Ödəmək niyyəti ilə borca girən
حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ ، حَدَّثَنَا ابْنُ أَبِي فُدَيْكٍ ، حَدَّثَنَا سَعِيدُ بْنُ سُفْيَانَ ، مَوْلَى الأَسْلَمِيِّينَ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ جَعْفَرٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ اللَّهَ مَعَ الدَّائِنِ حَتَّى يَقْضِيَ دَيْنَهُ ، مَا لَمْ يَكُنْ فِيمَا يَكْرَهُ اللَّهُ. قَالَ : فَكَانَ عَبْدُ اللهِ بْنُ جَعْفَرٍ يَقُولُ لِخَازِنِهِ : اذْهَبْ فَخُذْ لِي بِدَيْنٍ ، فَإِنِّي أَكْرَهُ أَنْ أَبِيتَ لَيْلَةً إِلاَّ وَاللَّهُ مَعِي ، بَعْدَ الَّذِي سَمِعْتُ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.
“Rəvayət edilir ki, Abdullah ibn Cəfər ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahın sevmədiyi bir səbəbə görə borc almadığı müddətcə, borcunu ödəyənə qədər, Allah borcu olanladır”. Abdullah ibn Cəfər öz xəzinədarına deyərdi: “Get, mənim üçün borc al! Həqiqətən, mən Allah Elçisindən ﷺ bu hədisi eşidəndən sonra Allahın mənimlə olmadığı halda gecələmək istəmirəm”.”
İstinad
İbn Məcə, 2409 (Sədəqələr, 20)
Sunən İbn Məcə — Sədəqələrə aid fəsillər