Sədəqələrə aid fəsillər

Zamin durmaq

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ الدَّرَاوَرْدِيُّ ، عَنْ عَمْرِو بْنِ أَبِي عَمْرٍو ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَجُلاً لَزِمَ غَرِيمًا لَهُ بِعَشَرَةِ دَنَانِيرَ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : مَا عِنْدِي شَيْءٌ أُعْطِيكَهُ ، فَقَالَ : لاَ وَاللَّهِ لاَ فَارَقْتُكَ حَتَّى تَقْضِيَنِي أَوْ تَأْتِيَنِي بِحَمِيلٍ ، فَجَرَّهُ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : كَمْ تَسْتَنْظِرُهُ ؟ قَالَ : شَهْرًا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : فَأَنَا أَحْمِلُ لَهُ ، فَجَاءَهُ فِي الْوَقْتِ الَّذِي قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مِنْ أَيْنَ أَصَبْتَ هَذَا ؟ قَالَ : مِنْ مَعْدِنٍ ، قَالَ : لاَ خَيْرَ فِيهَا ، وَقَضَاهَا عَنْهُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisinin ﷺ dövründə bir nəfər on dinar alacağı olan adamın yaxasından yapışdı. Həmin adam da borcu verən adama: “Mənim yanımda sənə verəcək mal yoxdur”- dedi. Borcu verən adam dedi: “Xeyr, Allaha and olsun! Alacağımı ödəyənə və ya mənə bir adamı zamin gətirənə qədər səndən əl çəkməyəcəyəm”. Sonra onu Peyğəmbərin ﷺ yanına gətirdi. Peyğəmbər ﷺ borclu olana dedi: “Sən borc verən adamdan nə qədər vaxt möhlət istəyirsən?” Borclu olan: “Bir ay”- dedi. Allah Elçisi ﷺ buyurdu: “Elədirsə, mən ona zaminəm”. Sonra borclu olan adam Peyğəmbərə ﷺ vəd etdiyi vaxtda gəldi. Peyğəmbər ﷺ ona dedi: “Bu (qızılı) haradan əldə etdin?” Kişi dedi: “Bir (qızıl) mədənindən”. Peyğəmbər ﷺ: “Bunda xeyir yoxdur”- dedi və onun yerinə borcu ödədi.”

İbn Abbas
Səhih

İstinad

İbn Məcə, 2406 (Sədəqələr, 17)

Sunən İbn Məcə — Sədəqələrə aid fəsillər