Kimin vəfat edərək borcu və ya ehtiyacı olan ailəsi qalarsa, bu ehtiyacı ödəmək Allaha və Onun Elçisinə ﷺ aiddir
حَدَّثَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ الْمِصْرِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي يُونُسُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ يَقُولُ : إِذَا تُوُفِّيَ الْمُؤْمِنُ فِي عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَلَيْهِ الدَّيْنُ ، فَيَسْأَلُ : هَلْ تَرَكَ لِدَيْنِهِ مِنْ قَضَاءٍ ؟ فَإِنْ قَالُوا : نَعَمْ ، صَلَّى عَلَيْهِ ، وَإِنْ قَالُوا : لاَ ، قَالَ : صَلُّوا عَلَى صَاحِبِكُمْ ، فَلَمَّا فَتَحَ اللَّهُ عَلَى رَسُولِهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْفُتُوحَ ، قَالَ : أَنَا أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ ، فَمَنْ تُوُفِّيَ وَعَلَيْهِ دَيْنٌ فَعَلَيَّ قَضَاؤُهُ ، وَمَنْ تَرَكَ مَالاً فَهُوَ لِوَرَثَتِهِ.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisinin ﷺ dövründə borcu olan bir mömin vəfat edərdisə, Allah Elçisi ﷺ buyurardı: “Bu vəfat edən adam borcunu ödəyə biləcək bir mal qoyub gedibmi?” Əgər “Bəli” desəydilər, Allah Elçisi ﷺ onun cənazə namazını qılardı. Əgər “Xeyr” desəydilər, Allah Elçisi ﷺ: “Yoldaşınızın cənazə namazını (özünüz) qılın”- deyərdi. Allah Öz Elçisinə ﷺ fəthlər verdikdən sonra isə belə buyurdu: “Mən möminlərə onların özlərindən daha yaxınam. Hansı mömin borcu olaraq vəfat edərsə, borcunu ödəmək mənə aiddir. Əgər malı varsa, bunu ödəmək vərəsəsinin borcudur”.”
İstinad
İbn Məcə, 2415 (Sədəqələr, 26)
Sunən İbn Məcə — Sədəqələrə aid fəsillər