr, 14)

حَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَحْيَى ، رَجُلٌ مِنْ وَلَدِ كَعْبِ بْنِ مَالِكٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ جَدَّتَهُ خَيْرَةَ ، امْرَأَةَ كَعْبِ بْنِ مَالِكٍ ، أَتَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِحُلِيٍّ لَهَا ، فَقَالَتْ : إِنِّي تَصَدَّقْتُ بِهَذَا ، فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يَجُوزُ لِلْمَرْأَةِ فِي مَالِهَا إِلاَّ بِإِذْنِ زَوْجِهَا ، فَهَلِ اسْتَأْذَنْتِ كَعْبًا ؟ قَالَتْ : نَعَمْ ، فَبَعَثَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى كَعْبِ بْنِ مَالِكٍ ، فَقَالَ : هَلْ أَذِنْتَ لِخَيْرَةَ أَنْ تَتَصَدَّقَ بِحُلِيِّهَا ؟ فَقَالَ : نَعَمْ ، فَقَبِلَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِنْهَا.

“Rəvayət edilir ki, Kəb ibn Malikin ﵁ zövcəsi Xayra öz zinət əşyasını Allah Elçisinin ﷺ yanına gətirərək dedi: “Mən bunu sədəqə verirəm”. Allah Elçisi ﷺ buyurdu: “Ərinin izni olmadan qadının öz malından sədəqə verməsi icazəli deyil. Buna görə sən ərindən izin istədinmi?” Qadın: “Bəli”- dedi. Allah Elçisi ﷺ Kəb ibn Malikdən: “Sən Xayraya öz zinət əşyasından sədəqə verməsi üçün izin verdinmi?”- deyə soruşması üçün adam göndərdi. Kəb: “Bəli”- dedi. Allah Elçisi ﷺ də qadından bu əşyanı qəbul etdi.”

Kəb ibn Malik
Səhihİbn Məcə, 2389 (Hədiyyələr, 15)