Sədəqələrə aid fəsillər

Verdiyi sədəqənin sonradan satıldığını görən onu satın ala bilərmi?

حَدَّثَنَا تَمِيمُ بْنُ الْمُنْتَصِرِ الْوَاسِطِيُّ ، حَدَّثَنَا إِسْحَاقُ بْنُ يُوسُفَ ، عَنْ شَرِيكٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ عُمَرَ بْنِ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ أَبِيهِ ، عَنْ عُمَرَ , أَنَّهُ تَصَدَّقَ بِفَرَسٍ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَبْصَرَ صَاحِبَهَا يَبِيعُهَا بِكَسْرٍ ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَسَأَلَهُ عَنْ ذَلِكَ ، فَقَالَ : لاَ تَبْتَعْ صَدَقَتَكَ.

“Ömər ﵁ rəvayət edir ki, o, Allah Elçisinin ﷺ dövründə bir atı bir nəfərə sədəqə vermişdi. Sonra o atın ucuz qiymətə satıldığını görüb Peyğəmbərin ﷺ yanına gedərək bunu ondan soruşdu. Peyğəmbər ﷺ də: “Öz sədəqəni satın alma!”- deyə buyurdu.”

Ömər
Səhih

İstinad

İbn Məcə, 2392 (Sədəqələr, 3)

Sunən İbn Məcə — Sədəqələrə aid fəsillər