Hədiyyələrə aid fəsillər

Övladına bir şey hədiyyə edib sonra bundan dönən

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَأَبُو بَكْرِ بْنُ خَلاَّدٍ الْبَاهِلِيُّ ، قَالاَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ حُسَيْنٍ الْمُعَلِّمِ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ طَاوُوسٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، وَابْنِ عُمَرَ ، يَرْفَعَانِ الْحَدِيثَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : لاَ يَحِلُّ لِلرَّجُلِ أَنْ يُعْطِيَ الْعَطِيَّةَ ثُمَّ يَرْجِعَ فِيهَا ، إِلاَّ الْوَالِدَ فِيمَا يُعْطِي وَلَدَهُ.

“İbn Abbas və İbn Ömər ﵃ rəvayət edirlər ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Adamın bir şeyi hədiyyə edib sonra bundan dönməsi halal deyil. Yalnız övladına hədiyyə edən ata istisnadır”.”

İbn Abbas və İbn Ömər
Səhih

İstinad

İbn Məcə, 2377 (Hədiyyələr, 3)

Sunən İbn Məcə — Hədiyyələrə aid fəsillər