Sədəqələrə aid fəsillər

Kimin vəfat edərək borcu və ya ehtiyacı olan ailəsi qalarsa, bu ehtiyacı ödəmək Allaha və Onun Elçisinə ﷺ aiddir

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ تَرَكَ مَالاً فَلِوَرَثَتِهِ ، وَمَنْ تَرَكَ دَيْنًا أَوْ ضَيَاعًا فَعَلَيَّ وَإِلَيَّ ، وَأَنَا أَوْلَى بِالْمُؤْمِنِينَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim vəfat edərək mal-dövlət qoyub gedibsə, bu mal onun varisinindir. Kim borc və ya ehtiyacı olan ailə tərk edib gedibsə, bu ehtiyacı ödəmək mənə aiddir, çünki mən möminlərə onların özlərindən daha yaxınam”.”

Cabir
Səhih

İstinad

İbn Məcə, 2416 (Sədəqələr, 27)

Sunən İbn Məcə — Sədəqələrə aid fəsillər