Sunən İbn MəcəSədəqələrə aid fəsillər

Kitab 15

Sədəqələrə aid fəsillər

أَبْوَابُ الصَّدَقَاتِ

40

hədis

Fəsil 1

Verilən sədəqəni geri almaq

بَابُ الرُّجُوعِ فِي الصَّدَقَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا هِشَامُ بْنُ سَعْدٍ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ أَبِيهِ ، عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ تَعُدْ فِي صَدَقَتِكَ.

“Ömər ibn əl-Xattab ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Verdiyin sədəqəni geri alma!””

Ömər ibn əl-Xattab
Səhihİbn Məcə, 2390 (Sədəqələr, 1)

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ , حَدَّثَنِي أَبُو جَعْفَرٍ مُحَمَّدُ بْنُ عَلِيٍّ , حَدَّثَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ , حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ الْعَبَّاسِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَثَلُ الَّذِي يَتَصَدَّقُ ، ثُمَّ يَرْجِعُ فِي صَدَقَتِهِ ، مَثَلُ الْكَلْبِ يَقِيءُ ، ثُمَّ يَرْجِعُ فَيَأْكُلُ قَيْئَهُ.

“Rəvayət edilir ki, Abdullah ibn əl-Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Verdiyi sədəqəni geri alanın misalı itin yediyini qusub, sonra həmin qusduğunu yeməsi kimidir”.”

Abdullah ibn əl-Abbas
Səhihİbn Məcə, 2391 (Sədəqələr, 2)

Fəsil 2

Verdiyi sədəqənin sonradan satıldığını görən onu satın ala bilərmi?

بَابُ مَنْ تَصَدَّقَ بِصَدَقَةٍ فَوَجَدَهَا تُبَاعُ هَلْ يَشْتَرِيهَا

حَدَّثَنَا تَمِيمُ بْنُ الْمُنْتَصِرِ الْوَاسِطِيُّ ، حَدَّثَنَا إِسْحَاقُ بْنُ يُوسُفَ ، عَنْ شَرِيكٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ عُمَرَ بْنِ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ أَبِيهِ ، عَنْ عُمَرَ , أَنَّهُ تَصَدَّقَ بِفَرَسٍ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَبْصَرَ صَاحِبَهَا يَبِيعُهَا بِكَسْرٍ ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَسَأَلَهُ عَنْ ذَلِكَ ، فَقَالَ : لاَ تَبْتَعْ صَدَقَتَكَ.

“Ömər ﵁ rəvayət edir ki, o, Allah Elçisinin ﷺ dövründə bir atı bir nəfərə sədəqə vermişdi. Sonra o atın ucuz qiymətə satıldığını görüb Peyğəmbərin ﷺ yanına gedərək bunu ondan soruşdu. Peyğəmbər ﷺ də: “Öz sədəqəni satın alma!”- deyə buyurdu.”

Ömər
Səhihİbn Məcə, 2392 (Sədəqələr, 3)

Fəsil 3

Sədəqə verdikdən sonra ona varis olan

بَابُ مَنْ تَصَدَّقَ بِصَدَقَةٍ ثُمَّ وَرِثَهَا

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَطَاءٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : جَاءَتِ امْرَأَةٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي تَصَدَّقْتُ عَلَى أُمِّي بِجَارِيَةٍ ، وَإِنَّهَا مَاتَتْ ، فَقَالَ : آجَرَكِ اللَّهُ ، وَرَدَّ عَلَيْكِ الْمِيرَاثَ.

“Abdullah ibn Bureydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir qadın Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mən anama bir cariyəni sədəqə olaraq verdim. Anam isə vəfat etdi”. Peyğəmbər ﷺ buyurdu: “Allah səni savaba müvəffəq etdi və cariyəni mirasla sənə geri qaytardı”.”

Abdullah ibn Bureydə atasından
Səhihİbn Məcə, 2394 (Sədəqələr, 5)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ جَعْفَرٍ الرَّقِّيُّ ، حَدَّثَنَا عُبَيْدُ اللهِ ، عَنْ عَبْدِ الْكَرِيمِ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : إِنِّي أَعْطَيْتُ أُمِّي حَدِيقَةً لِي , وَإِنَّهَا مَاتَتْ وَلَمْ تَتْرُكْ وَارِثًا غَيْرِي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : وَجَبَتْ صَدَقَتُكَ ، وَرَجَعَتْ إِلَيْكَ حَدِيقَتُكَ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Bir kişi Peyğəmbərin yanına gəlib dedi: “Mən bir bağı anama vermişdim. Anam vəfat etdi və onun məndən başqa varisi yoxdur”. Allah Elçisi ﷺ buyurdu: “Sənin sədəqən tam oldu, bağın da sənə qayıtdı”.”

Amr ibn Şueyb atasından və babasından
Səhihİbn Məcə, 2395 (Sədəqələr, 6)

Fəsil 4

Malını vəqf edən

بَابُ مَنْ وَقَفَ

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا مُعْتَمِرُ بْنُ سُلَيْمَانَ ، عَنِ ابْنِ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : أَصَابَ عُمَرُ بْنُ الْخَطَّابِ أَرْضًا بِخَيْبَرَ ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَاسْتَأْمَرَهُ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي أَصَبْتُ مَالاً بِخَيْبَرَ ، لَمْ أُصِبْ مَالاً قَطُّ هُوَ أَنْفَسُ عِنْدِي مِنْهُ ، فَمَا تَأْمُرُ بِهِ ؟ فَقَالَ : إِنْ شِئْتَ حَبَّسْتَ أَصْلَهَا وَتَصَدَّقْتَ بِهَا , قَالَ : فَعَمِلَ بِهَا عُمَرُ ، عَلَى أَنْ لاَ يُبَاعَ أَصْلُهَا ، وَلاَ يُوهَبَ ، وَلاَ يُورَثَ ، تَصَدَّقَ بِهَا لِلْفُقَرَاءِ ، وَفِي الْقُرْبَى ، وَفِي الرِّقَابِ ، وَفِي سَبِيلِ اللهِ ، وَابْنِ السَّبِيلِ ، وَالضَّيْفِ ، لاَ جُنَاحَ عَلَى مَنْ وَلِيَهَا أَنْ يَأْكُلَ مِنْهَا بِالْمَعْرُوفِ ، أَوْ يُطْعِمَ صَدِيقًا ، غَيْرَ مُتَمَوِّلٍ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Ömər ibn əl-Xattabın payına Xeybərdən torpaq sahəsi düşmüşdü. Sonra Ömər Peyğəmbərin ﷺ yanına gedərək ona dedi: “Ey Allahın Elçisi, mənim payıma Xeybərdən elə bir torpaq sahəsi düşüb ki, mənim nəzərimdə bundan daha gözəl bir mal əldə etməmişəm. Mənə nə əmr edirsən?” Peyğəmbər ﷺ buyurdu: “İstəsən, ərazini vəqf edərsən və onun məhsullarını sədəqə verərsən”. İbn Ömər deyir: “Sonra Ömər bu ərazini bu şərtlərlə vəqf etdi: malın əsli satılmır, hədiyyə edilmir və ona heç kim varis olmur. Ömər onun gəlirini kasıblara, vəqfin yaxın qohumlarına, köləlikdən qurtulmaq istəyənlərə, Allah yolunda döyüşən mücahidlərə, müsafirlərə və qonaqlara sədəqə etdi. Bu bağa baxanın bu maldan yığmamaq və malı zay etməmək şərti ilə onun gəlirindən adətə görə yeməsində bir günah yoxdur”.”

