Zamin durmaq
حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا أَبُو عَامِرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عُثْمَانَ بْنِ عَبْدِ اللهِ بْنِ مَوْهَبٍ ، قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ أَبِي قَتَادَةَ ، عَنْ أَبِيهِ ؛ أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أُتِيَ بِجَنَازَةٍ لِيُصَلِّيَ عَلَيْهَا ، فَقَالَ : صَلُّوا عَلَى صَاحِبِكُمْ ، فَإِنَّ عَلَيْهِ دَيْنًا ، فَقَالَ أَبُو قَتَادَةَ : أَنَا أَتَكَفَّلُ بِهِ ، قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : بِالْوَفَاءِ ؟ قَالَ : بِالْوَفَاءِ ، وَكَانَ الَّذِي عَلَيْهِ ثَمَانِيَةَ عَشَرَ ، أَوْ تِسْعَةَ عَشَرَ دِرْهَمًا.
“Abdullah ibn Əbu Qatədə atasından ﵁ rəvayət edir ki, Peyğəmbərin ﷺ yanına namazının qılınması üçün bir cənazə gətirildi. Peyğəmbər ﷺ buyurdu: “Yoldaşınızın cənazə namazını (özünüz) qılın. Həqiqətən, onun borcu var”. Əbu Qatədə dedi: “Onun borcunu mən ödəyəcəyəm”. Peyğəmbər ﷺ buyurdu: “Əhdinə vəfa edəcəksən?” Əbu Qatədə dedi: “Bəli, əhdimə vəfa edəcəyəm”. Cənazəsi qılınacaq adamın borcu on səkkiz və ya on doqquz dirhəm idi. (Peyğəmbər ﷺ də onun cənazə namazını qıldı).”
İstinad
İbn Məcə, 2407 (Sədəqələr, 18)
Sunən İbn Məcə — Sədəqələrə aid fəsillər