Borca görə borclunu həbs etmək və borc yiyəsinin borcludan əl çəkməməsi
حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، وَيَحْيَى بْنُ حَكِيمٍ ، قَالاَ : حَدَّثَنَا عُثْمَانُ بْنُ عُمَرَ ، أَخْبَرَنَا يُونُسُ بْنُ يَزِيدَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ كَعْبِ بْنِ مَالِكٍ ، عَنْ أَبِيهِ ، أَنَّهُ تَقَاضَى ابْنَ أَبِي حَدْرَدٍ دَيْنًا لَهُ عَلَيْهِ فِي الْمَسْجِدِ ، حَتَّى ارْتَفَعَتْ أَصْوَاتُهُمَا ، حَتَّى سَمِعَهُمَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَهُوَ فِي بَيْتِهِ ، فَخَرَجَ إِلَيْهِمَا , فَنَادَى كَعْبًا ، فَقَالَ : لَبَّيْكَ يَا رَسُولَ اللهِ ، قَالَ : دَعْ مِنْ دَيْنِكَ هَذَا ، وَأَوْمَأَ بِيَدِهِ إِلَى الشَّطْرِ ، فَقَالَ : قَدْ فَعَلْتُ ، قَالَ : قُمْ فَاقْضِهِ.
“Abdullah ibn Kəb ibn Malik ﵀ rəvayət edir ki, atası məsciddə İbn Əbu Hədrəddən verdiyi borcunu istədi. Onların səsləri yüksəldikdə Allah Elçisi ﷺ evində onların səslərini eşitdi. O, bayıra çıxıb Kəbi çağırdıqda Kəb dedi: “Hüzurundayam, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ: “Alacağın borcdan bu qədərini keç!”- deyərək əli ilə borcun yarısını işarə etdi. Kəb dedi: “Keçdim”. Allah Elçisi ﷺ (İbn Əbu Hədrədə): “Qalx, (borcunun qalan hissəsini) ödə!””
İstinad
İbn Məcə, 2429 (Sədəqələr, 40)
Sunən İbn Məcə — Sədəqələrə aid fəsillər