İbn Ömər
Səhihİbn Məcə, 2396 (Sədəqələr, 7)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي عُمَرَ الْعَدَنِيُّ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ : يَا رَسُولَ اللهِ ، إِنَّ الْمِئَةَ سَهْمٍ الَّتِي بِخَيْبَرَ ، لَمْ أُصِبْ مَالاً قَطُّ هُوَ أَحَبُّ إِلَيَّ مِنْهَا ، وَقَدْ أَرَدْتُ أَنْ أَتَصَدَّقَ بِهَا ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : احْبِسْ أَصْلَهَا ، وَسَبِّلْ ثَمَرَتَهَا. قَالَ ابْنُ أَبِي عُمَرَ : فَوَجَدْتُ هَذَا الْحَدِيثَ فِي مَوْضِعٍ آخَرَ فِي كِتَابِي ، عَنْ سُفْيَانَ ، عَنْ عَبْدِ اللهِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ عُمَرُ , فَذَكَرَ نَحْوَهُ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Ömər ibn əl-Xattab dedi: “Ey Allahın Elçisi, mənim payıma Xeybərdən yüz paya bərabər olan elə bir torpaq sahəsi düşüb ki, mənə ondan daha sevimli mal nəsib olmamışdır. Mən bunu sədəqə etmək istəyirəm”. Peyğəmbər ﷺ buyurdu: “Onun mayasını özündə saxla, məhsulunu isə Allah yolunda xərclə”.”

İbn Ömər
Səhihİbn Məcə, 2397 (Sədəqələr, 8)

Fəsil 5

İstifadə edilmək üçün verilən mal

بَابُ الْعَارِيَّةِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ , حَدَّثَنِي شُرَحْبِيلُ بْنُ مُسْلِمٍ ، قَالَ : سَمِعْتُ أَبَا أُمَامَةَ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : الْعَارِيَّةُ مُؤَدَّاةٌ ، وَالْمِنْحَةُ مَرْدُودَةٌ.

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “İstifadə edilmək üçün verilən mal yiyəsinə qaytarılır. Müəyyən müddətə istifadə etmək üçün verilən mal da yiyəsinə qaytarılır”.”

Əbu Umamə
Səhihİbn Məcə, 2398 (Sədəqələr, 9)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَعَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيَّانِ ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ شُعَيْبٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : الْعَارِيَّةُ مُؤَدَّاةٌ ، وَالْمِنْحَةُ مَرْدُودَةٌ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “İstifadə edilmək üçün verilən mal yiyəsinə qaytarılır. Müəyyən müddətə istifadə etmək üçün verilən mal da yiyəsinə qaytarılır”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2399 (Sədəqələr, 10)

Fəsil 6

Əmanət olaraq verilən mal

بَابُ الْوَدِيعَةِ

حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ الْجَهْمِ الأَنْمَاطِيُّ ، حَدَّثَنَا أَيُّوبُ بْنُ سُوَيْدٍ ، عَنِ الْمُثَنَّى ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أُودِعَ وَدِيعَةً فَلاَ ضَمَانَ عَلَيْهِ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim qorunmaq üçün müəyyən bir malı birinə əmanət edərsə, ondan təzminat tələb edilmir”.”

Amr ibn Şueyb atasından və babasından
Həsənİbn Məcə, 2401 (Sədəqələr, 12)

Fəsil 7

Dürüst adamın ticarətlə məşğul olub qazanc qazanması

بَابُ الأَمِينِ يَتَّجِرُ فِيهِ فَيَرْبَحُ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ شَبِيبِ بْنِ غَرْقَدَةَ ، عَنْ عُرْوَةَ الْبَارِقِيِّ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَعْطَاهُ دِينَارًا يَشْتَرِي لَهُ شَاةً ، فَاشْتَرَى لَهُ شَاتَيْنِ ، فَبَاعَ إِحْدَاهُمَا بِدِينَارٍ ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِدِينَارٍ وَشَاةٍ , فَدَعَا لَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِالْبَرَكَةِ ، قَالَ : فَكَانَ لَوِ اشْتَرَى التُّرَابَ لَرَبِحَ فِيهِ.

“Urva əl-Bəqiyyə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ özünə qoyun almaq üçün ona bir dinar verdi. O da gedib bu pul ilə iki qoyun aldı. Sonra qoyunlardan birini bir dinara satıb Peyğəmbərin ﷺ yanına bir dinar və bir qoyun ilə gəldi. Allah Elçisi ﷺ də alış-verişinin bərəkətli olması üçün ona dua etdi... Ravi deyir: “O, torpaq alsaydı, ona da qazanc edərdi”.”

Urva əl-Bəqiyyə
Həsənİbn Məcə, 2402 (Sədəqələr, 13)

حَدَّثَنَا أَحْمَدُ بْنُ سَعِيدٍ الدَّارِمِيُّ ، حَدَّثَنَا حَبَّانُ بْنُ هِلاَلٍ ، حَدَّثَنَا سَعِيدُ بْنُ زَيْدٍ ، عَنِ الزُّبَيْرِ بْنِ الْخِرِّيتِ ، عَنْ أَبِي لَبِيدٍ لُمَازَةَ بْنِ زَبَّارٍ ، عَنْ عُرْوَةَ بْنِ أَبِي الْجَعْدِ الْبَارِقِيِّ ، قَالَ : قَدِمَ جَلَبٌ ، فَأَعْطَانِي النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ دِينَارًا ، فَذَكَرَ نَحْوَهُ.

“Rəvayət edilir ki, Urva ibn Əbul-Cəd əl-Bəriqi ﵁ demişdir: “Satılmaq üçün bir qoyun sürüsü gətirildi. Peyğəmbər ﷺ də mənə bir dinar verdi...” və ravi yuxarıdakı hədisi rəvayət etdi.”

