Ərinin icazəsi olmadan hədiyyə edən qadın
حَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَحْيَى ، رَجُلٌ مِنْ وَلَدِ كَعْبِ بْنِ مَالِكٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ جَدَّتَهُ خَيْرَةَ ، امْرَأَةَ كَعْبِ بْنِ مَالِكٍ ، أَتَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِحُلِيٍّ لَهَا ، فَقَالَتْ : إِنِّي تَصَدَّقْتُ بِهَذَا ، فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يَجُوزُ لِلْمَرْأَةِ فِي مَالِهَا إِلاَّ بِإِذْنِ زَوْجِهَا ، فَهَلِ اسْتَأْذَنْتِ كَعْبًا ؟ قَالَتْ : نَعَمْ ، فَبَعَثَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى كَعْبِ بْنِ مَالِكٍ ، فَقَالَ : هَلْ أَذِنْتَ لِخَيْرَةَ أَنْ تَتَصَدَّقَ بِحُلِيِّهَا ؟ فَقَالَ : نَعَمْ ، فَقَبِلَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِنْهَا.
“Rəvayət edilir ki, Kəb ibn Malikin ﵁ zövcəsi Xayra öz zinət əşyasını Allah Elçisinin ﷺ yanına gətirərək dedi: “Mən bunu sədəqə verirəm”. Allah Elçisi ﷺ buyurdu: “Ərinin izni olmadan qadının öz malından sədəqə verməsi icazəli deyil. Buna görə sən ərindən izin istədinmi?” Qadın: “Bəli”- dedi. Allah Elçisi ﷺ Kəb ibn Malikdən: “Sən Xayraya öz zinət əşyasından sədəqə verməsi üçün izin verdinmi?”- deyə soruşması üçün adam göndərdi. Kəb: “Bəli”- dedi. Allah Elçisi ﷺ də qadından bu əşyanı qəbul etdi.”
İstinad
İbn Məcə, 2389 (Hədiyyələr, 15)
Sunən İbn Məcə — Hədiyyələrə aid fəsillər