Vəfat edənin borcunu ödəmək
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَفَّانُ ، حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، أَخْبَرَنِي عَبْدُ الْمَلِكِ أَبُو جَعْفَرٍ ، عَنْ أَبِي نَضْرَةَ ، عَنْ سَعْدِ بْنِ الأَطْوَلِ ، أَنَّ أَخَاهُ مَاتَ وَتَرَكَ ثَلاَثَ مِئَةِ دِرْهَمٍ ، وَتَرَكَ عِيَالاً ، فَأَرَدْتُ أَنْ أُنْفِقَهَا عَلَى عِيَالِهِ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ أَخَاكَ مُحْتَبَسٌ بِدَيْنِهِ ، فَاقْضِ عَنْهُ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، قَدْ أَدَّيْتُ عَنْهُ إِلاَّ دِينَارَيْنِ ، ادَّعَتْهُمَا امْرَأَةٌ وَلَيْسَ لَهَا بَيِّنَةٌ ، قَالَ : فَأَعْطِهَا فَإِنَّهَا مُحِقَّةٌ.
“Səd ibn əl-Ətval ﵁ rəvayət edir ki, onun qardaşı vəfat etmişdi. Onun üç yüz dirhəm pulu və baxmağa möhtac ailəsi qalmışdı. Səd deyir: “Mən bu pulu qardaşımın ailəsinə xərcləmək istəyirdim. Peyğəmbər ﷺ də mənə dedi: “Sənin qardaşın borcuna görə tutulmuş haldadır. Onun yerinə borcunu sən ödə”. Səd dedi: “Ey Allahın Elçisi, qardaşımın borcunu ödədim, yalnız şahidi olmayan bir qadının iki dirhəmini ödəmədim”. Peyğəmbər ﷺ buyurdu: “Onun da borcunu ödə, çünki doğru danışır”.”
İstinad
İbn Məcə, 2433 (Sədəqələr, 44)
Sunən İbn Məcə — Sədəqələrə aid fəsillər