Urva ibn Əbul-Cəd əl-Bəriqi
Həsənİbn Məcə, 2402m (Sədəqələr, 13m)

Fəsil 8

Borcu başqasına həvalə etmək

بَابُ الْحَوَالَةِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الظُّلْمُ مَطْلُ الْغَنِيِّ ، وَإِذَا أُتْبِعَ أَحَدُكُمْ عَلَى مَلِيءٍ ، فَلْيَتْبَعْ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zülm – imkanı olan adamın öz borcunu üzrsüz olaraq gecikdirməsidir. Sizdən birinə imkanlı birisi (onun borcunu ödəməyi) təklif edərsə, bu təklifi qəbul etsin”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2403 (Sədəqələr, 14)

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ تَوْبَةَ ، حَدَّثَنَا هُشَيْمٌ ، عَنْ يُونُسَ بْنِ عُبَيْدٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَطْلُ الْغَنِيِّ ظُلْمٌ ، وَإِذَا أُحِلْتَ عَلَى مَلِيءٍ فاتْبَعْهُ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zülm – imkanı olan adamın öz borcunu üzrsüz olaraq gecikdirməsidir. Həmin adam sizdən birinə borcunu halal edərsə, bu təklifi qəbul etsin”.”

İbn Ömər
Səhihİbn Məcə, 2404 (Sədəqələr, 15)

Fəsil 9

Zamin durmaq

بَابُ الْكَفَالَةِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَالْحَسَنُ بْنُ عَرَفَةَ ، قَالاَ : حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ , حَدَّثَنِي شُرَحْبِيلُ بْنُ مُسْلِمٍ الْخَوْلاَنِيُّ ، قَالَ : سَمِعْتُ أَبَا أُمَامَةَ الْبَاهِلِيَّ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : الزَّعِيمُ غَارِمٌ ، وَالدَّيْنُ مَقْضِيٌّ.

“Rəvayət edilir ki, Əbu Umamə əl-Bəhili ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Zamin duran şəxs zamin olduğu borcla yüklüdür və borcu ödəməsi ona vacibdir”.”

Əbu Umamə əl-Bəhili
Səhihİbn Məcə, 2405 (Sədəqələr, 16)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ الدَّرَاوَرْدِيُّ ، عَنْ عَمْرِو بْنِ أَبِي عَمْرٍو ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَجُلاً لَزِمَ غَرِيمًا لَهُ بِعَشَرَةِ دَنَانِيرَ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : مَا عِنْدِي شَيْءٌ أُعْطِيكَهُ ، فَقَالَ : لاَ وَاللَّهِ لاَ فَارَقْتُكَ حَتَّى تَقْضِيَنِي أَوْ تَأْتِيَنِي بِحَمِيلٍ ، فَجَرَّهُ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : كَمْ تَسْتَنْظِرُهُ ؟ قَالَ : شَهْرًا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : فَأَنَا أَحْمِلُ لَهُ ، فَجَاءَهُ فِي الْوَقْتِ الَّذِي قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مِنْ أَيْنَ أَصَبْتَ هَذَا ؟ قَالَ : مِنْ مَعْدِنٍ ، قَالَ : لاَ خَيْرَ فِيهَا ، وَقَضَاهَا عَنْهُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisinin ﷺ dövründə bir nəfər on dinar alacağı olan adamın yaxasından yapışdı. Həmin adam da borcu verən adama: “Mənim yanımda sənə verəcək mal yoxdur”- dedi. Borcu verən adam dedi: “Xeyr, Allaha and olsun! Alacağımı ödəyənə və ya mənə bir adamı zamin gətirənə qədər səndən əl çəkməyəcəyəm”. Sonra onu Peyğəmbərin ﷺ yanına gətirdi. Peyğəmbər ﷺ borclu olana dedi: “Sən borc verən adamdan nə qədər vaxt möhlət istəyirsən?” Borclu olan: “Bir ay”- dedi. Allah Elçisi ﷺ buyurdu: “Elədirsə, mən ona zaminəm”. Sonra borclu olan adam Peyğəmbərə ﷺ vəd etdiyi vaxtda gəldi. Peyğəmbər ﷺ ona dedi: “Bu (qızılı) haradan əldə etdin?” Kişi dedi: “Bir (qızıl) mədənindən”. Peyğəmbər ﷺ: “Bunda xeyir yoxdur”- dedi və onun yerinə borcu ödədi.”

İbn Abbas
Səhihİbn Məcə, 2406 (Sədəqələr, 17)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا أَبُو عَامِرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عُثْمَانَ بْنِ عَبْدِ اللهِ بْنِ مَوْهَبٍ ، قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ أَبِي قَتَادَةَ ، عَنْ أَبِيهِ ؛ أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أُتِيَ بِجَنَازَةٍ لِيُصَلِّيَ عَلَيْهَا ، فَقَالَ : صَلُّوا عَلَى صَاحِبِكُمْ ، فَإِنَّ عَلَيْهِ دَيْنًا ، فَقَالَ أَبُو قَتَادَةَ : أَنَا أَتَكَفَّلُ بِهِ ، قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : بِالْوَفَاءِ ؟ قَالَ : بِالْوَفَاءِ ، وَكَانَ الَّذِي عَلَيْهِ ثَمَانِيَةَ عَشَرَ ، أَوْ تِسْعَةَ عَشَرَ دِرْهَمًا.

“Abdullah ibn Əbu Qatədə atasından ﵁ rəvayət edir ki, Peyğəmbərin ﷺ yanına namazının qılınması üçün bir cənazə gətirildi. Peyğəmbər ﷺ buyurdu: “Yoldaşınızın cənazə namazını (özünüz) qılın. Həqiqətən, onun borcu var”. Əbu Qatədə dedi: “Onun borcunu mən ödəyəcəyəm”. Peyğəmbər ﷺ buyurdu: “Əhdinə vəfa edəcəksən?” Əbu Qatədə dedi: “Bəli, əhdimə vəfa edəcəyəm”. Cənazəsi qılınacaq adamın borcu on səkkiz və ya on doqquz dirhəm idi. (Peyğəmbər ﷺ də onun cənazə namazını qıldı).”

Abdullah ibn Əbu Qatədə atasından
Səhihİbn Məcə, 2407 (Sədəqələr, 18)

Fəsil 10

Ödəmək niyyəti ilə borca girən

بَابُ مَنِ ادَّانَ دَيْنًا وَهُوَ يَنْوِي قَضَاءَهُ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبِيدَةُ بْنُ حُمَيْدٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ زِيَادِ بْنِ عَمْرِو بْنِ هِنْدٍ ، عَنِ ابْنِ حُذَيْفَةَ , هُوَ عِمْرَانُ ، عَنْ أُمِّ الْمُؤْمِنِينَ مَيْمُونَةَ ، قَالَ : كَانَتْ تَدَّانُ دَيْنًا ، فَقَالَ لَهَا بَعْضُ أَهْلِهَا : لاَ تَفْعَلِي ، وَأَنْكَرَ ذَلِكَ عَلَيْهَا ، قَالَتْ : بَلَى ، إِنِّي سَمِعْتُ نَبِيِّي وَخَلِيلِي صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَا مِنْ مُسْلِمٍ يَدَّانُ دَيْنًا ، يَعْلَمُ اللَّهُ مِنْهُ أَنَّهُ يُرِيدُ أَدَاءَهُ ، إِلاَّ أَدَّاهُ اللَّهُ عَنْهُ فِي الدُّنْيَا.

