Vəfat edənin borcunu ödəmək
حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا شُعَيْبُ بْنُ إِسْحَاقَ ، حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ وَهْبِ بْنِ كَيْسَانَ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ أَبَاهُ تُوُفِّيَ وَتَرَكَ عَلَيْهِ ثَلاَثِينَ وَسْقًا لِرَجُلٍ مِنَ الْيَهُودِ ، فَاسْتَنْظَرَهُ جَابِرُ بْنُ عَبْدِ اللهِ ، فَأَبَى أَنْ يُنْظِرَهُ , فَكَلَّمَ جَابِرٌ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِيَشْفَعَ لَهُ إِلَيْهِ ، فَجَاءَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَكَلَّمَ الْيَهُودِيَّ لِيَأْخُذَ ثَمَرَ نَخْلِهِ بِالَّذِي لَهُ عَلَيْهِ ، فَأَبَى عَلَيْهِ ، فَكَلَّمَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَأَبَى أَنْ يُنْظِرَهُ ، فَدَخَلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ النَّخْلَ ، فَمَشَى فِيهَا ، ثُمَّ قَالَ لِجَابِرٍ : جُدَّ لَهُ فَأَوْفِهِ الَّذِي لَهُ ، فَجَدَّ لَهُ بَعْدَ مَا رَجَعَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ثَلاَثِينَ وَسْقًا ، وَفَضَلَ لَهُ اثْنَا عَشَرَ وَسْقًا ، فَجَاءَ جَابِرٌ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُخْبِرَهُ بِالَّذِي كَانَ ، فَوَجَدَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ غَائِبًا ، فَلَمَّا انْصَرَفَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ جَاءَهُ فَأَخْبَرَهُ أَنَّهُ قَدْ أَوْفَاهُ ، وَأَخْبَرَهُ بِالْفَضْلِ الَّذِي فَضَلَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَخْبِرْ بِذَلِكَ عُمَرَ بْنَ الْخَطَّابِ ، فَذَهَبَ جَابِرٌ إِلَى عُمَرَ فَأَخْبَرَهُ ، فَقَالَ لَهُ عُمَرُ : لَقَدْ عَلِمْتُ حِينَ مَشَى فِيهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، لَيُبَارِكَنَّ اللَّهُ فِيهَا.
“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, atası borca bir yəhudidən otuz vəsq quru xurma götürmüş, sonra da vəfat etmişdi. Cabir ibn Abdullah borcun ödənilməsini gecikdirmək üçün yəhudidən möhlət istəsə də, yəhudi ona möhlət verməkdən imtina etdi. Sonra Cabir vasitəçilik etməsi üçün Allah Elçisinə ﷺ müraciət etdi. Allah Elçisi ﷺ gələrək borcun əvəzində Cabirin xurmalığının məhsulunu yəhudiyə təklif etdi. Lakin yəhudi buna da razılaşmadı. Allah Elçisi ﷺ yəhudi ilə yenidən danışdı, lakin yəhudi möhlət verməkdən imtina etdi. Allah Elçisi ﷺ Cabirin xurmalığına girdi və içində gəzişdikdən sonra Cabirə buyurdu: “Ağaclardakı xurmaları topla və yəhudinin borcunu ver”. Allah Elçisi ﷺ xurmalıqdan qayıtdıqdan sonra Cabir yəhudi üçün otuz vəsq xurma topladı, əlavə özü üçün on iki vəsq xurma topladı. Sonra Cabir olanları Allah Elçisinə ﷺ xəbər vermək üçün onun yanına getdi, lakin Allah Elçisini ﷺ yerində tapmadı. Allah Elçisi ﷺ qayıtdıqdan sonra Cabir onun yanına gəldi və yəhudinin bütün borcunu ödədiyini, əlavə on iki vəsq xurma yığdığını ona xəbər verdi. Allah Elçisi ﷺ buyurdu: “Bunu Ömər ibn əl-Xattaba xəbər ver!” Cabir Ömərin yanına gəlib olanları ona xəbər verdi. Ömər də ona dedi: “Allah Elçisi ﷺ xurmalıqda gəzişdiyi vaxt artıq qəti olaraq bildim ki, Allah xurmalığı mütləq bərəkətləndirəcəkdir”.”
İstinad
İbn Məcə, 2434 (Sədəqələr, 45)
Sunən İbn Məcə — Sədəqələrə aid fəsillər