Borcu gözəl şəkildə ödəmək
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي رَبِيعَةَ الْمَخْزُومِيُّ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ اسْتَسْلَفَ مِنْهُ حِينَ غَزَا حُنَيْنًا ثَلاَثِينَ أَوْ أَرْبَعِينَ أَلْفًا ، فَلَمَّا قَدِمَ قَضَاهَا إِيَّاهُ ، ثُمَّ قَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : بَارَكَ اللَّهُ لَكَ فِي أَهْلِكَ وَمَالِكَ ، إِنَّمَا جَزَاءُ السَّلَفِ الْوَفَاءُ وَالْحَمْدُ.
“İsmail ibn İbrahim ibn Abdullah ibn Əbu Rabia əl-Məxzumi atasından və babasından ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Huneyn döyüşünə gedərkən ondan otuz və ya qırx min dinar borc almış və döyüşdən qayıdıb borcunu ödədikdən sonra ona belə buyurmuşdur: “Allah sənin ailənə və malına bərəkət versin! Şübhəsiz, borcun əvəzi borc götürənin borcunu tam ödəməsi və borc verənə təşəkkür etməsidir”.”
İstinad
İbn Məcə, 2424 (Sədəqələr, 35)
Sunən İbn Məcə — Sədəqələrə aid fəsillər