“Rəvayət edilir ki, möminlərin anası Məymunə ﵂ borc götürərdi. Ailəsi də ona: “Belə etmə!”- deyərək onun borc götürməsinə qarşı çıxardılar. Məymunə də dedi: “Xeyr, (belə edəcəyəm), çünki mən Peyğəmbərimin və sevimli dostumun ﷺ belə buyurduğunu eşitmişəm: “Elə bir müsəlman yoxdur ki, borc götürsün, borcunu ödəmək istədiyini Allah bilsin və ona dünyada borcunu ödəməyi asanlaşdırmasın”.”

Məymunə
Səhihİbn Məcə, 2408 (Sədəqələr, 19)

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ ، حَدَّثَنَا ابْنُ أَبِي فُدَيْكٍ ، حَدَّثَنَا سَعِيدُ بْنُ سُفْيَانَ ، مَوْلَى الأَسْلَمِيِّينَ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ جَعْفَرٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ اللَّهَ مَعَ الدَّائِنِ حَتَّى يَقْضِيَ دَيْنَهُ ، مَا لَمْ يَكُنْ فِيمَا يَكْرَهُ اللَّهُ. قَالَ : فَكَانَ عَبْدُ اللهِ بْنُ جَعْفَرٍ يَقُولُ لِخَازِنِهِ : اذْهَبْ فَخُذْ لِي بِدَيْنٍ ، فَإِنِّي أَكْرَهُ أَنْ أَبِيتَ لَيْلَةً إِلاَّ وَاللَّهُ مَعِي ، بَعْدَ الَّذِي سَمِعْتُ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Rəvayət edilir ki, Abdullah ibn Cəfər ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahın sevmədiyi bir səbəbə görə borc almadığı müddətcə, borcunu ödəyənə qədər, Allah borcu olanladır”. Abdullah ibn Cəfər öz xəzinədarına deyərdi: “Get, mənim üçün borc al! Həqiqətən, mən Allah Elçisindən ﷺ bu hədisi eşidəndən sonra Allahın mənimlə olmadığı halda gecələmək istəmirəm”.”

Abdullah ibn Cəfər
Səhihİbn Məcə, 2409 (Sədəqələr, 20)

Fəsil 11

Ödəmək niyyəti olmadan borc götürən

بَابُ مَنِ ادَّانَ دَيْنًا لَمْ يَنْوِ قَضَاءَهُ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا يُوسُفُ بْنُ مُحَمَّدِ بْنِ صَيْفِيِّ بْنِ صُهَيْبِ الْخَيْرِ , حَدَّثَنِي عَبْدُ الْحَمِيدِ بْنُ زِيَادِ بْنِ صَيْفِيِّ بْنِ صُهَيْبٍ ، عَنْ شُعَيْبِ بْنِ عَمْرٍو ، حَدَّثَنَا صُهَيْبُ الْخَيْرِ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : أَيُّمَا رَجُلٍ تَدَيَّنَ دَيْنًا ، وَهُوَ مُجْمِعٌ أَنْ لاَ يُوَفِّيَهُ إِيَّاهُ ، لَقِيَ اللَّهَ سَارِقًا.

“Suheyb əl-Xayr ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim ödəmək niyyəti olmadan bir kəsdən borc götürərsə, Allahla oğru olaraq qarşılaşar”.”

Suheyb əl-Xayr
Səhihİbn Məcə, 2410 (Sədəqələr, 21)

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ ، عَنْ ثَوْرِ بْنِ زَيْدٍ الدِّيلِيِّ ، عَنْ أَبِي الْغَيْثِ ، مَوْلَى ابْنِ مُطِيعٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ أَخَذَ أَمْوَالَ النَّاسِ يُرِيدُ إِتْلاَفَهَا ، أَتْلَفَهُ اللَّهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim insanların mallarını zay etmək üçün götürərsə, Allah onu məhv edər”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2411 (Sədəqələr, 22)

Fəsil 12

Borc götürməkdən şiddətli şəkildə çəkinmək

بَابُ التَّشْدِيدِ فِي الدَّيْنِ

حَدَّثَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ مَعْدَانَ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ ثَوْبَانَ ، مَوْلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَنَّهُ قَالَ : مَنْ فَارَقَ الرُّوحُ الْجَسَدَ وَهُوَ بَرِيءٌ مِنْ ثَلاَثٍ دَخَلَ الْجَنَّةَ : مِنَ الْكِبْرِ ، وَالْغُلُولِ ، وَالدَّيْنِ.

“Allah Elçisinin ﷺ köləlikdən azad etdiyi Səvban ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim ruhu bədənindən üç şeydən – təkəbbürdən, qənimət malına xəyanət etməkdən və borcdan uzaq olduğu halda ayrılarsa, Cənnətə daxil olar”.”

Səvban
Səhihİbn Məcə, 2412 (Sədəqələr, 23)

حَدَّثَنَا أَبُو مَرْوَانَ الْعُثْمَانِيُّ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنْ أَبِيهِ ، عَنْ عُمَرَ بْنِ أَبِي سَلَمَةَ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : نَفْسُ الْمُؤْمِنِ مُعَلَّقَةٌ بِدَيْنِهِ , حَتَّى يُقْضَى عَنْهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Borcu ödənilənə qədər (ölən) möminin ruhu rahat buraxılmır”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2413 (Sədəqələr, 24)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ ثَعْلَبَةَ بْنِ سَوَاءٍ ، حَدَّثَنَا عَمِّي مُحَمَّدُ بْنُ سَوَاءٍ ، عَنْ حُسَيْنٍ الْمُعَلِّمِ ، عَنْ مَطَرٍ الْوَرَّاقِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ مَاتَ وَعَلَيْهِ دِينَارٌ أَوْ دِرْهَمٌ قُضِيَ مِنْ حَسَنَاتِهِ ، لَيْسَ ثَمَّ دِينَارٌ وَلاَ دِرْهَمٌ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dinar və ya dirhəm borcu olaraq vəfat edənin borcu onun yaxşılıqlarından ödənilir. (Qiyamət günü) nə dinar var, nə də dirhəm”.”

