Borc götürməkdən şiddətli şəkildə çəkinmək
حَدَّثَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ مَعْدَانَ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ ثَوْبَانَ ، مَوْلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَنَّهُ قَالَ : مَنْ فَارَقَ الرُّوحُ الْجَسَدَ وَهُوَ بَرِيءٌ مِنْ ثَلاَثٍ دَخَلَ الْجَنَّةَ : مِنَ الْكِبْرِ ، وَالْغُلُولِ ، وَالدَّيْنِ.
“Allah Elçisinin ﷺ köləlikdən azad etdiyi Səvban ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim ruhu bədənindən üç şeydən – təkəbbürdən, qənimət malına xəyanət etməkdən və borcdan uzaq olduğu halda ayrılarsa, Cənnətə daxil olar”.”
İstinad
İbn Məcə, 2412 (Sədəqələr, 23)
Sunən İbn Məcə — Sədəqələrə aid fəsillər