Haqqını istəyən nüfuz sahibidir
حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ عَبْدِ اللهِ بْنِ مُحَمَّدِ بْنِ عُثْمَانَ أَبُو شَيْبَةَ ، حَدَّثَنَا ابْنُ أَبِي عُبَيْدَةَ ، أَظُنُّهُ قَالَ : حَدَّثَنَا أَبِي ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : جَاءَ أَعْرَابِيٌّ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَتَقَاضَاهُ دَيْنًا كَانَ عَلَيْهِ ، فَاشْتَدَّ عَلَيْهِ ، حَتَّى قَالَ لَهُ : أُحَرِّجُ عَلَيْكَ إِلاَّ قَضَيْتَنِي ، فَانْتَهَرَهُ أَصْحَابُهُ ، وَقَالُوا : وَيْحَكَ تَدْرِي مَنْ تُكَلِّمُ ؟ قَالَ : إِنِّي أَطْلُبُ حَقِّي ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : هَلاَّ مَعَ صَاحِبِ الْحَقِّ كُنْتُمْ ؟ ثُمَّ أَرْسَلَ إِلَى خَوْلَةَ بِنْتِ قَيْسٍ فَقَالَ لَهَا : إِنْ كَانَ عِنْدَكِ تَمْرٌ فَأَقْرِضِينَا حَتَّى يَأْتِيَنَا تَمْرٌ فَنَقْضِيَكِ ، فَقَالَتْ : نَعَمْ ، بِأَبِي أَنْتَ يَا رَسُولَ اللهِ ، قَالَ : فَأَقْرَضَتْهُ ، فَقَضَى الأَعْرَابِيَّ وَأَطْعَمَهُ ، فَقَالَ : أَوْفَيْتَ ، أَوْفَى اللَّهُ لَكَ ، فَقَالَ : أُولَئِكَ خِيَارُ النَّاسِ ، إِنَّهُ لاَ قُدِّسَتْ أُمَّةٌ لاَ يَأْخُذُ الضَّعِيفُ فِيهَا حَقَّهُ غَيْرَ مُتَعْتَعٍ.
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Bir bədəvi gəlib Peyğəmbərdən ﷺ sərt şəkildə öz borcunu tələb etməyə başladı və dedi: “Borcumu ödəməsən, səndən əl çəkməyəcəyəm”. Səhabələr dedilər: “Vay olsun sənə! Sən kiminlə danışdığını bilirsən?” Bədəvi dedi: “Mən haqqımı tələb edirəm”. Peyğəmbər ﷺ buyurdu: “Nəyə görə haqq sahibinə tərəf olmadınız?” Sonra Peyğəmbər ﷺ Həvlə bint Qeysi çağırtdırıb ona dedi: “Əgər sənin yanında quru xurma varsa, bir qədər bizə ver. Bizim xurmamız gələndə sənin borcunu qaytararıq”. Qadın dedi: “Yaxşı, atam sənə fəda olsun, ey Allahın Elçisi!” Qadın Peyğəmbərə ﷺ quru xurma verdikdən sonra Peyğəmbər ﷺ bədəvinin həm borcunu ödədi, həm də onu yedirtdi. Bədəvi də: “Haqqımı ödədiyin üçün Allah da səni mükafatlandırsın”- deyərək dua etdi. Sonra Peyğəmbər ﷺ buyurdu: “Onlar ən xeyirli insanlardır. İçində zəif bir kəsin haqqını əziyyətlə aldığı toplum ucalmaz”.”
İstinad
İbn Məcə, 2426 (Sədəqələr, 37)
Sunən İbn Məcə — Sədəqələrə aid fəsillər