İbn Ömər
Səhihİbn Məcə, 2414 (Sədəqələr, 25)

Fəsil 13

Kimin vəfat edərək borcu və ya ehtiyacı olan ailəsi qalarsa, bu ehtiyacı ödəmək Allaha və Onun Elçisinə ﷺ aiddir

بَابُ مَنْ تَرَكَ دَيْنًا أَوْ ضَيَاعًا فَعَلَى اللهِ وَعَلَى رَسُولِهِ

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ الْمِصْرِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي يُونُسُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ يَقُولُ : إِذَا تُوُفِّيَ الْمُؤْمِنُ فِي عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَلَيْهِ الدَّيْنُ ، فَيَسْأَلُ : هَلْ تَرَكَ لِدَيْنِهِ مِنْ قَضَاءٍ ؟ فَإِنْ قَالُوا : نَعَمْ ، صَلَّى عَلَيْهِ ، وَإِنْ قَالُوا : لاَ ، قَالَ : صَلُّوا عَلَى صَاحِبِكُمْ ، فَلَمَّا فَتَحَ اللَّهُ عَلَى رَسُولِهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْفُتُوحَ ، قَالَ : أَنَا أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ ، فَمَنْ تُوُفِّيَ وَعَلَيْهِ دَيْنٌ فَعَلَيَّ قَضَاؤُهُ ، وَمَنْ تَرَكَ مَالاً فَهُوَ لِوَرَثَتِهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisinin ﷺ dövründə borcu olan bir mömin vəfat edərdisə, Allah Elçisi ﷺ buyurardı: “Bu vəfat edən adam borcunu ödəyə biləcək bir mal qoyub gedibmi?” Əgər “Bəli” desəydilər, Allah Elçisi ﷺ onun cənazə namazını qılardı. Əgər “Xeyr” desəydilər, Allah Elçisi ﷺ: “Yoldaşınızın cənazə namazını (özünüz) qılın”- deyərdi. Allah Öz Elçisinə ﷺ fəthlər verdikdən sonra isə belə buyurdu: “Mən möminlərə onların özlərindən daha yaxınam. Hansı mömin borcu olaraq vəfat edərsə, borcunu ödəmək mənə aiddir. Əgər malı varsa, bunu ödəmək vərəsəsinin borcudur”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2415 (Sədəqələr, 26)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ تَرَكَ مَالاً فَلِوَرَثَتِهِ ، وَمَنْ تَرَكَ دَيْنًا أَوْ ضَيَاعًا فَعَلَيَّ وَإِلَيَّ ، وَأَنَا أَوْلَى بِالْمُؤْمِنِينَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim vəfat edərək mal-dövlət qoyub gedibsə, bu mal onun varisinindir. Kim borc və ya ehtiyacı olan ailə tərk edib gedibsə, bu ehtiyacı ödəmək mənə aiddir, çünki mən möminlərə onların özlərindən daha yaxınam”.”

Cabir
Səhihİbn Məcə, 2416 (Sədəqələr, 27)

Fəsil 14

Borcunu ödəmək üçün kasıba möhlət vermək

بَابُ إِنْظَارِ الْمُعْسِرِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ يَسَّرَ عَلَى مُعْسِرٍ ، يَسَّرَ اللَّهُ عَلَيْهِ فِي الدُّنْيَا وَالآخِرَةِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim borca düşənə asanlıq göstərərsə, Allah da ona dünyada və Axirətdə asanlıq göstərər”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2417 (Sədəqələr, 28)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا أَبِي ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ نُفَيْعٍ أَبِي دَاوُدَ ، عَنْ بُرَيْدَةَ الأَسْلَمِيِّ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ أَنْظَرَ مُعْسِرًا كَانَ لَهُ بِكُلِّ يَوْمٍ صَدَقَةٌ ، وَمَنْ أَنْظَرَهُ بَعْدَ حِلِّهِ كَانَ لَهُ مِثْلُهُ ، فِي كُلِّ يَوْمٍ صَدَقَةٌ.

“Bureydə əl-Əsləmi ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim çətinlikdə olan borcluya möhlət verərsə, ona hər günün qarşılığında verdiyinin misli qədər sədəqə savabı yazılar. Borcun vədəsi gəlib çatdıqdan sonra möhlət verərsə, keçən hər bir günün qarşılığında verdiyinin misli qədər ona sədəqə savabı yazılır”.”

Bureydə əl-Əsləmi
Səhihİbn Məcə, 2418 (Sədəqələr, 29)

حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِيُّ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ إِسْحَاقَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ مُعَاوِيَةَ ، عَنْ حَنْظَلَةَ بْنِ قَيْسٍ ، عَنْ أَبِي الْيَسَرِ ، صَاحِبِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أَحَبَّ أَنْ يُظِلَّهُ اللَّهُ فِي ظِلِّهِ ، فَلْيُنْظِرْ مُعْسِرًا ، أَوْ لِيَضَعْ عَنْهُ.

“Rəvayət edlir ki, Peyğəmbərin ﷺ səhabəsi Əbul-Yəsar ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allahın onu (Qiyamət günü) kölgələndirməsini istəyirsə, borcu olana möhlət versin və ya onun borcundan keçsin”.”

Əbul-Yəsar
Səhihİbn Məcə, 2419 (Sədəqələr, 30)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا أَبُو عَامِرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، قَالَ : سَمِعْتُ رِبْعِيَّ بْنَ حِرَاشٍ يُحَدِّثُ عَنْ حُذَيْفَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَنَّ رَجُلاً مَاتَ ، فَقِيلَ لَهُ : مَا عَمِلْتَ ؟ فَإِمَّا ذَكَرَ أَوْ ذُكِّرَ ، قَالَ : إِنِّي كُنْتُ أَتَجَوَّزُ فِي السِّكَّةِ وَالنَّقْدِ ، وَأُنْظِرُ الْمُعْسِرَ ، فَغَفَرَ اللَّهُ لَهُ. قَالَ أَبُو مَسْعُودٍ : أَنَا قَدْ سَمِعْتُ هَذَا مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Huzeyfə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “(Sizdən əvvəlki ümmətlərdə) bir kişi vəfat etmişdi. Ona deyildi: “Sən nə əməl etmisən (ki, Cənnətdəsən)?” Kişi etdiyi yaxşılığı ya xatırlamış, ya da ona xatırladılmış olaraq dedi: “Mən nağd və nisyə alış-verişində insanlara asanlıq göstərərdim. Kasıba isə möhlət verərdim”. Allah da onu bağışlamışdı”. (Huzeyfənin yanında olan Uqbə ibn Amir) Əbu Məsud dedi: “Mən də bunu Allah Elçisindən ﷺ eşitmişəm”.”

Huzeyfə
Səhihİbn Məcə, 2420 (Sədəqələr, 31)

Fəsil 15

Haqqı gözəl şəkildə istəmək və günaha girməkdən çəkinmək

بَابُ حُسْنِ الْمُطَالَبَةِ وَأَخْذِ الْحَقِّ فِي عَفَافٍ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ خَلَفٍ الْعَسْقَلاَنِيُّ ، وَمُحَمَّدُ بْنُ يَحْيَى ، قَالاَ : حَدَّثَنَا ابْنُ أَبِي مَرْيَمَ ، حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ أَبِي جَعْفَرٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، وَعَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ طَلَبَ حَقًّا فَلْيَطْلُبْهُ فِي عَفَافٍ وَافٍ ، أَوْ غَيْرِ وَافٍ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim haqqını (verdiyi borcu) tələb edərsə, bunu günaha girməkdən çəkinərək etsin”.”

Aişə
Səhihİbn Məcə, 2421 (Sədəqələr, 32)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُؤَمَّلِ بْنِ الصَّبَّاحِ الْقَيْسِيُّ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُحَبَّبٍ الْقُرَشِيُّ ، حَدَّثَنَا سَعِيدُ بْنُ السَّائِبِ الطَّائِفِيُّ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَامِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ لِصَاحِبِ الْحَقِّ : خُذْ حَقَّكَ فِي عَفَافٍ وَافٍ ، أَوْ غَيْرِ وَافٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ haqq sahibinə belə buyurdu: “Sən haqqını günaha girməkdən çəkinərək istə”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2422 (Sədəqələr, 33)

Fəsil 16

Borcu gözəl şəkildə ödəmək

بَابُ حُسْنِ الْقَضَاءِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَبَابَةُ (ح) وحَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالاَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَلَمَةَ بْنِ كُهَيْلٍ , سَمِعْتُ أَبَا سَلَمَةَ بْنَ عَبْدِ الرَّحْمَنِ يُحَدِّثُ عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ خَيْرَكُمْ ، أَوْ مِنْ خَيْرِكُمْ ، أَحَاسِنُكُمْ قَضَاءً.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizin ən xeyirliniz borcunu gözəl şəkildə ödəyəninizdir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2423 (Sədəqələr, 34)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي رَبِيعَةَ الْمَخْزُومِيُّ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ اسْتَسْلَفَ مِنْهُ حِينَ غَزَا حُنَيْنًا ثَلاَثِينَ أَوْ أَرْبَعِينَ أَلْفًا ، فَلَمَّا قَدِمَ قَضَاهَا إِيَّاهُ ، ثُمَّ قَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : بَارَكَ اللَّهُ لَكَ فِي أَهْلِكَ وَمَالِكَ ، إِنَّمَا جَزَاءُ السَّلَفِ الْوَفَاءُ وَالْحَمْدُ.

“İsmail ibn İbrahim ibn Abdullah ibn Əbu Rabia əl-Məxzumi atasından və babasından ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Huneyn döyüşünə gedərkən ondan otuz və ya qırx min dinar borc almış və döyüşdən qayıdıb borcunu ödədikdən sonra ona belə buyurmuşdur: “Allah sənin ailənə və malına bərəkət versin! Şübhəsiz, borcun əvəzi borc götürənin borcunu tam ödəməsi və borc verənə təşəkkür etməsidir”.”

İsmail ibn İbrahim ibn Abdullah ibn Əbu Rabia əl-Məxzumi atasından və babasından
Həsənİbn Məcə, 2424 (Sədəqələr, 35)

Fəsil 17

Haqqını istəyən nüfuz sahibidir

بَابُ لِصَاحِبِ الْحَقِّ سُلْطَانٌ

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ عَبْدِ اللهِ بْنِ مُحَمَّدِ بْنِ عُثْمَانَ أَبُو شَيْبَةَ ، حَدَّثَنَا ابْنُ أَبِي عُبَيْدَةَ ، أَظُنُّهُ قَالَ : حَدَّثَنَا أَبِي ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : جَاءَ أَعْرَابِيٌّ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَتَقَاضَاهُ دَيْنًا كَانَ عَلَيْهِ ، فَاشْتَدَّ عَلَيْهِ ، حَتَّى قَالَ لَهُ : أُحَرِّجُ عَلَيْكَ إِلاَّ قَضَيْتَنِي ، فَانْتَهَرَهُ أَصْحَابُهُ ، وَقَالُوا : وَيْحَكَ تَدْرِي مَنْ تُكَلِّمُ ؟ قَالَ : إِنِّي أَطْلُبُ حَقِّي ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : هَلاَّ مَعَ صَاحِبِ الْحَقِّ كُنْتُمْ ؟ ثُمَّ أَرْسَلَ إِلَى خَوْلَةَ بِنْتِ قَيْسٍ فَقَالَ لَهَا : إِنْ كَانَ عِنْدَكِ تَمْرٌ فَأَقْرِضِينَا حَتَّى يَأْتِيَنَا تَمْرٌ فَنَقْضِيَكِ ، فَقَالَتْ : نَعَمْ ، بِأَبِي أَنْتَ يَا رَسُولَ اللهِ ، قَالَ : فَأَقْرَضَتْهُ ، فَقَضَى الأَعْرَابِيَّ وَأَطْعَمَهُ ، فَقَالَ : أَوْفَيْتَ ، أَوْفَى اللَّهُ لَكَ ، فَقَالَ : أُولَئِكَ خِيَارُ النَّاسِ ، إِنَّهُ لاَ قُدِّسَتْ أُمَّةٌ لاَ يَأْخُذُ الضَّعِيفُ فِيهَا حَقَّهُ غَيْرَ مُتَعْتَعٍ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Bir bədəvi gəlib Peyğəmbərdən ﷺ sərt şəkildə öz borcunu tələb etməyə başladı və dedi: “Borcumu ödəməsən, səndən əl çəkməyəcəyəm”. Səhabələr dedilər: “Vay olsun sənə! Sən kiminlə danışdığını bilirsən?” Bədəvi dedi: “Mən haqqımı tələb edirəm”. Peyğəmbər ﷺ buyurdu: “Nəyə görə haqq sahibinə tərəf olmadınız?” Sonra Peyğəmbər ﷺ Həvlə bint Qeysi çağırtdırıb ona dedi: “Əgər sənin yanında quru xurma varsa, bir qədər bizə ver. Bizim xurmamız gələndə sənin borcunu qaytararıq”. Qadın dedi: “Yaxşı, atam sənə fəda olsun, ey Allahın Elçisi!” Qadın Peyğəmbərə ﷺ quru xurma verdikdən sonra Peyğəmbər ﷺ bədəvinin həm borcunu ödədi, həm də onu yedirtdi. Bədəvi də: “Haqqımı ödədiyin üçün Allah da səni mükafatlandırsın”- deyərək dua etdi. Sonra Peyğəmbər ﷺ buyurdu: “Onlar ən xeyirli insanlardır. İçində zəif bir kəsin haqqını əziyyətlə aldığı toplum ucalmaz”.”

Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 2426 (Sədəqələr, 37)

Fəsil 18

Borca görə borclunu həbs etmək və borc yiyəsinin borcludan əl çəkməməsi

بَابُ الْحَبْسِ فِي الدَّيْنِ وَالْمُلاَزَمَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا وَبْرُ بْنُ أَبِي دُلَيْلَةَ الطَّائِفِيُّ , حَدَّثَنِي مُحَمَّدُ بْنُ مَيْمُونِ بْنِ مُسَيْكَةَ ، قَالَ وَكِيعٌ : وَأَثْنَى عَلَيْهِ خَيْرًا ، عَنْ عَمْرِو بْنِ الشَّرِيدِ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَيُّ الْوَاجِدِ يُحِلُّ عِرْضَهُ وَعُقُوبَتَهُ. قَالَ عَلِيٌّ الطَّنَافِسِيُّ : يَعْنِي عِرْضَهُ : شِكَايَتَهُ ، وَعُقُوبَتَهُ : سِجْنَهُ.

“Amr ibn əş-Şərid atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Borcunu ödəməyə gücü çatan adamın borcunu ödəməyi gecikdirməsi, borc yiyəsinin şikayət etməsini və onun cəzalandırılmasını halal edir”. Əli ət-Tanəfisi deyir: “Şikayət, yəni onun haqda şikayət etmək, cəzalandırılması isə onun həbs edilməsidir”.”

Amr ibn əş-Şərid atasından
Həsənİbn Məcə, 2427 (Sədəqələr, 38)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، وَيَحْيَى بْنُ حَكِيمٍ ، قَالاَ : حَدَّثَنَا عُثْمَانُ بْنُ عُمَرَ ، أَخْبَرَنَا يُونُسُ بْنُ يَزِيدَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ كَعْبِ بْنِ مَالِكٍ ، عَنْ أَبِيهِ ، أَنَّهُ تَقَاضَى ابْنَ أَبِي حَدْرَدٍ دَيْنًا لَهُ عَلَيْهِ فِي الْمَسْجِدِ ، حَتَّى ارْتَفَعَتْ أَصْوَاتُهُمَا ، حَتَّى سَمِعَهُمَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَهُوَ فِي بَيْتِهِ ، فَخَرَجَ إِلَيْهِمَا , فَنَادَى كَعْبًا ، فَقَالَ : لَبَّيْكَ يَا رَسُولَ اللهِ ، قَالَ : دَعْ مِنْ دَيْنِكَ هَذَا ، وَأَوْمَأَ بِيَدِهِ إِلَى الشَّطْرِ ، فَقَالَ : قَدْ فَعَلْتُ ، قَالَ : قُمْ فَاقْضِهِ.

“Abdullah ibn Kəb ibn Malik ﵀ rəvayət edir ki, atası məsciddə İbn Əbu Hədrəddən verdiyi borcunu istədi. Onların səsləri yüksəldikdə Allah Elçisi ﷺ evində onların səslərini eşitdi. O, bayıra çıxıb Kəbi çağırdıqda Kəb dedi: “Hüzurundayam, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ: “Alacağın borcdan bu qədərini keç!”- deyərək əli ilə borcun yarısını işarə etdi. Kəb dedi: “Keçdim”. Allah Elçisi ﷺ (İbn Əbu Hədrədə): “Qalx, (borcunun qalan hissəsini) ödə!””

Abdullah ibn Kəb ibn Malik
Səhihİbn Məcə, 2429 (Sədəqələr, 40)

Fəsil 19

Borc vermək

بَابُ الْقَرْضِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ خَلَفٍ الْعَسْقَلاَنِيُّ ، حَدَّثَنَا يَعْلَى ، حَدَّثَنَا سُلَيْمَانُ بْنُ يَسِيرٍ ، عَنْ قَيْسِ بْنِ رُومِيٍّ ، قَالَ : كَانَ سُلَيْمَانُ بْنُ أُذُنَانٍ يُقْرِضُ عَلْقَمَةَ أَلْفَ دِرْهَمٍ إِلَى عَطَائِهِ ، فَلَمَّا خَرَجَ عَطَاؤُهُ تَقَاضَاهَا مِنْهُ وَاشْتَدَّ عَلَيْهِ ، فَقَضَاهُ ، فَكَأَنَّ عَلْقَمَةَ غَضِبَ ، فَمَكَثَ أَشْهُرًا ثُمَّ أَتَاهُ ، فَقَالَ : أَقْرِضْنِي أَلْفَ دِرْهَمٍ إِلَى عَطَائِي ، قَالَ : نَعَمْ ، وَكَرَامَةً ، يَا أُمَّ عُتْبَةَ هَلُمِّي تِلْكَ الْخَرِيطَةَ الْمَخْتُومَةَ الَّتِي عِنْدَكِ ، فَجَاءَتْ بِهَا ، فَقَالَ : أَمَا وَاللَّهِ إِنَّهَا لَدَرَاهِمُكَ الَّتِي قَضَيْتَنِي ، مَا حَرَّكْتُ مِنْهَا دِرْهَمًا وَاحِدًا ، قَالَ : فَلِلَّهِ أَبُوكَ مَا حَمَلَكَ عَلَى مَا فَعَلْتَ بِي ؟ قَالَ : مَا سَمِعْتُ مِنْكَ ، قَالَ : مَا سَمِعْتَ مِنِّي ؟ قَالَ : سَمِعْتُكَ تَذْكُرُ عَنِ ابْنِ مَسْعُودٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَا مِنْ مُسْلِمٍ يُقْرِضُ مُسْلِمًا قَرْضًا مَرَّتَيْنِ إِلاَّ كَانَ كَصَدَقَتِهَا مَرَّةً ، قَالَ : كَذَلِكَ أَنْبَأَنِي ابْنُ مَسْعُودٍ.

“Rəvayət edilir ki, Qeys ibn Rumi ﵀ demişdir: “Süleyman ibn Uzunan Alqaməyə müəyyən vaxta qədər min dirhəm borc vermişdi. Vaxt bitdikdə Süleyman Alqamədən verdiyini geri almaq istədi və onu sıxışdırdı. Alqamə də borcunu ödədi. Amma Alqamə bir qədər qəzəbli idi və bir neçə ay gözlədi. Sonra Süleymanın yanına gedərək ona dedi: “Müəyyən vaxta qədər mənə min dirhəm borc ver”. Süleyman da: “Yaxşı, məmnuniyyətlə! Ey Ummu Utbə, səndəki qara kisəni mənə gətir”- dedi. Ummu Utbə kisəni gətirdi və Süleyman Alqaməyə xitabən dedi: “Bil ki, Allaha and olsun, bu dirhəmlər sənin mənə ödədiyin dirhəmlərdir. Mən bundan bir dirhəm belə dəyişdirməmişəm”. Alqamə dedi: “Allah atandan razı olsun! Bəs (borcu aldıqda) məni sıxışdırmağının səbəbi nə idi?” Süleyman dedi: “Səndən eşitdiyim hədis”. Alqamə dedi: “Məndən nə eşitmisən ki?” Süleyman dedi: “Mən səndən eşitdim ki, İbn Məsud Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət etmişdir: “Bir müsəlmana bir şeyi iki dəfə borc verən elə bir müsəlman yoxdur ki, bu əməli o şeyi bir dəfə sədəqə etməsi kimi olmasın”. Alqamə dedi: “İbn Məsud mənə belə rəvayət etmişdir”.”

Qeys ibn Rumi
Zəifİbn Məcə, 2430 (Sədəqələr, 41)

Fəsil 20

Vəfat edənin borcunu ödəmək

بَابُ أَدَاءِ الدَّيْنِ عَنِ الْمَيِّتِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَفَّانُ ، حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، أَخْبَرَنِي عَبْدُ الْمَلِكِ أَبُو جَعْفَرٍ ، عَنْ أَبِي نَضْرَةَ ، عَنْ سَعْدِ بْنِ الأَطْوَلِ ، أَنَّ أَخَاهُ مَاتَ وَتَرَكَ ثَلاَثَ مِئَةِ دِرْهَمٍ ، وَتَرَكَ عِيَالاً ، فَأَرَدْتُ أَنْ أُنْفِقَهَا عَلَى عِيَالِهِ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ أَخَاكَ مُحْتَبَسٌ بِدَيْنِهِ ، فَاقْضِ عَنْهُ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، قَدْ أَدَّيْتُ عَنْهُ إِلاَّ دِينَارَيْنِ ، ادَّعَتْهُمَا امْرَأَةٌ وَلَيْسَ لَهَا بَيِّنَةٌ ، قَالَ : فَأَعْطِهَا فَإِنَّهَا مُحِقَّةٌ.

“Səd ibn əl-Ətval ﵁ rəvayət edir ki, onun qardaşı vəfat etmişdi. Onun üç yüz dirhəm pulu və baxmağa möhtac ailəsi qalmışdı. Səd deyir: “Mən bu pulu qardaşımın ailəsinə xərcləmək istəyirdim. Peyğəmbər ﷺ də mənə dedi: “Sənin qardaşın borcuna görə tutulmuş haldadır. Onun yerinə borcunu sən ödə”. Səd dedi: “Ey Allahın Elçisi, qardaşımın borcunu ödədim, yalnız şahidi olmayan bir qadının iki dirhəmini ödəmədim”. Peyğəmbər ﷺ buyurdu: “Onun da borcunu ödə, çünki doğru danışır”.”

Səd ibn əl-Ətval
Səhihİbn Məcə, 2433 (Sədəqələr, 44)

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا شُعَيْبُ بْنُ إِسْحَاقَ ، حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ وَهْبِ بْنِ كَيْسَانَ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ أَبَاهُ تُوُفِّيَ وَتَرَكَ عَلَيْهِ ثَلاَثِينَ وَسْقًا لِرَجُلٍ مِنَ الْيَهُودِ ، فَاسْتَنْظَرَهُ جَابِرُ بْنُ عَبْدِ اللهِ ، فَأَبَى أَنْ يُنْظِرَهُ , فَكَلَّمَ جَابِرٌ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِيَشْفَعَ لَهُ إِلَيْهِ ، فَجَاءَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَكَلَّمَ الْيَهُودِيَّ لِيَأْخُذَ ثَمَرَ نَخْلِهِ بِالَّذِي لَهُ عَلَيْهِ ، فَأَبَى عَلَيْهِ ، فَكَلَّمَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَأَبَى أَنْ يُنْظِرَهُ ، فَدَخَلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ النَّخْلَ ، فَمَشَى فِيهَا ، ثُمَّ قَالَ لِجَابِرٍ : جُدَّ لَهُ فَأَوْفِهِ الَّذِي لَهُ ، فَجَدَّ لَهُ بَعْدَ مَا رَجَعَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ثَلاَثِينَ وَسْقًا ، وَفَضَلَ لَهُ اثْنَا عَشَرَ وَسْقًا ، فَجَاءَ جَابِرٌ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُخْبِرَهُ بِالَّذِي كَانَ ، فَوَجَدَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ غَائِبًا ، فَلَمَّا انْصَرَفَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ جَاءَهُ فَأَخْبَرَهُ أَنَّهُ قَدْ أَوْفَاهُ ، وَأَخْبَرَهُ بِالْفَضْلِ الَّذِي فَضَلَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَخْبِرْ بِذَلِكَ عُمَرَ بْنَ الْخَطَّابِ ، فَذَهَبَ جَابِرٌ إِلَى عُمَرَ فَأَخْبَرَهُ ، فَقَالَ لَهُ عُمَرُ : لَقَدْ عَلِمْتُ حِينَ مَشَى فِيهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، لَيُبَارِكَنَّ اللَّهُ فِيهَا.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, atası borca bir yəhudidən otuz vəsq quru xurma götürmüş, sonra da vəfat etmişdi. Cabir ibn Abdullah borcun ödənilməsini gecikdirmək üçün yəhudidən möhlət istəsə də, yəhudi ona möhlət verməkdən imtina etdi. Sonra Cabir vasitəçilik etməsi üçün Allah Elçisinə ﷺ müraciət etdi. Allah Elçisi ﷺ gələrək borcun əvəzində Cabirin xurmalığının məhsulunu yəhudiyə təklif etdi. Lakin yəhudi buna da razılaşmadı. Allah Elçisi ﷺ yəhudi ilə yenidən danışdı, lakin yəhudi möhlət verməkdən imtina etdi. Allah Elçisi ﷺ Cabirin xurmalığına girdi və içində gəzişdikdən sonra Cabirə buyurdu: “Ağaclardakı xurmaları topla və yəhudinin borcunu ver”. Allah Elçisi ﷺ xurmalıqdan qayıtdıqdan sonra Cabir yəhudi üçün otuz vəsq xurma topladı, əlavə özü üçün on iki vəsq xurma topladı. Sonra Cabir olanları Allah Elçisinə ﷺ xəbər vermək üçün onun yanına getdi, lakin Allah Elçisini ﷺ yerində tapmadı. Allah Elçisi ﷺ qayıtdıqdan sonra Cabir onun yanına gəldi və yəhudinin bütün borcunu ödədiyini, əlavə on iki vəsq xurma yığdığını ona xəbər verdi. Allah Elçisi ﷺ buyurdu: “Bunu Ömər ibn əl-Xattaba xəbər ver!” Cabir Ömərin yanına gəlib olanları ona xəbər verdi. Ömər də ona dedi: “Allah Elçisi ﷺ xurmalıqda gəzişdiyi vaxt artıq qəti olaraq bildim ki, Allah xurmalığı mütləq bərəkətləndirəcəkdir”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2434 (Sədəqələr, 45)